Məhkəmə qərarları › İş №2(105)-1386/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1386/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1386/2024 12.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 56000 (əlli altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 258 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim M.Mirhəsənli) 2(012)-219/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 56000 manat və dövlət rüsumu üçün 258 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh həmin qiyabi qətnamənin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixdə ərizə vermişdir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır.

5. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından narazı qalan cavabdeh şikayət verərək, Abşeron Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.

6. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 2(012)-219/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iş üzrə qəbul edilən qiyabi qətnamə sifarişli poçt göndərişi vasitəsi ilə Cavabdeh həm qeydiyyatda olduğu ünvanına, həm də ona çatdırılması üçün ünvan 1ti ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanına qətnamə çatdırılmasa da, ünvan 1ti ərazi dairəsi üzrə Nümayəndəli tərəfindən cavabdehə şəxsən imza etdirilməklə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Bununla bağlı ünvan 1ti ərazi dairəsi üzrə Nümayəndəliyindən məhkəmənin sorğusuna cavab verilmişdir. Belə ki, iş materiallarında olan ünvan 1ti ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 137 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh qiyabi qətnamənin çatdırılması ilə bağlı telefonla əlaqə saxlanılmış və nümayəndəliyə dəvət olunmuş, xx.xx.2024-cü il tarixdə nümayəndəliyə gəlmiş və qətnamə şəxsən ona müvafiq sənədə imza etməklə verilmişdir. Həmçinin məktuba əlavə edilən qətnamənin surətindən görünür ki, Cavabdeh qətnamənin surəti olan ilk vərəqinə imza etməklə təhvil aldığını qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, cavabdeh qiyabi qətnamənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdüyündən, qeyd edilən qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə vermək hüququ keçmişdir. Ona görə də məhkəmə ərizəni geri qaytarmışdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 130.1, 133.1, 244, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsnin geri qaytarılması barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Cavabdehin İddiaçı ona qarşı pul tələbinə dair iddiası üzrə məhkəmə icraatından ümumiyyətlə məlumatı olmamışdır. O, mülki işlə bağlı məhkəmə iclaslarına çağırılmamışdır. Qəbul edilmiş qiyabi qətnamə barədə onun yalnız Abşeron Rayon İcra və Probasiya Şöbəsinə çağrıldığı zaman məlumatı olmuşdur. Həmin iş üzrə qiyabi qətnamə çıxarılan zaman prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Qiyabi qətnamə onun maraqlarının və hüquqularının pozulması ilə nəticələnmişdir. Ona görə də qiyabi qətnamənin ləğvi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ərizənin geri qaytarılması barədə qərardadında qeyd etdiyi xüsusatlar həqiqətdən uzaqdır. Ona qiyabi qətnamə təqdim edilməmişdir. O qətnaməni əldə etməmiş, habelə qərardadda qeyd edilən qətnamənin əldə edilməsi barədə imza ona məxsus deyildir. Məhkəmə isə bu halları araşdırmadan ərizəni geri qaytarmışdır. Göstərilən hallar nəzərə alınmalı və nəticədə qəbul edilmiş əsassız qərardad ləğv edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin

Maddə 4.. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Madddə 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. Maddə 249. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Maddə 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Maddə 253.2.1. Apellyasiya qaydasında bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul şikayət vermək olar. Maddə 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

16. Araşdırılan iş üzrə təqdim oluinmuş sənədlərdən görünür ki, iş üzrə qəbul edilən qiyabi qətnamə sifarişli poçt göndərişi vasitəsi ilə Cavabdeh həm qeydiyyatda olduğu ünvana, həm də ona çatdırılması üçün ünvan 1ti ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir.

17. ünvan 1ti ərazi dairəsi üzrə Nümayəndəliyindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “iş materiallarında olan ünvan 1ti ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 137 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh qiyabi qətnamənin çatdırılması ilə bağlı telefonla əlaqə saxlanılmış və nümayəndəliyə dəvət olunmuş, xx.xx.2024-cü il tarixdə nümayəndəliyə gəlmiş və qətnamə şəxsən verilmişdir. Bununla bağlı vətəndaş imza etmişdir”. Həmçinin məktuba əlavə edilən qətnamənin surətindən görünür ki, Cavabdeh qətnamənin surəti olan ilk vərəqinə imza etməklə təhvil aldığını qeyd etmişdir.

18. Qeyd olunanlara istinad edən birinci instansiya məhkəməsi, qiyabi qətnamənin ləğvi barədə ərizəni və bununla bağlı ərizənin geri qaytarılması barədə qəradaddan verilmiş şikayəti təmin etməmişdir.

19. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, məhkəmə proselərindən xəbərsiz olduğunu, İcra Nümayəndəliyinə çağırılmadığını və ona nümayəndəlik tərəfindən qətnamə təqdim edilmədiyini, imzanın ona məxsus olmadığını və sonda sözügedən qətnamədən yalnız icra mərhələsində məlumatlı olduğunu bildirmişdir.

20. Lakin araşdırılan işdən görünür ki, birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində şikayətdə qeyd olunan dəlillərə qiymət verməmiş, yəni şəxsin imzasının həqiqiliyini yoxlamadan, aidiyyəti üzrə icra işini təb edib öyrənmədən, cavabdehin sözün əsl mənasında qətnamədən nə vaxtdan məlumatlı olub-olmaması istiqamətində heç bir araşdırma aparmadan yekun qərar qəbul etmişdir. Halbuki, yuxarıda sadalananlar obyektiv nəticəyə gəlmək üçün həlledici məqamlardandır.

21. İşi araşdıran kollegiya qeyd edir ki, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan vaxtında istifadə etməməsi və ya sui-istifadə etməsidir. Şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsədilə edilən, açıq-aydın əsaslandırılmamış və s.

22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmalı və yuxarıda qeyd olunanlara üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

23. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət qismən edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Şikayət və ona əlavə olunmuş sənədlər mülki işlə birlikdə prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar