Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1390/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X6, cavabdeh Nı̇ ftalı̇ yev Taleh Tarix oğlunun nümayəndəsi və vəkili X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardadından iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin verdiyi şikayətə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-1316/2021 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardadı ləğv edilib, iş üzrə iddiaya baxılıb yekun qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə edilmiş qadağa götürülməsi qərara alınmışdır. İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti şikayət verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-1316/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı MMC Cavabdeh (İİİ şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə) qarşı qanunsuz tikililərinin sökülməsi və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən və İddiaçı MMC-nin balansında olan sahədə aparılan qanunsuz tikintinin cavabdeh tərəfindən sökülərək həmin sahənin iddiaçıya təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən və İddiaçı MMC-nin balansında olan sahədəki tikililərin sökülməsi nəticəsində iddiaçıya dəymiş 500000 (beş yüz min) manat məbləğində zərərin və ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edib, iş üzrə iddiaya baxılıb yekun qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardadı ilə ərizə təmin edilib, iş üzrə iddiaya baxılıb yekun qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verib, qərardadın ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsinə dair çıxarış təqdim edilsə də, həmin çıxarışda dəqiq ünvan göstərilməmişdir. Bu isə təqdim edilən sənəddə qeyd edilən torpaq sahəsi ilə mübahisələndirilən sahənin eyni olmasına dair şübhələr yaradır. Bundan əlavə, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən ərazi və həmin ərazidə yerləşən tikililər dövlət mülkiyyətidir. Həmin ərazinin özəlləşdirilməsi və üzərindəki tikililərin sökülməsi qaydaları qanunvericiliyin tələbinə uyğun şəkildə aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2014-cü il tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə, nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlərinin satışı üzrə Qaydalar”a uyğun olaraq dövlət mülkiyyətində olan əsas vəsaitlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətindən müvafiq rəy alınaraq balansdan silindikdən sonra sökülə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olmuş 14 yanvar2021-ci il tarixli məktubundan da göründüyü kimi nə qeyd edilən sahənin alqı-satqısı, nə də sökülməsinə razılıq verilməsi barədə aidiyyəti dövlət qurumunda heç bir məlumat yoxdur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti üçüncü şəxs qismində iştirak etdiyindən, mübahisəli məsələlərə məhz məhkəmə prosesinin gedişində aydınlıq gətiriləcək. Belə olan təqdirdə isə məhkəmə iş üzrə yekun qətnamə qəbul olunana və həmin qətnamə qanuni qüvvəsini alana qədər cavabdeh X4 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul etməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X6 şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Nı̇ ftalı̇ yev Taleh Tarix oğlunun nümayəndəsi və vəkili X5 şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardad ilə iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin iddianın təmini tədbiri barədə ərizəsini təmin etmiş, lakin sonradan xx xxxxxx 2021-ci il il tarixli, 2(012)- 1316/2021 saylı qərardad ilə ərizəni təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4-cü maddələrinə istinad edərək Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 1082 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyatdan keçən çıxarışa əsasən Xırdalan şəhərində yaşayış məntəqələrinin 0,1126 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmasına əsaslanaraq hesab etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə edilmiş qadağa götürülməlidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 1082 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyatdan keçən xx xxxxxxxx 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yaşayış məntəqələrinin 0,1126 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən ərazi və həmin ərazidə yerləşən tikililər Dövlət mülkiyyətidir. Həmin ərazinin özəlləşdirilməsi və üzərindəki tikililərin sökülməsi qaydaları qanunverciliyin tələbinə uyğun şəkildə aparılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli məktubdan göründüyü kimi nə qeyd edilən sahənin alqı-satqısı, nə də sökülməsinə razılıq verilməsi barədə aidiyyəti Dövlət qurumunda heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin xx xxxxxx 2021-ci il tarixli məktubundan göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2004-cü il tarixli, 177 nömrəli qərarı təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”a uyğun olaraq dövlət mülkiyyətində olan əsas vəsaitlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin müvafiq rəy alınaraq balansdan silindikdən sonra sökülə bilər. İş materialları ilə müyyən olur ki, Xırdalan şəhərində yaşayış məntəqələrinin 0,1126 ha torpaq sahəsində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus və torpaq sahəsinə dair çıxarış təqdim edilsə də, həmin çıxarışda dəqiq ünvan göstərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının yerləşdiyi torpaq sahəsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 1082 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyatdan keçən xx xxxxxxxx 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yaşayış məntəqələrinin torpaqlarında yerləşən 0,1126 ha torpaq sahəsinin eyni və ya ayrı-ayrı ərazilər olub-olmaması və həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halları araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin hallar araşdırılmalı və nəticəsindən asılı olaraq digər sübutlarla müqayisəli tədqiq edilib qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək üçün tədbirlər görülə bilər. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1316/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı MMC-nin iş üzrə iddiaya baxılıb yekun qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə iddianın təmini tədbirinə dair ərizənin yenidən araşdırılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin verdiyi şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-1316/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-1316/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin iş üzrə iddiaya baxılıb yekun məhkəmə qətnaməsi çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında İddiaçı (X1 Qovşağının) balansında olan montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağının sökülərək onun yerində inşa olunan mərtəbə sayı məlum olmayan binanın tikintisinin dayandırılması və həmin ərazidə tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə iddianın təmini tədbirinə dair ərizəsi yenidən araşdırılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1390/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1390/2021
18.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver