Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1392/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1 (Alieva Ainur) qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1 (Alieva Ainur) qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-753/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki B kompleksində inşa edilən (inşa edilmiş), 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzili İddiaçı satmağı, İddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı (borcu ötürən) ilə "xxxx" MMC (borcu qəbul edən) arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqaviləyə əsasən, 1. “borcu ötürən”, onunla "xxxx" ASC arasında bağlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s №-li sərəncamının icrası ilə bağlı “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra "xxxx" QSC) ilə "xxxx" ASC arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən tələb hüququ "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixdə S-DİPK 247 nömrəli akt üzrə ötürülmüş, xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli 7827 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 29.301,00 manat məbləğində borcunu “borcu qəbul edən”ə ötürür və “Borcu qəbul edən” qeyd edilən 29.301,00 manat məbləğində borcu qəbul edir. 2. Bu Müqavilə üzrə borcun ötürülməsindən irəli gələrək borcla bağlı bütün öhdəliklərə (həmin öhdəliyin təminatı olan Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, “AAAF Park” yaşayış massivindəki B kompleksində, 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilə dair 25 dekabr 2013-cü il tarixli 400/13 nömrəli Girov müqaviləsi üzrə öhdəliklər) xitam verir və “Borcu qəbul edən” həmin öhdəliklər üzrə "xxxx" QSC-nə borcun qaytarılmasını öhdəsinə götürür.
3. "xxxx" ASC-dən "xxxx" QSC BOKT ötürülmüş İddiaçı kredit borcunun xx.xx.2023cü il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, xx.xx.2013-cü il tarixli 7827 nömrəli müqaviləyə əsasən 60 ay müddətinə 12 % dərəcəsi ilə verilmiş 43070 manat kredit məbləği üzrə əsas borc 29301,44 manat, faiz borcu 2764,10 manat, cəmi 32065,54 manat təşkil edir.
4. "xxxx" MMC ilə Alıeva Ainur (X2) arasında bağlanmış xx.xx.2019-cu il tarixli M- 5077 nömrəli mənzilin alqı-satqı müqaviləsi ("xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) müqavilənin surətindən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin B kompleksində inşa edilən (inşa edilmiş), bina 2, mərtəbə 3, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, bakonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 90.1 kv.m. ibarət, 2 otaqlı 16 saylı mənzili Alıeva Ainura təhvil verməyi, Alıeva Ainur isə bunun qarşılığında "xxxx" MMC-yə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1 (Alieva Ainur) qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m olan 2 otaqlı 16 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi, həmçinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m olan 2 otaqlı 16 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m olan 2 otaqlı 16 saylı mənzil cavabdeh tərəfindən hər bir kv.m-nin qiyməti 700 manatdan hesablanmaqla ümumi dəyəri 63.070 manata iddiaçıya satılmışdır. Bağlanmış müqavilə əsasında mənzilin dəyərinin bir hissəsi iddiaçı tərəfindən ödənilmiş və ödənilməmiş məbləği isə kredit olaraq hər ay "xxxx"na ödənilmişdir. İddiaçı mənzilə görə kredit borcunu bir müddət ödəsə də, daha sonra bu borcu ödəyə bilməmişdir. Bu səbəbdən də, onunla cavabdeh "xxxx" MMC arasında kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə bağlanaraq iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli sərəncamının icrası ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" ASC arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən tələb hüququ "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixdə S-DİPK 247 nömrəli akt üzrə ötürülmüş, xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli 7827 nömrəli kredit müqaviləsinə əsasən 29,301 manat məbləğində borcunu "xxxx" MMC-yə ötürmüşdür. Bu müqaviləyə əsasən "xxxx" MMC banka olan 29.301 manat borcunu 10 gün müddətində ödəməli, iddiaçı da mənzildən imtina etməli idi. İddiaçı mənzildən imtina ərizəsi versə də, "xxxx" MMC onun adından banka olan 29.301 manat borcu ödəməmişdir. İddiaçı borcun ödənilməməsini isə bir müddət bundan öncə bilmişdir. Belə ki, iddiaçı kredit kartının alınması üçün banka müraciət etmiş və bu zaman ona bildirilmişdir ki, adına ödənilməmiş problemli kredit borcu var. Bundan sonra, Azərbaycan Kredit Bürosundan çıxarış etmiş və ona məlum olmuşdur ki, 18 dekabr 2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-yə ötürmüş olduğu 29.301 manat kredit borcu ödənilməmiş, "xxxx" MMC müqavilə öhdəliklərini icra etməmişdir. Həmçinin, 29.301 manat kredit borcu adında problemli kredit olaraq qaldığından hazırda hər hansı bir bank və ya kredit təşkilatı ona kredit ayırmır. Bu səbəbdən də, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyindən onunla "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilə ləğv edilməli, həmçinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-753/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumuna görə pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə 18 dekabr 2019-cu il tarixdə müqavilənin iddiaçıya aid bütün şərtləri icra edilmiş, cavabdeh "xxxx" MMC isə üzərinə düşən öhdəliyi ötən müddət ərzində icra etməmiş, iddiaçı bununla bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə ünvanlanan ərizəsində bildirsə də, yenə də ötən müddət ərzində cavabdeh öhdəliyini icra etməmiş, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Göründüyü kimi iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslı olmaqla təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin ləğv edilməsi MM-in 421-ci maddəsinin məzmunundan göründüyü kimi müqavilə tərəflərin iradə ifadəsi ilə mümkündür. İddiaçı isə qeyd edilən müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvi üçün iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Odur ki, bu hissədə və eyni zamanda bundan asılı olaraq iddia tələbinin digər qalan hissəsində də iddia əsassızdır və təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 442, 448.2, 421, 157, 752-ci, Mülki Prosessual Məcəllənin 4.1, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mirzəyevin iddia tələbinin əsasını təşkil edən və mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, B kompleksi, 2 saylı bina, 2 otaqlı 16 saylı mənzilə dair hüququndan irəli gəlməsinə istinad edir. Halbuki, belə bir hüquq ümumiyyətlə yaranmamışdır, çünki iddiaçı Mirzəyev öz ərizələri ilə sözügedən mənzilin ona məxsus olmamasını belə etiraf etmişdir. Eyni zamanda, iddiaçı Mirzəyev və həyat yoldaşı Asmar Mamedovanın heç bir təmənnasız, əvəzssiz qaydada, qarşılıqlı tələb irəli sürmədən həmin daşınmaz əşyanı cəmiyyətə qaytarması buna bir daha sübutdur. Lakin məhkəmə qeyd olunan xüsusatlara heç bir hüquqi qiymət verməmişdir. Tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilə könüllü iradə ifadəsidir. xx.xx.2019-cu il tarixli müqavilə şərtlərinin hər hansı bir tərəfdən icra edilməməsi və ya qismən icra edilməsi həmin müqavilənin ləğv edilməsi deyil, öhdəliyin məcburi qaydada icrasını şərtləndirir. Həmin müqavilənin 3-cü bəndinə görə, borcu qəbul edən borcu ötürənin hazırki müqavilə əsasında ötürülən 29301 manat məbləğinin MKR-dən kredit məlumatlarının dəyişdirilməsi üçün 10 gün müddətində zəruri tədbirləri həyata keçirir. Belə ki, cavabdeh MMC-də həmin zəruri tədbirləri həyata keçirmiş və öhdəliklərin ötürülməsi barədə üçüncü şəxs "xxxx" BOKT QSC-yə ötürmüşdür. Bundan başqa, həmin müqavilənin 2-ci bəndinə müvafiq olaraq, borcu qəbul edən həmin öhdəlikləri üzrə "xxxx" BOKT QSC-yə borcun qaytarılmasını öhdəsinə götürür. Bu bənd üzrə yaranmış mübahisə üzrə iddiaçı Mirzəyev tələbin məcburi qaydada ötürülməsi barədə iddia verməsi daha qanuna uyğun olardı. Lakin iddiaçı hüquqdan sui-istifadə edərək, mübahisəli əmlaka - daşınmaz əşyaya dair hüquq əldə etmədiyi halda belə mübahisələndirmiş, hüquqdan yararlanmağa çalışmışdır. Məhz qeyd olunan əsaslara görə 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi qanunsuzdur. Eyni zamanda, həmin xx.xx.2019-cu il tarixli müqavilədə kredit öhdəliyinin icra müddəti göstərilməmişdir. Belə olan halda, müqavilə şərtlərinin pozulmasına əsaslanmaq olmaz. Bu da maddi hüquq normasının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsini göstərir. Sözügedən müqavilənin mahiyyətindən, məzmunundan və şərtlərindən göründüyü kimi ikitərəfli əqd öhdəliklərin kim tərəfindən icra olunmasınımüəyyənləşdirilməsi məqsədi daşıyır. Bu da MM-in 400 və 402-ci maddələrinə görə, həmin müqavilənin ümumi və ilkin müqavilə xarakteri daşıdığını göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edildiyindən, qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki B kompleksində inşa edilən (inşa edilmiş), 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzili İddiaçı satmağı, İddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) (63070 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı (iddiaçı) mənzilin dəyərini 5 iş günü ərzində cavabdeh təşkilata ödəməlidir.
20. İddiaçı qeyd edilən məbləğin bir hissəsini özü ödəmiş, 43070 manatını isə bankdan kredit götürərək ödəmişdir. İddiaçı bir müddət kredit ödənişlərini etsə də, sonradan ödənişləri maddi vəziyyəti ilə bağlı ödəməmişdir.
21. Bundan sonra, İddiaçı (borcu ötürən) ilə "xxxx" MMC (borcu qəbul edən) arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilə bağlanmışdır.
22. Müqaviləyə əsasən: Bənd 1. “Borcu ötürən”, onunla "xxxx" ASC arasında bağlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s №-li sərəncamının icrası ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" ASC arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən tələb hüququ "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixdə S-DİPK 247 nömrəli akt üzrə ötürülmüş, xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli 7827 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 29.301,00 (iyirmi doqquz min üç yüz bir, 00 qəpik) manat məbləğində borcunu “Borcu qəbul edən”ə ötürür və “Borcu qəbul edən” qeyd edilən 29.301,00 (iyirmi doqquz min üç yüz bir, 00 qəpik) manat məbləğində borcu qəbul edir. Bənd 2. Bu Müqavilə üzrə borcun ötürülməsindən irəli gələrək borcla bağlı bütün öhdəliklərə (həmin öhdəliyin təminatı olan Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, “AAAF Park” yaşayış massivindəki B kompleksində, 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilə dair 25 dekabr 2013-cü il tarixli 400/13 nömrəli girov müqaviləsi üzrə öhdəliklər) xitam verir və “Borcu qəbul edən” həmin öhdəliklər üzrə "xxxx" QSC-yə borcun qaytarılmasını öhdəsinə götürür. Bənd 3. “Borcu qəbul edən”, “Borcu ötürən”in hazırki müqavilə əsasında ötürülən 29.301,00 (iyirmi doqquz min üç yüz bir, 00 qəpik) manat məbləğinin mərkəzləşdirilmiş kredit reyestrindən kredit məlumatlarının dəyişdirilməsi üçün 10 gün müddətində zəruri tədbirləri həyata keçirir.
23. Beləliklə, tərəflər arasında bağlanmış kredit borcunun ötürülməsi barədə müqavilə şərtlərindən müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli 7827 nömrəli kredit müqaviləsinə əsasən 29.301,00 manat məbləğində borcu "xxxx" MMC tərəfindən qəbul edilsə də, MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməmişdir.
24. Belə ki, "xxxx" ASC-dən "xxxx" QSC BOKT-a ötürülmüş İddiaçı kredit borcunun xx.xx.2023-cü il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, xx.xx.2013-cü il tarixli 7827 nömrəli müqaviləyə əsasən 60 ay müddətinə 12 % dərəcəsi ilə verilmiş 43070 manat kredit məbləği üzrə əsas borc 29301,44 manat, faiz borcu 2764,10 manat, cəmi 32065,54 manat təşkil edir.
25. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh iddiaçıdan mənzili təhvil almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin müqavilə ilə nəzərdə tutulmuş borc məbləğini ödəyəcəyinə dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh həmin müqavilə əsasında iddiaçıdan mənzilin təhvil alınmasına dair hüququndan istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq, müqavilədə nəzərdə tutulmuş borc məbləğinin ödənilməsi öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Apellyasiya şikayətinin dəlilləri bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
30. Göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə iddiaçının borcunu kreditora ödəmək öhdəliyi götürmüş, lakin öhdəliyini icra etməmişdir. İddiaçının isə müqaviləyə görə borcun məcburi qaydada ötürülməsi barədə iddia vermək üçün hüquqi əsası yoxdur.
31. Apellyasiya şikayətinin müqavilənin icra müddətinin göstərilməməsi barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İşdən göründüyü kimi müqavilənin bağlanmasından 4 il keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-753/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.