Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1399/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X16, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-269/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı kredit sazişinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faizlə, 12 ay müddətinə 8800 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən X8 iddiaçıya 36 ay müddətində ilk 12 ay 242,47 ABŞ dolları, 13-cü aydan başlayaraq 427,16 ABŞ dolları, sonuncu ay isə 425,03 ABŞ dolları ödəməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, X1 iddiaçıya 4424,43 ABŞ dolları əsas borcu, 23,61 ABŞ dolları faiz borcu vardır. Ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2016-cı ildə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixində ölmüş X1 vərəsəsi cavabdeh miras əmlakdan pay almalıdı. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhər X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14.11,2005-ci il tarixli, 2282 nömrəli qeydiyyat vərəqəsinə əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 6/33-də yerləşən, ümumi sahəsi 44,73 kv.m, yaşayış sahəsi 31,93 kv.m., yardımçı sahəsi 12.8 kv.m. 2 otaqdan ibarət olan 20/90 saylı mənzildən ibarətdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, X9 xx.xx.2015-ci il tarixli CC/49453/48/11 saylı kredit sazişi üzrə iddiaçıdan 8800 ABŞ dolları məbləğində kredit götürmüşdür. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Sözügedən kredit Azərbaycan Respublikası Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli fərmanının təsiri altına düşmüşdür. Belə ki, həmin kredit üzrə kompensasiya məbləği 3579,39 ABŞ dolları mövcud borcun ümumi məbləğindən silinmişdir. Təsdiq edilmiş hesabdan çıxarışlarda da hesabdan silinmə öz əksini tapmışdır. Fərmanın icrası dövründə X2 vərəsələrinin olub-olmaması banka məlum olmadığı üçün həmin kreditin onun vərəsələrinin adına güzəştli şərtlərlə rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş vəkil sorğusu və vərəsəlik işinin materiallarından da görünür ki, vərəsəlik işi banka 2021-ci il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı müqaviləyə əsasən 4424,43 ABŞ dolları əsas borc, 23,61 ABŞ dolları faiz borcu, cəmi 4448,04 ABŞ dolları borcun, xx.xx.2012-ci il tarixli, BAL0332611/12 saylı digər müqavilə üzrə 1103,11 manat əsas borc, 24,53 manat faiz borcunun, cəmi 1127,64 manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ilə iddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli, CC/49453/48/11 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 8800 ABŞ dolları məbləğlərində kredit vermişdir. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh X1 qanuni vərəsəsidir. X8 tərəfindən vərəsələrinə qalan miras əmlak Sumqayıt şəhər X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005 tarixli, reyestr kitab nömrəsi:14, 22-ci səhifə, İnventar iş nömrəsi:12282 olan Qeydiyyat Vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən ümumi sahəsi: 44.73 kv/m, yaşayış sahəsi: 31.93 kv/m, yardımçı sahəsi: 12.8 kv/m olan 6/33 saylı 2 otaqlı evin 20/90 nömrəli mənzilindən ibarətdir. Cavabdeh tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mərhum bacısı X10 arasında xx.xx.2015-ci tarixli, CC/49453/48/11 saylı müqavilələrə əsasən, ona 36 ay müddətinə, illik 25 faiz dərəcəs 8800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit üzrə ödənişlərinin bir qismini ödəmiş və kredit üzrə 4448,04 ABŞ dolları borcu qalmışdır. Mərhum bacısı 20.01 2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh mərhum bacısı X3 qanuni vərəsəsi olduğu üçün Sumqayıt şəhər X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 2282 nömrəli qeydiyyat vərəqəsinə əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 6/33-də yerləşən, ümumi sahəsi 44,73 kv.m, yaşayış sahəsi 31,93 kv.m., yardımçı sahəsi 12.8 kv.m. 2 otaqdan ibarət olan 20/90 saylı mənzil cavabdehin mülkiyyətinə verilmişdir. Lakin bu müddət ərzində mərhum bacısının kredit almasında, kredit borcunun olubolmamasından heç bir məlumatı olmamışdır. Bütün bu müddət ərzində də iddiaçı bir dəfə də olsun cavabdehi narahat etməmiş və ona xəbərdarlıq etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-269/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Emin Abdullayev) Məhkəmə qeyd etmişdir ki, X8 xx.xx.2016-cı ildə vəfat etmişdir. Həmin ildə də onun miras qalmış əmlakına dair vərəsəlik işi açılmış və cavabdeh mirası qəbul etmişdir. İddiaçı isə bundan təxminən 6 il sonra cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsi üzrə tələblərə 3 illik iddia müddətinin hesablanması nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti 2016-cı ildən hesablanmalıdır. İddiaçı X1 əmlakı ilə bağlı cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsindən 2021-ci ildə məlumatı olduğunu bildirsə də, iddia müddəti həmin vaxtdan hesablana bilməz. Çünki iddiaçı hüquqi şəxsdir və hər hansı hüquqi savadsızlıq, vərəsəlik işi barədə məlumatların əldə edilməsinin mümkünsüzlüyü kimi dəlillərə əsaslana bilməz. Belə ki, iddiaçı 2016-cı ildə cavabdehin adına vərəsəlik şəhadətnaməsi verilməsindən məlumatlı olmaq, yəni öz hüququnun pozulduğunu bilmək imkanı var idi. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq xx.xx.2012-ci il tarixli, BAL0332611/12 saylı digər müqavilə üzrə 1103,11 manat əsas borc, 24,53 manat faiz borcunun, cəmi 1127,64 manat borcun tutulmasını xahiş etsə də, qeyd olunan tələblə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 385.1, 442, 44.2.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin məhkəməsinin e-2(060)-269/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamış və düzgün nəticə əldə etməmişdir. X1qanun üzrə 1-ci dərəcəli vərəsələri onun Bank of Baku ASC-yə kredit borcuolması barədə məlumatlı olmuşlar. Təşkilatı hüquqi formasından asılı olmayaraq heç bir hüquqi şəxs fiziki şəxsin fərdi məlumatlarını onun razılığı olmadan əldə edə bilməz. X4 ölüm haqqında şəhadətnaməsi məhz onun vərəsələri tərəfindən təqdim olunmuşdur (bank həmin sənədi başqa cür əldə edə bilməzdi). Həmçinin, xx.xx.2016-cı ildə vərəsəlik işinin açılması və miras əmlakın Cavabdeh verilməsinə dair Banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatı isə xx.xx.2022-ci il tarixində məlumatlı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsi isə vərəsəlik barədə məlumatı əldə etmək öhdəliyini onların üzərinə qoyaraq iddia tələbnə qərəzli mövqe bildirmişdir. Halbuki bu öhdəlik onların deyil, mirası qəbul edən şəxsin öhdəliyidir. Sumqayıt Şəhər Məhkəməsi Mülki Məcəllənin 372-373 və 374.1-cü maddəsinə istinad edərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq olunmasını əsas götürmüşdür. Bu fikirlə razı deyillər. Birinci məsələ ondan ibarətdir ki, 372-373 və 374.1-ci maddəsi yalnız müqavilə üzrə tərəf olmuş şəxslərə münasibətdə iddia müddətinin tətbiqini şərtləndirir. Yəni, Bank of Baku ASC və X8 arasında tərəflərin bağladığı müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımı qaydada icra etmədiyi təqdirdə hər iki tərəfə müqavilə üzrə pozulmuş hüquqlarının bərpası üçün 3 illik iddia müddətinin olmasını ehtiva edir. Sumqayıt Şəhər Məhkəməsinin məhkəməsinin e-2(060)-269/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göründüyü kimi, onların vərəsədən tələbləri miras əmlak üzrə miras aktivini qəbul etməsi anında yaranmışdır və bu hissə də hər hansı iddia müddətinin tətbiqi düzgün deyildir. Təsadüfi deyildir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər Mülki Məcəllənin 1310-cu maddəsi ilə Kreditorların tələblərinin irəli sürülməsi müddəti mövcud olmuşdur. Əsas mahiyyət ondan ibarətdir ki, Bankın kreditor kimi, miras əmlakı üzrə miras passivini tələb etmək hüququ vərəsə Cavabdeh ümumi mirasın rəsmi qaydada qəbul etməsi ona məlum olduğu andan yaranmış olur. Bu əsasla hesab edirlər ki, heç bir halda mirasın qəbulu üzrə rəsmi məlumatın əldə olunması kreditorun öhdəliyi kimi qəbuledilə bilməz. Mülki qanunvericilikdə mülki hüququn analogiya üzrə tətbiqidə mövcuddur. Hazırki yaranmış mübahisədə qanunun və hüququn analogiyası tətbiq olunmalıdır. Borclu hüquqi şəxsə münasibətdə münasibətdə, AR mülki Məcəlləsinin 384.0.2-ci maddəsinin tələblərinə əsasən əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri iddia müddətinin şamil edilmədiyi tələblər sırasına aiddir. Qanunun analogiyası tətbiq olunaraq Mülki Məcəllənin 384.0.6-cı maddəsinə uyğun olaraq bu halda da Bankın mirası qəbul etmiş şəxsdən kredit borcu üzrə öhdəliyin icrasını tələb etmək hüququna iddia müddəti tətbiq edilməməlidir. Çünki bu halda fiziki və hüquqi şəxslər arasında bərabərlik prinsipi pozulmuş olur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin Məhkəməsinin e-2(060)-269/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı kredit sazişinə əsasən X7 12 ay müddətinə illik 25 % ödəmək şərtilə 8800 ABŞ dolları kredit verilmişdir. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq xx.xx.2012-ci il tarixli, BAL0332611/12 saylı digər müqavilə üzrə 1103,11 manat əsas borc, 24,53 manat faiz borcunun, cəmi 1127,64 manat borcun tutulmasını xahiş etsə də, qeyd olunan tələblə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, X8 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2016-cı il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər müqavilədən irəli gələn öhdəlikəri ilə bağlı olduğundan, həmin mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklərlə bağlı İddiaçı ASC qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 13 yanvar 2016-cı il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 13 yanvar 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 14 oktyabr 2022-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X8 xx.xx.2016-cı ildə vəfat etdikdən sonra həmin ildə də onun miras qalmış əmlakına dair vərəsəlik işi açılmış və cavabdeh mirası qəbul etmişdir. İddiaçı isə bundan təxminən 6 il sonra cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X1 əmlakı ilə bağlı cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsindən 2021-ci ildə məlumatı olduğunu bildirsə də, iddia müddəti həmin vaxtdan hesablana bilməz. Çünki iddiaçı hüquqi şəxsdir və hər hansı hüquqi savadsızlıq, vərəsəlik işi barədə məlumatların əldə edilməsinin mümkünsüzlüyü kimi dəlillərə əsaslana bilməz. Belə ki, iddiaçı 2016-cı ildə cavabdehin adına vərəsəlik şəhadətnaməsi verilməsindən məlumatlı olmaq, yəni öz hüququnun pozulduğunu bilmək imkanı var idi. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-269/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1399/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1399/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver