Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1399/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.102 ABŞ dolları 31 sent əsas, 830 ABŞ dolları 78 sent faiz, 1.613 ABŞ dolları 28 sent cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157 ABŞ dolları 95 sent faiz borcu olmaqla, cəmi borcu 3.704 ABŞ dolları 32 sent və iş üzrə ödənilmiş 82 manat 98 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 5.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 150005431/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4.754 ABŞ dolları 77 sent təşkil etmişdir. Kreditin müddəti 42 ay təyin edilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.093 ABŞ dolları 24 sent təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3.704 ABŞ dolları 32 sent təşkil edir. Bundan 1.102 ABŞ dolları 31 sent əsas, 830 ABŞ dolları 78 sent faiz, 1.613 ABŞ dolları 28 sent cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157 ABŞ dolları 95 sent faiz borcu təşkil edir.
3. Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, iş materiallarında da göründüyü kimi onunla banka arasında 24 ay müddətinə 24% dəricəsilə 5100 ABŞ dolları məbləğində pulun verimləsi barədə xx.xx.2015-ci il tarixli kedit müqaviləsi bağlanmışdır. Eyni zamanda 11 fevral 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə iddia müddəti ötmüşdür. Bank onlara qarşı xx.xx.2025-ci il tarixdə kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir Bu səbəbdən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mənə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətini tətbiq edərək iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsi ilə (hakim Samir Məmmədov) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, sonuncu bankdan kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olduğu kimi kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı kredit məhkəmədən müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşin faktiki hallarından görünür ki, müvafiq kredit müqaviləsi tərəflər arasında xx.xx.2015-ci il tarixdə 48 ay müddətinə bağlanılmış, kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 5.093 ABŞ dolları 24 sent təşkil etmiş və restrukturizasiya edilmiş kreditin kreditin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Göründyü kimi kredit öhdəliyi üzrə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər sırasına daxildir. Məhkəmə hesab edir ki, kredit öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından və həmin müddət başa çatanadək cavabdeh tərəfindən sonuncu ödəniş 2017-ci il tarixdə ödəniş həyata keçirildiyindən, icra müddəti başa çatandan sonra cavabdehin əsas, faiz və cərimə borclarının olması müəyyən edilərək hesablandığından, iddiaçı tərəf öz hüquqlarının pozulmasından vaxtında xəbərdar olmuş, lakin pozulmuş hüquqlarını vaxtında müdafiə etməmiş, nəticədə iddia müddətini ötürərək cavabdehə qarşı məhkəmə qarşısında borcun ödənilməsinə dair iddia qaldırmışdır. 6 Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 554.1, 554.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, “kredit öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından və həm müddət başa çatanadək cavabdeh tərəfindən sonuncu ödəniş 2017-ci il tarixdə ödəniş həyata keçirildiyindən, icra müddəti başa çatandan son cavabdehin əsas, faiz və cərimə borclarının olması müəyyən edilərək hesablandığından, iddiaçı tərəf öz hüquqlarının pozulmasından vaxtında xəbərdar olmuş, lakin pozulmuş hüquqlarını vaxtında müdafiə etməmiş, nəticədə iddia müddətini ötürərək cavabdehə qarşı məhkəmə qarşısında bor ödənilməsinə dair iddia qaldırmışdır”. Məhkəmə qətnaməsində həmçinin onu da qeyd edir ki, “iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təm edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir”. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Quba Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi” nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirilsə görünər ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. (“Elektron məhkəmə” informasiya sisteminə yüklənilmiş iddia ərizəsini təsdiq edən sənədin surəti apellyasiya şikayətinə əlavə edilir). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24% dərəcəsi ilə 5.100 (beş min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin müqavilə üzrə xx.xx.2015-ci il tarixli Əlavə saziş bağlanmışdır. Daha sonra xx.xx.2017-ci il tarixdə 02 saylı Əlavə Saziş bağlanaraq kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə kredit müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü xx.xx.2025-ci il tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Göründüyü kimi bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə qeyd edilən xüsusatları nəzərə almayaraq iddia tələbini əsassız olaraq rədd etmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə öz növbəsində iclasda təqdim edilmiş ərizəyə (iddia müddətinin tətbiqinə dair) iddiaçının münasibətini öyrənmədən Azərbaycan Respublikası MM-in 373.2, 375.2-ci maddələrini rəhbər tutaraq maddi hüquq normasını düzgün tətbiq etməməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında kredit və zaminlik müqavilələri, həmin müqavilələr üzrə bağlanmış əlavə sazişlərdən başqa borca dair müvafiq maliyyə arayışı da mövcuddur. Həmin maliyyə arayışı peşəkar kredit mütəxəssisləri tərəfindən tərtib olunmaqla, məsul şəxsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Sözügedən sənədlərə nəzər yetirilsə görünər ki, kredit müqaviləsinin bağlanma tarixi xx.xx.2015-ci il tarix, əlavə sazişin imzalandığı tarix xx.xx.2017-ci il tarix, müqavilənin bitmə tarixi isə xx.xx.2022-ci il tarixdir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, məhkəməyə iddia müddətini ötürmədən müraciət etmişlər. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə saziş bağlanmışdır. Daha sonra xx.xx.2017-ci il tarixdə 02 saylı Əlavə Saziş bağlanaraq kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il tarixidir. Beləliklə, iddia müddətinin son günü xx.xx.2025-ci il tarixidir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 108 manat olmuşdur. Ona görə də apellyasiya şikayəti əsaslıdır və təmin olunmasını xahiş edir.
11. Cavabdeh2 məhkəməyə teleqram vuraraq səhhəti və iş rejimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, ********* saylı müqavilənin surətindən görünür ki, illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5100 ABŞ dolları məbləğində borc pul verilmişdir.
14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 15 may 2017-ci il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddəti uzadılaraq, 15 may 2022-ci il tarixədək müəyyən edilmişdir. 15.İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 150005431/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2nnın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 15 may 2017-ci il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddəti uzadılaraq, 15 may 2022-ci il tarixədək müəyyən edilmişdir.
17. Problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sisteminin çıxarışından görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixinə olan borcu 5591,84 manat təşkil etmiş, borcun azalmasına yönələn məbləğ 3717,92 manat, qalıq və restrukturizasiya olunması təkli olunan borcun məbləği 1873,92 manat təşkil etmişdir.
18. İşə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 108 manat ödəniş edilmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı.
1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
21. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı:
6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi banklara tövsiyyə edilsin. 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərə tutulur.
22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 1873,92 manat manat məbləğində pul tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kedit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə əlavə saziş imzalanmış, kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddəti xx.xx.2022-ci il tarixinə müəyyən edilmişdir. Belə olan halda iddiaçının qanunvericiliyə əsasən 3 il müddətində, yəni xx.xx.2025-ci il tarixədək məhkəməyə müraciət etmək hüququ olmuşdur. İş materiallarından görünür ki, iddiaçı elektron kabinet vasitəsi ilə iddia ərizəsini xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmiş və ərizə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra başlanması nəzərə alındıqda, iddiaçının qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etməsi aydın olur. Buna görə də iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.
26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə qalıq borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh2 01 mart 2019-cu il tarixə əsas kredit borcu 5591,84 manat təşkil etmiş, borcun azaldılmasına yönələn məbləğ 3717,92 manat olmaqla, qalıq borcun və təklif olunan restrukturizasiya məbləği də 1873,92 manat təşkil etmişdir. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq hesablanmış faizlərin silinməsi nəzərədə tutulsa da iddiaçı bank tərəfindən borc üzrə cərimə və faizlərin silinməsi təmin edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 1873,92 manat əsas borc məbləğinin Cavabdeh2 tutulmalı olmasına dair iddia tələbi əsaslı olmuşdur.
27. Məhkəmə kollegiyası Cavabdeh1 münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göğründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədikdə zaminliyə xitam verilir. Hazırki işdən görünür ki, Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 15 may 2017-ci il tarixli əlavə saziş əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddəti uzadılaraq, 15 may 2022-ci il tarixədək müəyyən edilmiş, iddia isə xx.xx.2025-ci il tarixdə, yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqdan 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə verilmişdir ki, bununla da zaminliyə xitam verilməklə, ona münasibətdə kreditorun tələb hüququ aradan qalxmışdır. Bu səbəbdən iddia tələbi zamin Cavabdeh1 münasibətdə əsassız olmuşdur.
28. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1873,92 manat manat məbləğində pul tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
29. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1788/2025 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 1873,92 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 40 manatı, cəmi 1913,92 (min doqquz yüz on üç manat, 92 qəpik) məbləğində pul tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.