Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1408/2023 03.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-5292/2011 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2011-ci il tarixli, 2(060)-5292/2011 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh (borcalan) Cavabdeh "xxxx" ASC-nin xeyrinə 34890,95 ABŞ dolları məbləğində borc (25156,07 ABŞ dolları əsas, 9121,23 ABŞ dolları gecikdirilmiş faiz, 613,65 ABŞ dolları gecikdirməyə görə cərimə) və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir (hakim İlyas Mahmudov). Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2011-ci il tarixli, 2(060)-5292/2011 nömrəli qiyabi qətnaməsi 19 dekabr 2011-ci il tarixdə iş üzrə tərəflərin yaşayış ünvanı üzrə göndərilmiş və qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyindən xx.xx.2012-ci il tarixdə icraya yönəldilmişdir. Bundan sonra, 09 avqust 2022-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2011-ci il tarixli, 2(060)-5292/2011 nömrəli qiyabi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5292/2011 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2011-ci il tarixli, 2(060)-5291/2011 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsinin qəbulundan imtina edilmiş, ərizə geri qaytarılmışdır (hakim Almaz Süleymanova). Hazırda Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5292/2011 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2011ci il tarixli, 2(060)-5292/2011 nömrəli qiyabi qətnaməsinin mövcud olması barədə onun şifahi məlumatının olmasına baxmayaraq, qeyd olunan qətnamə ona rəsmi qaydada göndərilməmişdir. O, sadəcə olaraq şifahi qaydada belə bir qətnamə barədə eşitsə belə, həmin qətnamənin reallıqda olub-olmaması, orada nə yazılması və ya ona aid olubolmaması barədə dəqiq məlumatı yox idi. Onun tərəfindən rəsmi qaydada qətnamə əldə olunduğu andan işin adi icraat qaydasında keçirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-5292/2011 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, 01 sentyabr 2022ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində cavabdehin iştirakı ilə keçirilmiş məhkəmə iclasında cavabdeh məhkəmə iclasında dindirilən zaman izahatında 2021-ci ilin noyabr ayından məhkəmənin qətnaməsindən məlumatlı olmasını, lakin müəyyən səbəblərdən qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir (i/v 94-95). Məhkəmə kollegiyası qeyd edir ki, qiyabi qətnamənin cavabdehə məlum olduğu vaxtdan yəni 2021-ci ilin noyabr ayından cavabdehin 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə vermək hüququ olduğu halda, cavabdeh bu hüquqdan istifadə etməmiş və nəticədə müddəti ötürərək yalnız 09 aydan sonra, 09 avqust 2022-ci il tarixdə belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəni geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-5292/2011 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1408/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1408/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver