Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1408/2025 08.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli, VİP 17886 saylı nisyə alğı-satqı müqaviləsi və xx.xx.2019-cu il tarixli, VİP 17886 zaminlik müqaviləsi üzrə ödənilməmiş 672 ABŞ dolları əsas (qalıq) borcun və 2 ABŞ dolları cərimə, cəmi 674 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh Cəlilov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2753/2020 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2753/2020 saylı qətnaməsinin tamamilə ləğv edilib yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 2753/2020 saylı qətnaməsindən Cavabdeh1 xx.xx.2025- ci il tarixində verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilib mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş və onların iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, VİP 17886 saylı nisyə alğı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17886 zaminlik müqaviləsi üzrə ödənilməmiş 672 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 134 ABŞ dolları cərimə, cəmi 896 ABŞ dolları və 30 manat dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17886 saylı nisyə alğı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixində zamin durmuşdur. Məhkəmənin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, xx.xx.2019-cu il tarixli, VİP 17886 saylı nisyə alğı-satqı müqaviləsi və xx.xx.2019-cu il tarixli, VİP 17886 zaminlik müqaviləsi üzrə ödənilməmiş 672 ABŞ dolları əsas (qalıq) borcun və 2 ABŞ dolları cərimə, cəmi 674 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. O, həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Qeyd edir ki, qətnamənin xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq rəsmi qaydada ona xx.xx.2025-ci ildə verilmişdir. Belə ki, qətnamə barədə ona məlumatı 2025-ci ilin may ayında Abşeron rayon İcra şöbəsinin icra məmuru vermişdir. Belə ki, icra məmuru ona icra sənədi üzrə nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulduğunu bildirmiş, həmçinin icraatında olan icra işi üzrə onun da borclu olduğunu bildirmiş, o isə icra məmuruna Cavabdeh2 adlı şəxsə zamin durmadığını və belə bir məhkəmə işindən xəbərinin olmadığını bildirmişdir. Daha sonra nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş və onun tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə ona qətnamənin surəti verilmişdir. Lakin icra məmuru və MMC-nin nümayəndəsi onun hüquqi savadının olmamasından istifadə edərək onu təqdimatın təmin edilməyəcəyi vədi ilə aldatmış və apellyasiya şikayəti verməsinin qarşısını süni maneələrlə almışdırlar. Göründüyü kimi apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbi hüquqi savadsızlığından istifadə edən icra məmuru və MMC-nin nümayəndəsi olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq o, Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 2753/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 2753/2020 saylı qərardadının ləğv edilib buraxılmış prosessual müddətin bərpa edilməsini və mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, VİP 17886 saylı nisyə alğısatqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17886 zaminlik müqaviləsi üzrə ödənilməmiş 672 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 134 ABŞ dolları cərimə, cəmi 896 ABŞ dolları və 30 manat dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17886 saylı nisyə alğı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixində zamin durmuşdur. Məhkəmənin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, xx.xx.2019-cu il tarixli, VİP 17886 saylı nisyə alğı-satqı müqaviləsi və xx.xx.2019-cu il tarixli, VİP 17886 zaminlik müqaviləsi üzrə ödənilməmiş 672 ABŞ dolları əsas (qalıq) borcun və 2 ABŞ dolları cərimə, cəmi 674 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh1 həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Qeyd edir ki, qətnamə xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq rəsmi qaydada cavabdehə xx.xx.2025-ci ildə verilmişdir. Belə ki, qətnamə barədə cavabdehə məlumatı 2025-ci ilin may ayında Abşeron rayon İcra şöbəsinin icra məmuru vermişdir. Belə ki, icra məmuru cavabdehə icra sənədi üzrə nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulduğunu bildirmiş, həmçinin onun icraatında olan icra işi üzrə cavabdehin də borclu olduğunu bildirmiş, cavabdeh isə icra məmuruna Cavabdeh2 adlı şəxsə zamin durmadığını və belə bir məhkəmə işindən xəbərinin olmadığını bildirmişdir. Daha sonra cavabdehin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə ona qətnamənin surəti verilmişdir. Lakin icra məmuru və MMC-nin nümayəndəsi cavabdehin hüquqi savadının olmamasından istifadə edərək onu təqdimatın təmin edilməyəcəyi vədi ilə aldatmış və apellyasiya şikayəti verməsinin qarşısını süni maneələrlə almışlar. Eyni zamanda məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 saylı qərardadında qeyd edilənlərə münasibətdə bildirmək istəyirlər ki, iş üzrə Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, sözügedən məhkəmə prosesi və onun mövcudluğu barədə heç bir məlumatı olmamışdır. Belə ki, məhkəmə prosesinin gedişi və nəticənin elan olunması ərəfələrində cavabdehin 2 övladı (əkiz) 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün ordu sıralarına yollanmış, belə olan halda onun məhkəmə iclasında iştirak etməsinə dair əsaslı dəlillər mövcud olmamışdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayəti verilməsinə görə qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbi hüquqi savadsızlığından istifadə edən icra məmuru və MMC-nin nümayəndəsi olmuşdur. AR MPM-in 360- cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. AR MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 2753/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2020-ci il tarixdə yerləşdirilmiş və müşayiət məktubu ilə tərəflərə, o cümlədən Cavabdeh1 ünvanına göndərilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında verilmiş icra vərəqəsi Cavabdeh1 münasibətdə icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və icranın könüllü olaraq təmin edilməsi barədə icra sənədi üzrə borclu Cavabdeh1 məlumat verilmişdir. Daha sonra Cavabdeh1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş, iş materiallarında olan qəbzdən göründüyü kimi Cavabdeh1 ilk dəfə təqdim edildiyi zaman qətnaməni qəbul etməkdən imtina etdiyindən sonradan sözügedən qətnamə xx.xx.2025-ci il tarixdə ona təkrarən verilmişdir. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı xx.xx.2025-ci il tarixdən başlamış, həmin müddət xx.xx.2025-ci ildə qurtarmış, Cavabdeh1 isə qeyd olunan qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı onun tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. İş materialları ilə həmçinin o müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və həmin iclasda qətnamə qəbul edilərək nəticəsi elan edilmiş, dolayısı ilə o həmin tarixdən sözügedən qətnamənin mövcudluğundan xəbərdar olmuşdur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2753/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1408/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1408/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver