Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1413/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 26140 (iyirmi altı min yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26140 (iyirmi altı min yüz qırx) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X2 xx xxxx 2015-ci ildə Bakı şəhəri “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla cavabdehə 65040 (altmış beş min qırx) manat məbləğində borc pul vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh hər ay 2710 (iki min yeddi yüz on) manat ödəmək şərti ilə xx xxxx 2017-ci ilə kimi borcu mərhum həyat yoldaşına ödəməli idi. Lakin cavabdeh hissə-hissə, sonuncu dəfə 2019-cu ilin fevral ayında ödəniş edərək mərhum həyat yoldaşına ümumilikdə 38900 (otuz səkkiz min doqquz yüz) manat məbləğində pul ödəmiş və 26140 (iyirmi altı min yüz qırx) manat məbləğində borcu qalmışdır. Dəfələrlə cavabdehə müraciət edərək borcu ödəməsini tələb etsə də, o, müxtəlif bəhanalər gətirərək borcu ödəmir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusunda xx.xx.2019-cu ildə vəfat etmiş həyat yoldaşı X1 adına vərəsilik işi açılmış və o, vərəsə kimi tanınmışdır. Hazırda mərhum həyat yoldaşının vərəsəsi kimi həmin borcu tələb edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı verilmiş iddia əsassızdır və qanuna ziddir. 2015-ci ilin mart ayında iddiaçının həyat yoldaşı mərhum B.C.Allahverdiyev ilə görüşmüşdür. Görüş zamanı məlum olmuşdur ki, B.C.Allahverdiyev faizə pul verir. Əvvəllər Tacəddin adlı şəxs tərəfindən ona verildiyi pul vəsaiti də B.C.Allahverdiyevə məxsus olmuşdur. O, B.C.Allahverdiyev ilə borc məbləğinin 65000 manat olması barədə razılığa gələrək bu barədə notariat qaydasında təsdiq edilmiş borc müqaviləsı bağlamışlar. 2015-ci ilin aprel ayından etibarən avqust ayınadək hər ay 2700 manat, sonra isə hər ay 1000-2000 manat ödəməklə 2019-cu ilin oktyabr ayınadək 60000 manat onun tərəfindən ödənilmişdir. 2000 manat B.C.Allahverdiyev ona güzəşt edərək tələb etmədi. Onun cəmisi 7000 manat borcu qalmışdır. 2020-ci ilin fevral ayında mərhum B.C.Allahverdiyevin övladları kimi özünü təqdim edən Elvin və Sadiq adlı və İddiaçı qardaşı kimi özünü təqdim edən Şirvan adlı şəxlər onunla görüşmüşdürlər. Onlara bildirib ki, B.C.Allahverdiyevə 7000 manat borcu qalmış və mərhum ona 2000 manat güzəşt etmişdir. Belə olan halda onun 5000 manat borcu qalmışdır. Həmin şəxslər onun 5000 manat borcu olmasını təsdiqləmişdirlər. Onlara məlumat verilmişdir ki, 2020-ci ilin mart ayında Rusiya Federasiyasına gedərək biznes əşyaları sataraq pulu qaytaracaq. Lakin pandemiya ilə əlaqədar bu mümkün olmamışdır. Bundan sonra Elvin ona zəng edərək 5000 manat olan borcu hissə-hissə olaraq 300-500 manat qaytarılmasını xahiş etmişdir. Pandemiya ilə əlaqədar işsizdir və bir müddət vaxt istəmişdir. Lakin bunların heç birini məhkəmə nəzərə almamış və onun verdiyi izahatını qəbul etməmişdir. Kredit müqaviləsi 2017-ci il tarixdə bitmişdir, B.Allahverdiyev isə 2019-cu il tarixdə vəfat etmişdir. Bu müddət ərzində ona qarşı iddia tələbi qaldırılmamışlar. Onun tərəfindən B.Allahverdiyevə bir çox vaxt pullar ödənilmişdir, lakin bu dəftərdə qeyd edilməmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(028)-8/2021 saylı qətnaməsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi S.E.Qasımov məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırkı vəziyyətdə tərəflər arasında barışıq olduğundan, mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədi ilə iddia tələbindən imtina edir. Ona görə də, iddia tələbindən imtina edir və iddianın imtinanın nəticələri onlara aydındır. İddiaçının nümayəndəsi S.E.Qasımov iddiadan imtina edilməsini müdafiə etdi. Cavabdeh iddiadan imtina edilməsinə razı olduğunu və hazırda mübahisənin barışıq yolu ilə həll edildiyini bildirdi. Məhkəmə kollegiyası məruzəcini, tərəfin iddiadan imtinaya qarşı fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.E.Qasımovun iddia tələbindən imtina etməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün qəbul olunmalı, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 365, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X3 iddiadan imtina etməsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(028)-08/2021 saylı qətnaməsi ləğv edilsin və bu iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1413/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1413/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver