Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1413/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(034)-75/2023 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 580000 rubl, 290000 rubl (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq), Cavabdeh1 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı4 ödənilməsi, cavabdehlər Cavabdeh2 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq), Cavabdeh1 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı6 ödənilməsi, Cavabdeh1 2500 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh1 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh1 3700 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı5 ödənilməsi, Cavabdeh1 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 2017-ci ildə tanış olmuşdur. Bundan sonra səmimi münasibətləri yaranmış, hətta ailəvi gediş-gəlişləri olmuşdur. Bu müddət ərzində Cavabdeh1 İddiaçı1 daşınmaz əmlak almaqla bağlı müəyyən təkliflər vermiş, hətta bəzi evlərin şəkillərini də göndərmişdir. Bundan sonra İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif dövrlərdə pul məbləği göndərmişlər. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vsaitəsilə olmuşdur. Köçürülən pul vəsaitlərinə alınmalı olan daşınmaz əmlaklar barədə Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamasına baxmayaraq nəticəsi olmamışdır. Nəticədə göndərilən vəsait hesabına heç bir daşınmaz əmlak əldə edilməmişdir. İddiaçı4 tərəfindən Cavabdeh2 580000 rubl, 290000 rubl, Cavabdeh1 isə 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı6 tərəfindən Cavabdeh2 5000 ABŞ dolları, Cavabdeh1 da 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 2500 ABŞ dolları göndərilmişdir. İddiaçı2 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı5 tərəfindən Cavabdeh1 3700 ABŞ dolları göndərilmişdir. İddiaçı3 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 və digərləri pul tələbinə dair iddia ərizəsi ilə ona və qardaşı Cavabdeh2 qarşı Zəngilan Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində İddiaçı1 və digərləri cavabdeh olaraq ondan və qardaşı Cavabdeh2 daşınmaz əmlak alınması ilə bağlı müxtəlif dövrlərdə yaşadıqları Rusiya Federasiyasından pul köçürmə vasitə ilə göndərilən pul məbləğlərinin qətnamə əsasında tutularaq onlara ödənilməsini xahiş edirlər. İddia ərizəsində İddiaçı1 ilə onun arasında daşınmaz əmlak alınması ilə bağlı təkliflərdən və razılaşmadan bəhs olunmuş, nəticədə göndərilən pul hesabına heç bir daşınmaz əmlak əldə olunmadığı göstərilmişdir. İddia ərizəsində qeyd olunan şəxslərdən yalnız İddiaçı1 tanıyır, həmin şəxslə özünün də iddia ərizəsində göstərdiyi kimi 2017-ci ildən etibarən tanımış, sonradan münasibətləri daha da genişlənmişdir. Məhz İddiaçı1 şərikli yeri almaq, şərikli biznes qurmaq təklifinə (avtoservis xidməti göstərən obyekti tikmək və s.) əsasən o, Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq yerlər əldə olunması ilə məşğul olmuş və iddiaçı Respublikadan kənarda olduğundan əldə olunacaq əmlakların onun atası X2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçının atası X10 rayonu 2-ci Nügədi kəndində yaşamaqla qeydiyyatdadır.xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən o, hədiyyə verən qismində, iddiaçının atası hədiyyə alan qismində iştirak edərək notarial qaydada təsdiq olunmuş müqaviləyə görə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını istifadəsində olan hissəsindən göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə vermişdir. Razılaşmaya əsasən İddiaçı1 həmin torpağın dəyərinin yarısını 60.000 manatı hissə-hissə olaraq ona göndərməli idi, belə ki, həmin pulu əvvəlcədən birdəfəlik verməyə maddi imkanı yox idi. Bundan əlavə o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti məqsədi ilə iddiaçının atası X2 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsinə dair Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamın alınmasını təşkil etmişdir. Həmin sərəncam əsasında iddiaçının atası Şahid Qayıbovun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət sənədləri rəsmiləşdirilmişdir. Razılaşmaya əsasən sözügedən torpaq sahəsində şərikli olaraq bizneslə məşğul olmalı idilər. Qeyd olunan torpaq sahələrinə dair müvafiq sənədləri məhkəməyə təqdim edərək bildirir ki, məhz həmin torpaq sahələrinin alınması, əldə olunması məqsədi ilə RF-da yaşayan İddiaçı1 tərəfindən göstəriln pul məbləğləri onun və qardaşı Cavabdeh2 adına köçürülmüşdür. Xüsusilə qeyd edir ki, iş üzrə cavabdeh qismində qoyulan qardaşı Cavabdeh2 İddiaçı1la yuxarıda qeyd olunanlar barədə heç bir razılaşması və ya danışıqları olmamış, bundan əlavə, nə o, nə də qardaşı digər iddiaçıları tanımırlar, o, özü yalnız İddiaçı1la danışaraq yuxarıda göstərilən məsələləri razılaşdırmış, digər iddiaçıları tanımamaqla yanaşı, onlar qarşısında hər hansı bir öhdəliklərinin olmasından söhbət belə gedə bilməz. İddia ərizəsində AR Mülki Məcəlləsinin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Aralarında belə bir müqavilə mövcud deyildir, lakin işin faktiki hallarından o, bəhs etmişdir. AR MPM-nin 152-ci maddəsində iddia ərizəsinin qaytarılmasından bəhs olunur və göstərilir ki, aşağıdakı əsaslar mövcud olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib olunduqda, bir və bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə və sairə. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbləri, o, cümlədən bir neçə cavabdehə verildikdə iddiasının onlardan hər birinə qarşı yönələn tələbləri, həmçinin bu tələblərin əsaslandırıldığı hallar göstərilmədikdə iddia ərizəsi geri qaytarılır. Cavabdeh qismində iddia ərizəsində göstərilən qardaşı Cavabdeh2 faktiki hallara heç bir aidiyyəti olmadığı ilə yanaşı, iddia ərizəsində İddiaçı1 ilə onun arasında daşınmaz əmlakla bağlı təkliflərdən bəhs olunmuşdur. Odur ki, iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində cəlb olunmasına dair heç bir əsaslandırma mövcud deyildir. Bundan başqa iddia ərizəsində bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələb birləşdirildikdə AR MPM-nin 152.1.7-ci maddəsi tətbiq olunur. AR MPM-nin 154-cü maddəsində iddia ərizəsinə etiraz etmədən bəhs edilir və göstərilir ki, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıda göstərilənləri və AR MPM-nin tələblərini nəzərə alaraq, etirazını qəbul edərək iddiaçının pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında məsələyə baxılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(034)-75/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(034)-75/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif dövrlərdə pul məbləği göndərilmişdir. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vasitəsilə olmuşdur. Köçürülən pul vəsaitlərinə alınmalı olan daşınmaz əmlaklar barədə Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq nəticəsi olmamışdır. Cavabdeh1 sahibklarlıq məqsədi ilə əldə edilməli olan daşınmaz əmlak əldə edilməsi əvəzinə yararsız torpaq sahəsini ucuz qiymətə alaraq göndərilən pulların ora xərcləndiyini bildirmişdir. Belə olan halda iddiaçılar aldadıldığını bilmiş və ondan pulun geri qaytarılması üçün uzun müddətli danışıqlar aparılmış, lakin nəticəsi olmadığını görən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə isə öz növbəsində cavabdehlərin iddiaçılar qarşısında öhdəliyinin yararsız torpaq sahəsini onlara bağışlaması ilə bitmiş hesab etmişdir. Halbuki cavabdehlərə göndərilən pul məbləği ilə alınmış torpaq sahəsi arasında böyük fərq var. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan pul köçürməsi barədə qəbzlərin surətlərindən görünür ki, iddiaçılar tərəfindən köçürülmüş pul vəsaitləri cavabdehlər tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlanması haqqında müqavilənin surətindən görünür ki, hədiyyə verən Əliyev X7 rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.1766 ha torpağın icarə hüquqlarını hədiyyə alan X4 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 436 nömrəli 26 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Sahibkarlıq fəaliyyəti ilə məşğul üçün X5 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfindən 0.04 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, qoşmada göstərilən pul köçürmələri "xxxx" ASC-də aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 6-2- 41/2-8594/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası MM-nin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən isə “bank sirrini təşkil məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər”. Buna müvafiq olaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci bəndinə əsasən “bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir”. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının nəzərə alınması və bank sirri təşkil edən məlumatların verilməsi üçün Banka məhkəmə qərarının, həmçinin barəsində sorğu edilmiş şəxslərin eyniləşdirmə məlumatlarının təqdim edilməsinin zəruri olması bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 2023/111/2422 nömrəli məktubundan görünür ki, sorğu edilən məlumatlarla (Cavabdeh1 və Cavabdeh2) bağlı bildirilir ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank sirri hesab olunur. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 8- 30/225-23 nömrəli məktubundan aydın olur ki, məhkəmə qərarı təqdim edilmədiyindən sənədin icrasının mümkün olmaması bildirilmişdir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 2017-ci ildə tanış olmuş, aralarında səmimi dost münasibətləri yaranmış, ailəvi gediş-gəlişləri olmuşdur. Tərəflər arasında yaranmış səmimi münasibətlər ərzində Cavabdeh1 İddiaçı1 daşınmaz əmlak almaqla bağlı müəyyən təkliflər vermiş, hətta bəzi evlərin şəkillərini də göndərmişdir. Bundan sonra İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün Cavabdeh1 və cavabdehin qardaşı Cavabdeh2 müxtəlif dövrlərdə pul köçürmə sistemləri vasitəsilə pul məbləğləri göndərmişlər. İddiaçı1 Rusiya Federasiyasından göndərdiyi pul məbləğləri böyük məbləğlər olduğundan həmin məbləğlərinin hamısını öz adından göndərə bilmədiyinə görə məbləğlərin bir hissəsi iddiaçının yaxın qohumları, yəni digər iddiaçılar vasitəsi ilə göndərilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən də göründüyü kimi İddiaçı4 tərəfindən Cavabdeh2 580000 rubl, 290000 rubl, Cavabdeh1 isə 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları, İddiaçı6 tərəfindən Cavabdeh2 5000 ABŞ dolları, Cavabdeh1 da 5000 ABŞ dolları, İddiaçı1 tərəfindən Cavabdeh1 2500 ABŞ dolları, İddiaçı2 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları, İddiaçı5 tərəfindən Cavabdeh1 3700 ABŞ dolları və İddiaçı3 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları pul məbləğləri göndərilmişdir. Hazırda iddiaçılar həmin pul məbləğlərinin cavabdehlərdən alınaraq onlara ödənilməsini xahiş edirlər. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı həmçinin müəyyən edildi ki, İddiaçı1 Cavabdeh1 şərikli torpaq sahələrini almaq və şərikli biznes qurmaq kimi təklif (avtoservis xidməti göstərən obyekti tikmək və s.) etmiş və onun təklifi əsasında Cavabdeh1 Bakı şəhəri və Abşeron rayonu ərazilərində yerləşən torpaq sahələrinin əldə olunması ilə maraqlanmışdır. İddiaçı1 Respublikadan kənarda olduğundan əldə olunacaq əmlakların onun atası X2 adına rəsmiləşdirilməsini cavabdehdən xahiş etmişdir. Beləliklə də, tərəflər arasında biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılaşma əldə olunmuş, iddiaçının təklifi əsasında Cavabdeh1 dəniz kənarında yerəşən obyektlərə baxmış, lakin həmin yerdə olan obyektlər baha qiymətə olduğu üçün sonradan tərəflərin bu iş birliyi alınmamışdır. Lakin tərəflər arasında olan həmin şifahi razılaşma əsasında iki obyekt əldə olunmuş və iddiaçının xahişi ilə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını Quba rayonunda yaşayan iddiaçının atası X5 bağışlamış, həmçinin Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində yerləşən 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının atası X2 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsini təşkil etmiş və həmin sərəncam əsasında torpaq sahəsinə dair icarə hüququ iddiaçının atasının uzunmüddətli istifadəsinə verilmişdir. Cavabdeh tərəfin dediyinə görə əmlakların alınması üçün 240.000 manat vəsait cavabdeh tərəfindən qoyulmuş, onun yarısı iddiaçının, yarısı da cavabdehin üzərinə düşmüş, bu razılaşma ilə bağlı cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçının isə vəsaiti ödəməyə birdəfəlik imkan olmadığına görə aralarında olan razılaşmaya əsasən o, həmin pul vəsaitini hissə-hissə göndərməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəf sübut olaraq məhkəməyə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinin və Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamının surətlərini təqdim etmiş, eləcə də iddiaçılar tərəfindən köçürülən pulları qəbul etdiyini etiraf etmiş və həmin pulların iddiaçının ona atasının adına rəsmişəldirilmiş torpaq sahələrinə görə verməli olduğu pullar olması ilə əsaslandırmışdır. İddiaçı tərəf cavabdeh tərəfin gətirdiyi dəlillərlə razılaşmadığını bildirsə də, cavabdeh tərəfindən iddiaçının atasının adına rəsmiləşdirilmiş torpağ sahələri ilə bağlı cavabdehlərin əsaslandığı fakt və hallara dair heç bir təkzibedici dəlillər təqdim edə bilməmiş və həmin məsələnin başqa bir məsələ olduğunu bildirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İş materiallarından aydın olur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmış və bu səbəbdən yaranmış mübahisəyə tapşırıq hüquq münasibətlərinə uyğun qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız iki tərəf – İddiaçı1 və Cavabdeh1 arasında şifahi qaydada bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdeh həmin müqavilədə müəyyən edilmiş pul məbləğini iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında öhdəliyi icra etmək barədə iddiaçı qarşısında həmin vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə üzrə müxtəlif vaxtlarda pul almasına dair hüququndan istifadə etmiş, bunun müqabilində müqavilədən irəli gələn vəzifələrini yerinə yetirərək iki obyekt əldə etmiş və iddiaçının xahişi ilə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını Quba rayonunda yaşayan iddiaçının atası X5 bağışlamış, həmçinin Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində yerləşən 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının atası X2 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsini təşkil etmiş və həmin sərəncam əsasında torpaq sahəsinə dair icarə hüququ iddiaçının atasının uzunmüddətli istifadəsinə verilmişdir. İşin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, məhz yuxarıda qeyd olunan torpaq sahələri əldə edildikdən sonra Rusiya Federasyiyasında yaşayan İddiaçı1 və onun göstərişi ilə digər iddiaçılar tərəfindən pul məbləğləri Cavabdeh1 və onun qardaşı digər Cavabdeh2 adına köçürülmüşdür. Yuxarıda göstərilən məsələlər isə yalnız İddiaçı1la Cavabdeh1 arasında razılaşdırılmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 torpaq sahələrinin əldə olunmasını təşkil etmiş, İddiaçı1 isə payına düşən pul məbləğini hissəhissə nəticə etibarı ilə Cavabdeh1 göndərmişdir. İddia tələbində heç bir daşınmaz əmlakın əldə olunmamasının göstərilməsi ilə iddiaçılar tərəflər arasında mövcud hüquq münasibətlərini düzgün şərh etməyərək iddia tələbini düzgün əsaslandırmamışlar. Apellyasiya şikayətinin dəlili kimi əldə olunmuş torpaq sahələrinin yararsız torpaq sahələri olduğu və göstərilən pul məbləği ilə alınmış torpaq sahələrinin arasında böyük fərq olduğu qeyd olunmuşdur. Bununla əlaqədar Cavabdeh1 apellyasiya şikayətinin həmin dəlilinin əsassız olduğunu göstərərək aşağıdakıları qeyd etmişdir: “...Qeyd etməliyəm ki, əldə olunmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı deyildir, yəni orada əkin-biçin, meyvəçiliklə məşğul olma kimi bir məqsəd və ya niyyət mövcud olmamışdır, həmin torpaq sahələrinin yararsız olduğuna dair fikir qəbuledilməzdir, digər bir məsələ ilə bağlı, bu gündə həmin torpaq sahələrinin bazar dəyərləri vardır, xüsusən də yol kənarında yerləşən torpaq sahəsindən biznes fəaliyyəti üçün istifadə edilməsinin izahına heç bir lüzum yoxdur. Əldə olunmuş torpaq sahələri və onların dəyərləri ilə bağlı mənimlə İddiaçı1 arasında danışıqlar aparılmış və razılaşmalar əldə olunmuşdur, sonuncu əldə olunmuş torpaq sahələri haqqında yetərli qədər məlumatlı olmuşdur. Yəni aramızdakı razılaşmaya əsasən bütün məsələlər həllini tapmış və aradan xeyli vaxt keçdikdən sonra, çox ehtimal iddiaçının planları dəyişmişdir, ola bilsin ki, artıq Respublikaya qayıtmaq və ya burada biznes qurmaq kimi fikirlərindən daşınmışdır. Lakin bu hallar mənim onun qarşısında əlavə hər hansı bir öhdəlyin yaranmasına səbəb ola bilməz...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsasız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə göndərilmiş pul məbləği ilə əldə olunmuş trpaq sahəsinin dəyəri arasında fərqin oluduğunun müəyyən edilməsi birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(034)-75/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1413/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1413/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver