Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1416/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və X2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 və cavabdeh X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı “mənzilin giriş-çıxışına yaradılmış süni-maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilə giriş-çıxışına yaradılmış süni-maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması və İddiaçı mübahisələndirilən mənzil üzərindəki sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması və mübahisələndirilən mənzil üzərindəki sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK-ya məxsus ünvan 1 ünvanında inşa dilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində, sahəsi 82,65 kvm. olan mənzili 1kv.m-i 275 manat olmaqla, ümumilikdə 22728 manat məbləğində pulu xx.xx.2013-cü il tarixli müqavilə üzrə 100 faiz həcmində ödəməklə almışdır. Qeyd edilən mənzilə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli müqavilə ilə sübuta yetirilir ki, ona məxsusdur. Alqı-satqı müqaviləsi bağlanan zaman və maliyyə arayışı cavabdeh MTK tərəfindən ona təqdim edilən zaman həmin mənzil üzərində başqa şəxsin sahiblik hüququ olması barədə heç bir mübahisə olmamışdır. Qeyd edilən mənzilə sahiblik və istifadə hüququ ona məxsusdur. Evə dair mülkiyyət sənədlərini dövlət reyesterində qeydiyyat aparılması üçün binaya dair qanuni sənədlər MTK tərəfindən binanın tam istismara verilməsinə dair sənədlər ona təqdim edildiyi gün əldə ediləcəkdir. O, bir müddət əvvəlki zamana qədər ona məxsus mənzilə gedib-gəlmiş və girib çıxmaqda çətinlik çəkməmişdir. Lakin son zamanlarda o, mülkiyyətində olan mənzili təmir etdirmək qərarına gəlmiş və bunun üçün mənzilə daxil olmaq istəyərkən mənzilin başqa şəxsə satıldığını görmüş və mənzildə təmir bərpa işlərinin aparıldığını görmüşdür. Ona cavabdeh tərəfindən süni maneələr yaradılmış, onun mənzilə girişi məhdudlaşdırılmışdır. Tərəfindən cavabdeh MTK-nin nümayəndələrinə dəfələrlə bununla bağlı xəbərdarlıq edilsə də onlar buna əhəmiyyət verməmişlər. Cavabdehin nümayəndələri tərəfindən buna səbəb kimi heç bir söz söylənməmiş sadəcə mənzilə sahibliyin onda olmadığı bildirilmişdir. İşin hallarından göründüyü üzrə cavabdehrin hərəkətləri tamamilə qanunsuz olmuş və xeyli miqdarda zərərə uğraması ilə nəticələnməkdədir. Eyni zamanda bütün bu hadisələrə görə dərin əsəb və stress altındadır. Ona cavabdeh tərəfindən həm maddi, həm də mənəvi zərər yetirilməkdədir. Belə ki, yuxarıda qeyd edilən məsələlər ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində sahəsi 82,65 kv.m olan mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması və sahiblik hüququnun məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır.
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Nuriyeva) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı satıcı Cavabdeh MTK ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansar sahəsini kv.m-nin dəyəri 278 manat olmaqla 22728 manata almışdır. Sözügedən mansar sahəsinin dəyərinin tam şəkildə ödənilməklə iddiaçının MTKya borcunun olmamasına dair iddiaçı və MTK tərəfindən maliyyə arayışları təqdim edilməmişdir. Cavabdeh MTK tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli, 007/153 nömrəli sorğuya əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,65 kv.m olan mənzilə dair İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə cəmi 500 manat ödəniş edilmişdir. Daha sonra ödəniş tam həyata keçirilmədiyindən İddiaçı tam ödəniş ilə bağlı maliyyə arayışı verilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışının olmaması onun mansard sahəsinə dair “gözlənilən mülkiyyət hüququ”nun yaranmasına əsas olmamışdır. Mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçı ərizəsində qeyd etdiyi hallar, təqdim etdiyi sübutlar ilə zidiyyət təşkil etmişdir. İddia ərizəsində xx.xx.2013cü il tarixli müqavilə üzrə ödənişlərin tam həyata keçirdiyini iddia etsə də, maliyyə arayışı təqdim edilməmiş, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilmədiyindən maliyyə arayışının verilməməsi qeyd olunmuş, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixdə verilmiş 500 manat ödənişin edilməsi ilə bağlı arayış məhkəmənin iddia tələbinin əsassız olması qənaətinə gəlməsinə şərait yaratmışdır. Bağlanmış müqavilənin tarixinə diqqət yetirdikdə müqavilə tərəfləri üçün müqavilənin bağlanması anından hüquq və vəzifələr yaradır. Yəni müqavilə üzrə öhdəliklərini iddiaçının əvvəlcədən həyata keçirməsi məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, Mənzil Məcəlləsinin 112, 113.1,113.2, 113.3, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Birinci instansiya məhkəməsində işə baxıldığı zaman iddiaçı X1 cavabdeh qismində işə cəlb edilməsinə dair ərizə versə də birinci instansiya məhkəməsi X4ü cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi məhkəmə bu neçə ildə şəxsin istifadə və sahiblik hüquququnun olması faktını qətnamə çıxararkən nəzərə almayıb. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verə bilməyib. Sübut kimi qəbul edilməli olan və tərəflər arasında olan münasibəti tənzimləyən müqavilə sübut kimi qəbul edilməyib. Məhkəmə iddiaçı tərəfindən əvvəlcədən ödənişin edilməsini sübut kimi qəbul etməyib ancaq əsaslandırma etməyib ki, nə üçün tərəflər arasında münasibəti tənzimləyən müqaviləni sübut kimi qəbul etmir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə həmin MTK dan aldığı digər evi satması barədə sənəd təqdim edilib və faktiki olaraq o evin də maliyyə arayışı olmayıb. Şirkət tərəfindən maliyyə araşıyının verilməməsi vətəndaşın üzərinə yıxılmalı deyil. Cavabdehdən protokoldan çıxarış və yaxud mühasibatlıq uçotu kitabından çıxarış da tələb edilməyib. Çünki iddiaçı maliyyə arayışı itirmiş olsa belə kitabda bu barədə qeyd olunmalı idi. Cavabdeh qanunsuz olaraq ödəniş edilən zaman kassa çeki verməyib və müvafiq olaraq mühasibatlıq qaydalarını tənzimləyən qanunvericilik normalarını pozmuşdur. Məhkəmənin qətnaməsi əsaslandırılmayıb. Yalnız hüquq normaları qətnaməyə əlavə edilib və sübut kimi təqdim edilən müqavilənin nə üçün sübut kimi qəbul edilməyi də əsaslandırılmayıb. Cavabdehin nümayəndəsi məhkəmə zamanı bildirib ki, MTK-nın bundan əvvəl bağladıqları bəzi müqavilələr üzrə Korrupsiya idarəsində araşdırma aparılır. Həmçinin cavabdeh özü bildirib ki, mansard bir çox hallarda barterlə həll olunur. Həmçinin əgər iddia olunduğu kimi iddiaçı tərəfindən ödəniş olunmamış olsaydı cavabdeh nə üçün uzun müddət gözləyib və ondan sonra evi satıb. Həmçinin müqavilədə qeyd edilir ki, tərəf əgər qeyd edilən vaxtda ödənişi etmədiyi halda MTK satış edə bilər və həmin satışdan əldə edilən pulla iddiaçının pulunu ödəməli idi. Bu hal məhkəmə tərəfindən aydınlaşdırılmayıb. Məhkəmə işə səthi baxıb. Ancaq cavabdehin dediklərini əsas götürüb və həmçinin aydınlaşdırmayıb ki, iddiaçının neçə il istifadəsində olan mənzil hansı əsasla olub. Məhkəmə müqaviləni sübut kimi qəbul etmədiyi halda cavabdehdən ancaq maliyyə arayışının təqdim edilməsini deyil, protokoldan çıxarış və həmçinin digər mühasibatlıq sənədlərini tələb etməli idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin müdafiə edrək bildirdi ki, müqavilədə göstərilən məbləğ tam şəkildə ödəmişdir. 15-ci mərtəbənin ödənişini həyata keçirsə də arayışda 14-cü mərtəbədəki mənzilə dair ödəniş həyata keçirildiyi öz əksini tapmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etdilməsini xahiş edir. İş materiallarında olan 500 manat ödənişin həyata keçirilməsinə dair arayış onu göstərir ki, məbləği bir dəfəyə yox, hissə-hissə ödəmişdir. 14-cü mərtəbədə yerləşən mənzilin ödənişini əvvəlcədən tam ödəmişdir. 15-ci mərtəbədəki mənzil üçün ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda 8000 manat ödəyib. Cəmi 22728 manat ödəniş həyata keçirmişdir. 14-cü mərtəbənin ödənişini tam həyata keçirməyinə rəğmən arayışlarda 14-cü mərtəbənin qeyd olunmasının səbəbini bilmir, bunu yalnız MTK bilər. MTK ona arayışları verəndə düzəliş üçün müraciət etməmişdir, çünki 14 və 15-ci mərtəbələrdəki mənzillər onun adına olub, eyni zamanda arayışa baxıb diqqət yetirməmişdir. 14-cü mərtəbənin maliyyə arayışı təqdim olunmamış, mənzili alan şəxs Rauf müəllimə 2000 manat vermiş və maliyyə arayışını əldə etmişdir. Ödənişləri MTK-nın ofisinə gedib ödəmiş, ödənişi qəbul edib möhür qoyublar. İmzanı kimin çəkdiyini dəqiq bilmir. 15-ci mərtəbədə yerləşən mənzilin alqı-satqısına dair müqavilədəki imzanın fərqli olmasının səbəbini bilmir. MTK-da bütün işləri Rauf müəllim aparır. 14-cü mərtəbədəki mənzilini satanda Rauf müəllim iştirak edirdi. 14-cü mərtəbədəki mənzilin pulunu tam ödəmiş və daha sonra başqasına satmışdır. Binada yalnız 14 və 15-ci mənzillər onun adına olub. Bina ilə başqa iş birliyi, əməkdaşlığı olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdiki, əsas tələb ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv olunsun və apellyasiya şikayəti təmin olunsun. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı qərəzli və əsassızdır. Binanın 14-cü mərtəbəsində yerləşən Natavan xanımın satdığı mənzilə dair maliyyə arayışının onlara təqdim olunması ilə bağlı cavabdehə soğru ünvanlansa da sorğuya cavab verilməmişdir. Maliyyə arayışı Natavan xanımda olmuş, lakin sonra iddiaçı arayışı itirmişdir. Maliyyə arayışında müqavilə göstərilən məbləğ tam şəkildə ödənilmişdir. İddianı Cavabdehnə qarşı qaldırmışdır. Bundan əlavə birinci instansiya məhkəməsində 2021-ci ildə həmin mənzili almış X5 da cavabdeh kimi əlavə olunaraq işə cəlb edilmişdir. Həmin şəxs özü də məhkəməyə gəlmişdi. Hazırda əsas iddia Cavabdeh MTK-ya qarşıdır. Təmsil etdiyi şəxsin mənzilinin ona qaytarılmasını istəyir. Faktiki olaraq həmin mənzildə hazırda X5 yaşayır. Onun müqaviləsi etibarsızdır.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətin qəbul etməyərək bildirdi ki, hazırki mübahisədə ilk olaraq subyektiv hüquq məsələsi ortaya çıxır. Belə ki, iddiaçının mübahisəli mənzilin ona məxsus olmasını təsdiq edən sənədləri mövcud deyildir. Tərəfin əlində yalnız müqavilə var, maliyyə arayışı isə yoxdur. Tərəfin hissə-hissə ödəniş etməsinə dair təqdim etdiyi arayışa gəldikdə, müqavilədə qeyd olunan məbləğin tam həcmdə ödənilməsi üçün həmin arayışdan azı 30-40 ədəd olmalı idi. Arayışların hamısının itməsi və yalnız birinin qalması ağlabatan deyildir. MTK-nın rəhbəri olmadığı müddətdə binada tikinti işlərini aparan podratçı şirkətlər xüsusi aparatlar vasitəsilə binanın sənədlərindən, möhürlərindən istifadə etməklə dələduzluq etmişlər. Bununla bağlı 2021-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Məlum olmuşdur ki, yüz minlərlə manat dəyərində müqavilələr hazırlanmış, hazırda təmsil etdiyi şirkətə qarşı iddialar qaldırılmışdır. Əmin olmasa da sözügedən müqavilənin bu müqavilələrdən biri olma ehtimalı da vardır. Sözügedən müqavilə arxivdə yoxdur. Qarşı tərəf 14-cü mərtəbədəki mənzilin arayışlarını gətirib 15-ci mərtəbəki mənzilinki kimi təqdim edirsə, MTK-nın bu mövzuda yanlışlığa yol verdiyini sübut etməlidir. MTK-dan maraqlanmış, şirkət hər hansı problem olduğu təqdirdə ilk olaraq vətəndaşlarla ortaq məxrəcə gəlməyə, problemi həll etməyə çalışır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 bildirdi ki, hazırda mübahisəli mənzildə yaşayır. Evi 2021-ci ilin yay aylarında alqı-satqı vasitəçisinin köməyi ilə alqı-satqı əsasında pulunu verib almışdır. Sənədlər Rauf bəy tərəfindən verilmişdir. Təxminən 29000 manat məbləğində ödəniş həyata keçirmişdir. Təmirsiz ev olub, təmir etdirmişdir. Evi alandan 2 il keçdikdən sonra gəlib evin sahibi olduğunu bildiriblər. Ondan aşağı mərtəbədə yaşayan şəxs o, evi almazdan 1 ay öncə alıb. Həmin şəxsin adını bilmir. İddiaçının bildirdiyinə görə onun mənzilləri alt-üst şəkildə 14 və 15-ci mərtəbələrdə yerləşir. İddiaçı Natavan xanım 14-cü mərtəbədəki mənzili başqasına satıb. 14-cü mərtəbəki mənzildə yaşayış yox idi, təmir gedirdi. Natavan orada yaşamırdı. Bir neçə mənzil istisna olmaqla binada yaşayış var. 14-cü mərtəbədəki mənzil Natavanın dediyinə görə ona məxsus olub. Satdığı adam həmin mənzili təmir etdirib, arada görür. Mənzili alan gündən təmirə başlamışdır. Qarşı tərəf birinci instansiya məhkəməsində evin ona məxsus olduğunu göstərən heç bir sənəd təqdim edə bilməmişdir. MTK-nın direktorunu, yəni Seyran bəyi görməyib, müqaviləni Rauf bəylə imzalamışdır. Sözügedən şəxs MTK-nın sədridir. Həmin binada eyni mənzilin bir neçə nəfərə satılması ilə qarşılaşmamışdır. Üstünü alçıpanla örtmüş, izolyasiya etdirmişdir. Ödənişi nağd şəkildə Rauf bəyə ödəmişdir. MTK-nın ofisi Ayna Sultanova küçəsində yerləşir. MTK-nın ofisində olmamışdır. Rauf bəy müqaviləni hazırlayıb gətirmişdir. Müqaviləni imzalamışdır. Mənzili alanda gəlib baxmışdır. O zaman 4 divar və bir dəmir qapı var idi. Mənzilin təmirinə 35 min manat pul xərcləyib. Mansardır, dam örtüyünün düz aşağısında yerləşir. Arakəsmə olmayıb, hamısını özü elətdirmişdir.
İşdə olan sübutlar
17. xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MTK-nin direktoru Əhmədov S.R (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı İddiaçı (gələcəkdə “Payçı” adlandırılacaq), şəxsində öz aralarında ünvan 5 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqaviləni imzalayırlar. Müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansar sahəsini bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m sahəsi üçün 275 manat təyin edilir. Cəmi 82,65 kv.m sahəsi üçün 22728 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 22728 (iyirmi iki min yeddi yüz iyirmi səkkiz) manat məbləğində ödənilmişdir.
18. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 (bir yüz) manat məbləğində pul ödəmişdir.
19. Cavabdeh MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 12 iyun 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Cavabdeh MTK-nin ünvan 1 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinin dəyərindən 500 (beş yüz) manat ödəmişdir.
20. Cavabdeh MTK tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli, 007/153 nömrəli sorğuya cavabdan görünür ki, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,65 kv.m olan mənzilə dair İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə cəmi 500 manat ödəniş edilmişdir. Daha sonra ödəniş tam həyata keçirilmədiyindən İddiaçı tam ödəniş ilə bağlı maliyyə arayışı verilməmişdir.
21. xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, bir tərəfdən Cavabdeh MTK-nin direktoru Əhmədov S.R (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı İddiaçı (gələcəkdə “Payçı” adlandırılacaq), şəxsində öz aralarında ünvan 5 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqaviləni imzalayırlar. Müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan 94b nömrəli mənzili izolə olunmuş iki otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 350 ABŞ dolları təyin edilir. Cəmi 82,65 kv.m sahəsi üçün 28927 ABŞ dolları təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 28927 (iyirmi səkkiz min doqquz yüz iyirmi yeddi) ABŞ dolları məbləğində ödənilmişdir.
22. Cavabdeh MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 14 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X5 həqiqətən Cavabdeh MTK-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 86 kv.m olan, 2 otaqlı, 102A saylı mansard sahəsinin dəyərini tam ödəmişdir.
23. xx.xx.2021-ci il tarixli, 102A002 nömrəli müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MTK-nin direktoru X6 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X5 (gələcəkdə “Payçı” adlandırılacaq), şəxsində öz aralarında ünvan 5 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasından pay barədə müqaviləni imzalayırlar. Müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin əsas predmeti ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 86 kv.m olan 102A nömrəli mansard sahəsi izolə olunmuş 2 otaqdan ibarət olub, bir pay kimi vermişdir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m sahəsi üçün 337 manat təyin edilir. Cəmi 86 kv.m sahəsi üçün 29000 (iyirmi doqquz min) manat təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilənin ödənişi yalnız maliyyə arayışı ilə əsas sayılır. Müqavilənin 4.3-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 29000 (iyirmi doqquz min) manat məbləğində ödənilmişdir.
24. İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, müqavilə əsasında onun adına olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi ünvanında Cavabdeh MTK tərəfindən tikilən yüksək mərtəbəli yaşayış binasında 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 82.65 kv.m olan 2 otaqlı, 94b nömrəli mənzildən və paydan imtina edir. MTK üzvlüyündən azad edilməsini xahiş etmişdir. Həmin mənzilin Quliyev Akifin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etirazı olmayacaqdır. Onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaqdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının:
Maddə 43 İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 26. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Mülki Prosessual Məcəllə
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
29. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
31. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmaqla, həmin tələb ilk öncə Cavabdeh MTK-ya yönəldilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində işə baxıldığı zaman iddiaçı X1 cavabdeh qismində işə cəlb edilməsinə dair ərizə versə də birinci instansiya məhkəməsi X3 cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi anlaşılan olmamaqla yanaşı, hüquqi qiymət verməməklə mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mülki işin məhkəmə baxışına hazırlanması zamanı hüquq münasibətində olan tərəfləri düzgün müəyyən etməməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən onların prosessual hüquqlarını həyata keçirməsində lazımı köməklik göstərməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və iddiaçının tələbini nəzərə almaqla, cavabdehi əsl cavabdehlə əvəz edilməsi məsələlsini həll etməkdə haqlı hesab oluna bilərdi. Buna baxmayaraq, birinci instnasiya məhkəməsi X1 ikinci cavabdeh qismində iddiaçının nümayəndəsi ərizəsinə lazımı hüquqi qiymət vermədən, onu cavabdeh qismində qəbul etmək əvəzinə, xx.xx.2024-cü il tarixli qərardadla onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Əslində isə iddiaçının ərizəsi nəzərə alındıqda X5 məhkəmə prosesində cavabdeh qismində iştirak etmişdir. Buna görə də məhkəmə kollegiyası iddianın Cavabdeh MTK ilə yanaşı X2 qarşı yönəlməsini qəbul etmişdir. Qeyd olunanlar isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmaqla, mübahisəli mənzilin Cavabdeh MTK-nın deyil, digər cavabdeh X1 faktiki sahibliyində olması işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK hazırkı iddia tələbinə cavab verməli olmayan şəxs olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halını nəzərə almadan iddia tələbini digər əsaslarla Cavabdeh MTK-ya münasibətdə təmin etməməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh MTK-ya münasibətdə hazırkı iddiaya cavab verməli olmayan şəxsə qarşı qalırılması əsası ilə rədd edilməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, digər cavabdeh X2 münasibətdə də iddia əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmuşdur ki, sübutetmə vəzifəsinə uyğun olaraq, mübahisəli mənzilin cavabdeh X1 qanunsuz sahibliyində olmasını iddiaçı sübut etməli olmuşdur. Lakin, iddiaçı mübahisəli mənzilin (mansard) cavabdeh X1 qanunsuz sahibliyində olmasını, o cümlədən pay haqqını tam ödəməklə mənzilin onun mülkiyyətində olmasını sübuta yetirə bilməmişdir.
34. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2013-cü il tarixli müqaviləyə, dolayısı ilə müqavilənin 4.2-ci bəndində istinad edərək, müqavilə bağlandığı tarixdə müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin 22728 (iyirmi iki min yeddi yüz iyirmi səkkiz) manat olan dəyərinin tam olaraq ödədiyini qeyd etsə də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında, qeyd olunan 15-ci mərtəbədəki mənzil (mansard) üçün ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda isə 8000 manat ödədiyini bildirmişdir. Yəni, məhkəmə kollegiyasının iclasında iddiaçının mübahisəli əmlakla bağlı edilmiş ödənişlərə dair izahatı, məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli müqavilənin 4.2-ci bəndi ilə ziddiyyət təşkil etməklə yanaşı, iddiaçının öz izahatı ilə müqavilənin 4.2-ci bəndinə əsasən əmlakın bütün dəyərinin ödənilməsi faktını istisna etmişdir.
35. Bundan başqa iddiaçı mübahisəli əmlakla bağlı ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda isə 8000 manat ödədiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübit təqdim edə bilməmişdir. İddiaçı tərəfindən mübahisəli əmlakla bağlı məhkəməyə yalnız müqavilə bağlanmamışdan 5 gün əvvələ aid, yəni 12 iyun 2023-cü il tarixli 500 manatlıq ödəniş sənədi təqdim edilmişdir. İddiaçının iddia etdiyi digər 500 manatlıq, 8000 manatlıq və 3000 manatlıq ödənişərə dair hər hansı bir sübut təqdim edə bilməmişdir.
36. Bundan başqa iddiaçı tərəfindən məhkəmə kollegiyasına 8 ədəd hər birində 500 manatlıq ödənişə dair arayış təqdim edilmiş və iddiaçı məhkəmə kollegiyasının iclasında həmin qəbzlərin məhz mübahisəli 15-ci mərtəbədə yerləşən mənzillə (mansard) bağlı olduğunu, lakin Cavabdeh MTK-nın rəhbərliyinin onu aldadaraq həmin arayışlara xx.xx.2012-ci il tarixli müqavilə əsasında aldığı, 14-cü mərtəbədə yerləşən mənzilə dair ödənişləri özündə əks etdirən məlumatları daxil edərək verdiyini, onun isə buna fikir vermədiyini bildirmişdir ki, iddiaçının bu izahatı da inandırıcı və ağılabatan olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödənişə dair arayışların hamısı xx.xx.2013-cü il tarixli müqavilədən əvvəlki tarixlərə, hətta 2012-ci il tarixlərə aid arayışlar olmaqla, həmin arayışların məzmununda da konkret olaraq ödənişlərin ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən 94b nömrəli mənzilə görə edilməsi qeyd olunmuşdur. İddiaçının isə qeyd olunan məlumatlara fikir vermədən arayışları qəbul etməsi mümkün deyildir. Belə ki, qeyd olunan halın dəfələrlə təkrarlanması halında bunun iddiaçının diqqətindən yayınması inandırıcı deyildir.
37. Bundan başqa cavabdeh X5 tərəfindən isə mübahisəli mənzil üzrə 14 avqust 2021-ci il tarixli müqavilə və mənzil (mansard) üzrə pay haqqının ödənilməsinə dair müvafiq arayış təqdim edilmişdir ki, digər cavabdeh “Dərəçiçək» MTK da həmin ödənişi mübahisələndirməmiş və mübahisəli mənzilin (mansard) X1 mülkiyyətində olmasını qəbul etmişdir. Bununla da mübahisəli əmlakın cavabdeh X1 qanuni sahibliyində olması öz təsdiqini tapmışdır.
38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 209/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdehnə və X2 qarşı iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.