Məhkəmə qərarları › İş №2(105)-1418/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1418/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1418/2020 05.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)-295/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)-295/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Allahverən Həsənov) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh xx xxxx 2018-ci ildən xx xxxxxxx 2019-cu ilədək artıq aldığı 10662,40 manatın tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2018-ci ildən xx xxxxxxx 2019-cu ilədək artıq aldığı 10662,40 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin hesabına ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa rayon sakiniCavabdeh İİ dərəcəli ümumi səbəbdən əlilliklə əlaqədar (4086003AAB06 nömrəli forma 88-ə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə elektron xidmətin məlumatı) təqdim etmiş olduğu müvafiq sənədlərə əsasən xx xxxx 2018-ci il tarixdən 561,78 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş əlillik sənədlərinin yenidən düzgünlüyünün yoxlanılması tədbirləri ilə əlaqədar Cavabdeh İİ qrup ümumi səbəbdən xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2023-cü ilə kimi müəyyən edilmiş əlilliyi etibarsız sayılmışdır. Əlilliyinin etibarsiz hesab edilməsi şifahi və yazılı olaraq Cavabdeh nəzərinə çatdırılmış və xx xxxx 2018-ci ildən xx xxxxxxx 2019-cu il tarixədək ödənilmiş 10662,40 manat pulun geri ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh həmin məbləğin geriyə ödənilməsindən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, o, bronxial-astma, infeksion-allergik forma, ağır gedişli kəskinləşmə mərhələsində, tez-tez təkrarlanan boğulma tutulmaları ilə, hormonal asılılıqlı, tənəffüs çatışmamazlığı İİ dərəcə xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik onda uşaq vaxtından, hələ Şuşa şəhərində yaşadığı vaxtdan olmuş, müharibə zamanı mərmi və güllələrin şiddətindən, günlərlə müvəqqəti mülki-mühafizə sığınacaqlarında gizlənərkən daha da şiddətlənmişdir. Aldığı uzun illik müalicələrin yekununda ona Tibbi Sosial Ekspert Komissiyasının 4086003AAB06 saylı forma 88-ə əsasən xx xxxx 2023-cü ilə kimi İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin rəyə əsasən xx xxxx 2018-ci il tarixdən DSMF-nin Şuşa rayon şöbəsi ona aylıq 561,78 manat məbləğində əmək pensiyası təyin etmişdir. Bu pensiyanın məbləği xx xxxxxxx 2019-cu il tarixə kimi ona ödənilmişdir. 2019-cu ilin sonlarında onu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət X10 Şuşa rayon şöbəsinə dəvət edərək təyin edilmiş əlilliyinin ləğv edilməsi barədə məlumat verilmişdir. Təyin edilmiş əlilliyinin necə və hansı əsaslarla ləğv edildiyi, təkrar müayinəyə çağırılmadan hansı orqan tərəfindən etibarsız hesab edildiyi ona izah edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi qanunsuz olaraq məhkəməyə vermədən özü öz qərarı ilə təyin edilmiş əlillik dərəcəsini ləğv etmiş, lakin bu barədə bildiriş rəsmi qaydada ona təqdim edilməmişdir. Əlilliyinin etibarsız hesab edilməsi üçün müayinəyə çağrılmağı və təkrar müayinənin nəticələri haqqında ona heç bir sənəd təqdim edilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiasını təmin edərkən hazırki halda işə məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh bronxial-astma, infeksion-allergik forma, ağır gedişli kəskinləşmə mərhələsində, tez-tez təkrarlanan boğulma tutulmaları ilə, hormonal asılılıqlı, tənəffüs çatışmamazlığı İİ dərəcə xəstəliyi ilə əlaqədar xx xxxx 2018-ci il tarixdən 09 mart 2023-cü il tarixədək ikinci dərəcəli əlil hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 03 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh əlillik vəziyyəti X1 4086003AAB06 saylı göndərişi əsasında xx xxxx 2018-ci il tarixdə şəxsən iştirakı olmadan qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin Həkim- Sanitar Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, Dəmir Yolunun tibb müəssisələri tərəfindən TSEK-na rəsmiləşdirilmiş göndərişlər (Forma 088) Respublikada təsdiq olunmuş qaydalara əsasən elektron sistemlə həyata keçirilir. Göndərişlər Respublikanın müxtəlif tibb mərkəzlərinin, kliniki xəstəxanalarının tibbi rəyləri və epikrizləri ilə təsdiq olunmuş diaqnozlara əsasən verilmişdir. Tibbi rəylərin və epikrizlərin doğruluğunu yoxlamaq məqsədi ilə Respublikanın bir sıra tibb mərkəzləri və kliniki xəstəxanalarına sorğular göndərilmiş, alınan cavablardan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən göndərilən siyahıdakı xəstələrin təqdim etdikləri epikrizlərin və tibbi rəylərin sıra nömrəsi, ştampı, möhürü və imzalar olmasına baxmayaraq, onların bəziləri tibb müəssisələrinin rəsmi qeydiyyat jurnallarına düşməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahıda (xx.xx.2019cu il tarixli, **********8 saylı məktuba qoşma) adları olan 1270 nəfərdən bir hissəsinə-350 nəfərə verilən TSEK-na göndərişlər (Forma 088) araşdırılıb, ondan 330 nəfərinkinin etibarsız hesab olunması məsələsinə baxılması məqsədə müvafiqdir (siyahı nömrə 1 əlavə olunur). Tibb müəssisələrində qeydiyyat jurnallarına düşən 20 nəfər vətəndaşlar 2 nömrəli siyahıda adları çəkilənlərdir. Qeyd olunan məktuba əlavə olunmuş 1 nömrəli siyahıda 167-ci sırada Cavabdeh göstərilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi inzibati orqan cavabdehə verilən əmək pensiyasının əsassız olaraq verilməsini müəyyən edərək əmək pensiyasının ödənilməsini dayandırmış, bu barədə Tibbi Sosial Ekspertiza və X3 qeydiyyat aparılmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh əmək pensiyasının verilməsinin dayandırılması üçün əsas olmuş inzibati orqanın aktı tələb edilsə də, iddiaçı tərəf sübut olaraq Tibbi Sosial Ekspertiza və X3 aparılmış qeydiyyata istinad etmiş və həmin qeydiyyat əsasında cavabdehin əlilliyinin etibarsız hesab edildiyini, ödənilən pulun geri tələb edildiyini bildirmişdir. Məhkəmə kollegiyası, işin faktiki hallarına qiymət verərək, yəni cavabdehə əmək pensiyası təyinatının artıq etibarsız hesab edilməsini nəzərə alaraq, Tibbi Sosial Ekspertiza və X3 aparılmış qeydiyyatı inzibati akt kimi qiymətləndirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi məhkəməyə müraciət edərək etibarsız hesab etdiyi əmək pensiyasının təyinatı üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələb irəli sürmüşdür. “İnzibati icraat haqqında” qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası “İcra haqqında” qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. “İnzibati icraat haqqında” qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyətı) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid is səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırki icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra, məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq müvafiq qaydada icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq olaraq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsi üçün müvafiq icra qurumuna göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda işə məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iddiaya dair iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətində göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi xx xxxx 2018-ci ildən xx xxxxxxx 2019-cu ilədək artıq ödənilmiş 10662,40 manat pulun Cavabdeh tutulması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)-295/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin Cavabdeh qarş pul tələbinə dair mülki işin icraatına işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə xx xxxx 2018-ci ildən xx xxxxxxx 2019-cu ilədək artıq ödənilmiş 10662,40 manat pulun Cavabdeh tutulması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar