Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1420/2022 14.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması və ipoteka predmetinə yönəldilmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(034)-7/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanını ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 8794,13 ABŞ dolları məbləğində kredit borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16 v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsinin açıq hərracdan satılması, 8794 (səkkiz min yeddi yüz doxsan dörd) ABŞ Dolları 13 (on üç) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli, 02L000001846 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2009-cu il tarixli, 1846 saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 120 ay müddətində, kredit xəttinin məbləği 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2016-cı il tarixli 002R**********SB saylı, xx.xx.2016-cı il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6205.87 ABŞ dolları ödəmiş, onun 8794.13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 02M000000778 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 35 saylı notariat kontorunun dövlət notariusu M.P.Hadıyev tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 82 №-li reyestr kitabının 7454 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bakı şəhəri; Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir.
3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Zəngilan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(034)-7/2022 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanını ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8794.13 ABŞ dolları məbləğində pul, 60 manat ödənilmiş dövlət rüsumu və 127 manat ekspertiza xərcinin iddiaçı "xxxx" X7 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evinin açıq hərracda bazar qiyməti 24000 manat və 22000 manat likvid qiyməti ilə qiymətləndirilməklə satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlak boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1, 317, 319.1, 385.1, 386.1, 421.2, 423.2, 425.1, 427.3, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741, 742.1-ci maddələri, «İpoteka haqqında» Qanunun 59.1, 59.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(034)-7/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
8. Kredit müqaviləsi üzrə əsas borclu olaraq bankdan 15.000 ABŞ dolları pul götürmüşdür. Bankın iddia etdiyi 8794.13 ABŞ dolları məbləğində borcu yoxdur. Həmin borcun təxminən yarısını ödəmişdir. Bank tərəfindən etdiyi ödənişlər nəzərə alınmamışdır. Məhkəmə də bankın iddia tələbini təmin etmişdir. Həmin borcla razı deyil. İlk olaraq onu qeyd etdiyi əsas borcun düzgün hesablanması ilə bağlı məhkəmə tərəfindən iş üzrə təekspertiza təyin edilməmişdir. Ekspertiza evlə bağlı təyin edilmiş və ekspertiza evin bazar qiymətini 24.000 manat və likvid qiymətini isə 22.000 manat qiymətləndirilmişdir. Bununla da razı deyildir, çünki ev çox aşağı qiymətlə qiymətləndirilmişdir. Düzdür ipoteka müqaviləsində evin dəyəri 19.676 manat məbləğində qiymətləndrilsə də, hazıda həmin ərazidə yerləşən evlərin qiyməti bahadır. Həm əsas borcun, həm də evin yenidən qiymətləndirilməsi ilə bağlı eksperitiza təyin edilməlidir.
9. Digər cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiklərinə görə, məhkəmənin qətnaməsi yalnız Cavabdeh1 aid hissədə yoxlanılır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
13. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
15. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
16. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
17. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
«İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu
24. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
25. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır.
26. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
27. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
28. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir.
29. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddianın qismən təmin olunması baradə yeni qətnamə çıxarılmalıdır.
39. Belə ki, iş materiallarında olan "xxxx" QSC və Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli, 02L000001846 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2009-cu il tarixli, 1846 saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 120 ay müddətində, kredit xəttinin məbləği 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 002R**********S saylı, xx.xx.2016-cı il tarixli, 002R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 002R**********SB saylı, xx.xx.2016-cı il tarixli, 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
40. "xxxx" QSC və cavabdeh X4 arasında kreditin təminatı kimi xx.xx.2008-ci il tarixli, 02S000001962 saylı zaminlik müqaviləsi bağlanmış və xx.xx.2009-cu il tarixli, 1961 saylı sazişlə zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir.
41. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, 02M000000778 saylı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
42. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 16v/fərdi yaşayış evi (2 ot.ygs-33.91 km.m) 120 ay müddətinə bank qarşısında ipoteka ilə yüklü ediləərk daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyest kitabının 7454 nömrəli vərəqində qeydiyyata alınmışdır.
43. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 2 ot.y/s-33.91 kv.m, X5 6 ot.y\s-127.5 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 7454 nömrəli vərəqində qeydiyyata alınmışdır.
44. Allahverdiyeva (Babayeva) Səbinə Əlizamin qızının 25 saylı notariat kontoruna ünvanladığı ərzənin surətindən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür.
45. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, bank tərəfinən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh1 bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020- ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, 16v ünvanında yerləşən fərdi yaşayış sahəsinə tutmanının yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
46. Maliyyə arayışından görünür ki, cavabehin banka 8794.13 ABŞ dolları borcu vardır.
47. «LEX FORİ» hüquq və qiymətləndirmə şirkəti tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 05 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi-yaşayış evinin 05 mart 2021-ci il tarixinə bazar dəyəri 24.000 manat, likvid dəyəri isə 22.000 manat təşkil edir.
48. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4/1628 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh3 Əlizamin qızının adından olan xx.xx.2009-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza-Cavabdeh3 Əlizamin qızı tərəfindən icra olunmuşdur.
49. Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli, 9/5464 nömrəli rəyindən görünür ki, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanış 03 mart 2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 23 iyul 2020-ci il tarixə banka 8416,15 ABŞ dolları əsas borcu vardır.
50. Qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu birinci istansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən azdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi cavabdehin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə əsas borcu 8416,15 ABŞ dolları məbləğində müəyyən olunmalıdır.
52. İş materiallarından görünür ki, ipoteka predmeti olan mənzilin ilkin və likvid dəyərinin müəyyən etmək məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
53. Mənzilin ilkin və likvid dəyərinin müəyyən etmək məqsədi ilə ekspertin vəsatəti əsasında tədqiqat obyektinə baxış keçirilməsi təyin edilmişdir.
54. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 noyabr 202-ci il tarixli məktubu ilə bildirilmişdir ki, cavabdeh tərəfindən qiymətləndirilməsi nəzərdə tutulan daşınmaz əmlaka yerində baxışa şərait yaradılmadığı üçün mühəndis-qiymətləndirici tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi və bu barədə müvafiq rəyin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
55. Bununla yanaşı işdə olan 05 sentyabr 2022-ci il tarixli və 03 oktyabr 2022-ci tarixli arayışlardan görünür ki, tədqiqat obyektinə baxış keçirilmə vaxtı barədə ipoteka qoyan Cavabdeh1 məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlanmış və qiymətləndirilməsi nəzərdə tutulan daşınmaz əmlaka yerində baxışa şərait yaradılması, mühəndisqiymətləndirici tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi və bu barədə müvafiq rəyin məhkəməyə təqdim edilməsinin vacibliyi barədə xəbərdarlıq edilmişdir.
56. Lakin, cavabdeh tədqiqat obyektinə baxış keçirilməsini təmin etməmiş, tədqiqat obyektinə yerində baxışa şərait yaradılmamış və tədqiqat obyektinə baxış keçirilməsində iştirak etməmişdir.
57. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
58. Məhkəmə iş üzrə məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsini, mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspert rəyinin sübutetmə predmetinə daxil olan mötəbər sübut əhəmiyyəti kəsb etməsini, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsi üçün mənzilə baxış keçirilməsinin təmin edilmədiyini nəzərə alaraq bu nəticəyə gəlir ki, mənzilin ilkin satış qiyməti «LEX FORİ» hüquq və qiymətləndirmə şirkəti tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyi əsasında müəyyən edilməlidir.
59. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
60. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndin əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalııdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
62. Lakin birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə pul tələbinə hüquqi qiymət verdikdə tutulması müəyyən edilmiş pul məbləğini xarici valyuta olan ABŞ dolları ilə müəyyən etmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 aid hissədə qismən ləğv edilərək ondan 8416,15 ABŞ dolları məbləğində pul iddiaçı "xxxx" X7 xeyrinə tutulmalı və qətnamə qalan hissədə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
64. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli, 9/5464 nömrəli rəyinin verilməsi üçün 100 manat vəsait xərclənmişdir.
66. Ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(034)-7/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 8416,15 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə) iddiaçı "xxxx" X7 xeyrinə tutulsun. Qətnamə - «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc məbləği, 60 manat dövlət rüsumu və 127 manat ekspertiza xərci iddiaçı "xxxx" X7 xeyrinə tutulsun, tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evi açıq hərracda bazar qiyməti 24000 manat və 22000 manat likvid qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcu ödənilsin, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın.Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlak boşaldılsın və alıcıya təhvil verilsin» hissələrində dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.