Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1424/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Elman Gülbaba oğlu Rəhimov və Zaur İkram oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı İKB ASC-nin ("xxxx" ASC) nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)-13596/2017 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)-13596/2017 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiaçı "xxxx" X5 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qismət oğluna qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli krdit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş yüz) ABŞ dolları 28 sent əsas borc, 6.484 (altı min dörd yüz səksən dörd) ABŞ dolları 71 sent faiz borcu və 4 ABŞ dolları 76 sent cərimə borcu olmaqla, cəmi 22.021 (iyirmi iki min iyirmi bir) ABŞ dolları 63 sent borc ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin İddiaçı X5 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2(105)- 19/2020 saylı qətnaməsi ilə Cavabdeh1 Qismət oğlunun apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)13596/2017 saylı qətnaməsinin əsas və faiz borcuna dair hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 Qismət oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14.990,48 (on dörd min doqquz yüz doxsan dollar qırx səkkiz sent) ABŞ dolları əsas borc, 6.214,70 (altı min iki yüz on dörd dollar, yetmiş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 21.209,94 (iyirmi bir min iki yüz doqquz dollar, doxsan dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 Qismət oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza xərci olaraq 345 (üç yüz qırx beş) manatın tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC və Cavabdeh1 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(102)-712/2021 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kasasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 Qismət oğlunun kasasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2(105)-19/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Qismət oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş otuz iki) ABŞ dolları 28 sent əsas borc, 5.307 (beş min üç yüz yeddi) ABŞ dolları 85 sent faiz borcu və 566 (beş yüz altmış altı) ABŞ dolları 05 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 21.406 (iyirmi bir min yüz altı) ABŞ dolları 63 sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı X5 ASC-nin iddia ərizəsinə əlavə verərək Cavabdeh1 Qismət oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş yüz otuz iki) ABŞ dolları 28 sent əsas borc, 6.484 (altı min dörd yüz səksən dörd) ABŞ dolları 71 sent faiz borcu və 664 (altı yüz altmış dörd) ABŞ dolları 76 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 22.681 (iyirmi iki min altı səksən bir) ABŞ dolları 63 sent borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını və İddiaçı İKB ASC ilə Cavabdeh1 Qismət oğlu arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 22 noyabr 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, 2014-cü il tarixdə "xxxx" İKB-dən 15532 ABŞ dolları məbləğində kredit götürmüş və mütəmadi olaraq ödənişlər etmiş, bankın verdiyi hesabdan çıxarışa əsasən 14830,9 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin bank bunları nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X.F.Hüseynov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qismət oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib, İddiaçı X5 ASC-nin ona qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilməmişlər. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilib, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" X5 ASC və Cavabdeh1 Qismət oğlu arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faizlə, 24 ay müddətinə 17500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 08 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “Nikoyl" X5 ASC, borcalan Cavabdeh1 Qismət oğlu və zamin X6 arasında bağlanmış 24 noyabr 2015-cı il tarixli kredit və zaminlik müqavilələrinə əlavəyə əsasən kreditin bağlanma tarixi 08 dekabr 2020-ci il hesab edilmiş, kreditin illik faiz dərəcəsi 22 faiz müəyyən olunmuş, yeni ödəniş qrafiki tərtib edilərək Cavabdeh1 Qismət oğlu tərəfindən banka 08 dekabr 2020ci il tarixədək 15656,89 ABŞ dolları əsas borca 10422,43 ABŞ dolları faiz bocunun ödənilməsi nəzərdə tutulmuşdur. “Nikoyl" X5 ASC, borcalan Cavabdeh1 Qismət oğlu və zamin Cavabdeh2 arasında bağlanmış 16 iyun 2015-ci il tarixli krdit və zaminlik müqavilələrinə əlavəyə əsasən kredit müqaviləsinin 1.6-cı bəndində göstərilmiş 24 ay sözləri 56 ay sözləri ilə əvəz edilmiş, kreditin illik faiz dərəcəsi 22 faiz müəyyən olunmuş və kreditin müddəti 56 ay müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.8-ci bəndində göstərilmiş “08 oktyabr 2016” sözləri 08 iyun 2019-cu il sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi 08 iyun 2019-cu il hesab edilmişdir. Maliyyə arayışından görünür ki, 22 iyun 2017-ci il tarixə Cavabdeh1 Qismət oğlunun banka 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15532 (on beş min beş yüz otuz iki) ABŞ dolları 28 sent əsas borc, 6484 (altı min dörd yüz səksən dörd) ABŞ dolları 71 sent faiz borcu və 664 (altı yüz altmış dörd) ABŞ dolları 76 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 22681 (iyirmi iki min altı yüz səksən bir) ABŞ dolları 63 sent borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2019-cu il tarixli, 813 saylı ekspert rəyi ilə Cavabdeh1 Qismət oğlunun banka 22.06.2017-ci il tarixə olan əsas borcu 14.990,48 ABŞ dolları və faiz borcu 5.078,75 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2020-ci il tarixli, 28960 saylı ekspert rəyi ilə Cavabdeh1 Qismət oğlunun banka 22.06.2017-ci il tarixə olan əsas borcu 14.990,48 ABŞ dolları və faiz borcu 6.214,70 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli, 9/3880 saylı ekspert rəyi ilə "xxxx" X5 ASC və Cavabdeh1 Qismət oğlu arasında bağlanmış 14 dekabr 2015-ci il tarixli, 12-Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Qismət oğlunun 08 oktyabr 2016-cı il tarixə əsas borcu 14.990,48 ABŞ dolları və faiz borcu 2751,90 ABŞ dolları təşkil edir. 26 oktyabr 2017-ci il tarixə 14.990,48 ABŞ dolları və faiz borcu 6214,70 ABŞ dolları olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin kredit təşkilatı qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və cavabdehin bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında 14 dekabr 2015-ci il tarixli, 12-Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Qismət oğlunun banka olan mövcud borcun reallığının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2019-cu il tarixli, 813 saylı, 22.01.2020-ci il tarixli, 28960 saylı və 18.06.2021-ci il tarixli, 9/3880 saylı rəyləri alınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd olunan Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli, 9/3880 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə "xxxx" X5 ASC və Cavabdeh1 Qismət oğlu arasında bağlanmış 14 dekabr 2015-ci il tarixli, 12-Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Qismət oğlunun 26 oktyabr 2017-ci il tarixə əsas borcu 14.990,48 ABŞ dolları və faiz borcu 6214,70 ABŞ dolları məbləğində müəyyən edilməsi əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyində olan məbləğlərdə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 664,76 ABŞ dolları cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 4,76 ABŞ dollarına endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2019-cu il tarixli, 813 saylı, 22.01.2020-ci il tarixli, 28960 saylı və 18.06.2021-ci il tarixli, 9/3880 saylı rəylərindən görünür ki, ekspertiza tədqiqatının dəyəri ümumilikdə 395 (üç yüz doxsan beş) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 395 (üç yüz doxsan beş) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi və əlavə saziş üzrə əsas və faiz borcu hissəsində dəyişdirilib, Cavabdeh1 Qismət oğlundan 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 14.990,48 (on dörd min doqquz yüz doxsan ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları və faiz borcu 6214,70 (altı min iki yüz on dörd ABŞ dolları yetmiş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilib, İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı, qətnamə –«İddiaçı İKB ASC və Cavabdeh1 Qismət oğlu arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin, Cavabdeh1 Qismət oğlundan 4,76 (dörd ABŞ dolları yetmiş altı sent) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı X5 ASC-nin xeyrinə tutulsun» hissəsində dəyişdirilmədən saxlanmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 395 (üç yüz doxsan beş) manat pulun 26,57 (iyirmi altı manat əlli yeddi qəpik) manat hissəsi İddiaçı İKB ASC-dən ("xxxx" ASC) və 368,43 (üç yüz altmış səkkiz manat qırx üç qəpik) manat hissəsi isə Cavabdeh1 Qismət oğlundan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)-13596/2017 saylı qətnaməsi kredit müqaviləsi və əlavə saziş üzrə əsas borc və faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh1 Qismət oğlundan 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 14.990,48 (on dörd min doqquz yüz doxsan ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları və faiz borcu 6214,70 (altı min iki yüz on dörd ABŞ dolları yetmiş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti İddiaçı İKB ASC-nin xeyrinə tutulsun. Qətnamə –«İddiaçı İKB ASC və Cavabdeh1 Qismət oğlu arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin, Cavabdeh1 Qismət oğlundan 4,76 (dörd ABŞ dolları yetmiş altı sent) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı X5 ASC-nin xeyrinə tutulsun» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamə «Cavabdeh2 və Cavabdeh3 aid hissəsində» mübahisələndirilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 395 (üç yüz doxsan beş) manat pulun 26,57 (iyirmi altı manat əlli yeddi qəpik) manat hissəsi İddiaçı İKB ASC-dən ("xxxx" ASC) və 368,43 (üç yüz altmış səkkiz manat qırx üç qəpik) manat hissəsi isə Cavabdeh2 Qismət oğlundan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1424/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1424/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver