Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1427/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X27 Tağızadənin sədrliyi və məruzəsi, X20 Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyət və qanun üzrə vərəsəlik şəhadətnamələrinin alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddianın təmin edilməsi, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 saylı qərarı ilə Quba rayonu, Digah kənd sakini X21 0,21 hektar həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı JN-399F KOD 30327028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, Bakı şəhər notariusu E.H.Qurbanov tərəfindən X9 adına verilmiş xx xxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Quba rayonu, Digah kəndində 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 41,6 kv.m yaşayış, 86 kv.m yardımçı, 127,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair X9 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx xxxxxxx 2012-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarış, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, 14 fevral 2018-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Mirzəxanov (Aydəmirov) Elnur Zeydulla oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notarius X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsi olmaqla mülkiyyət və qanun üzrə vərəsəlik şəhadətnamələrinin, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Digah kəndində yerləşən atası X10 məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə mərhum X14 adına verilmiş JN-399F KOD 30327028 saylı, xx xxxxxxx 2002-ci il tarixli şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş xx xxxx 2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin və xx xxxxxxx 2012-ci il tarixli reyestrdən çıxarışın, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 aralarında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında sonuncunun adına xx xxxxxx 2018-ci il tarixdə reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu, Digah kəndində yerləşən atası X10 məxsus fərdi yaşayış evində xx xxxx 1990-cı ildə anadan olmuş və atasının ailə üzvü olaraq onun himayəsində həmin evdə yaşamışdır. xx xxxxxx 1990-cı ildə atası Z.B.Mirzəxanov əziyyət çəkdiyi xəstəlikdən vəfat etmiş, atası ilə anası X6 rəsmi nikahda olmadıqlarından atasının vəfatından sonra anasının müraciəti əsasında adına anasının soyadı göstərilməklə xx xxxx 1991-ci ildə doğum haqqında şəhadətnamə verilmiş, daha sonra isə Quba Rayon Məhkəməsinin xx xxxx 1991-ci il tarixli, 2-102/1991 saylı qətnaməsi ilə X7 onun doğma atası olması faktı müəyyən edilmişdir. Atası Z.Mirzəxanovun vəfatından 2 il sonra anası G.S.Aydemirova onu atasının evində qoyub çıxıb getmiş və o, yetkinlik yaşına çatanadək bibisi X22 himayəsində yaşamışdır. Bakı şəhəri, Binəqədi rayon İHB-nin xx xxxx 1994-cü il tarixli, 898 saylı qərarı ilə bibisi R.B.Saidova ona qəyyum təyin edilmişdir. Həmin vaxtdan da atasından miras qalmış əmlakı, o cümlədən Quba rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini rəsmi qəyyumu olaraq bibisi faktiki qəbul edib idarə etmiş, axırıncı tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqlar və əşyalar həmin evdə yerləşir və evin giriş-çıxış qapısının açarları əvvəl qəyyumu olan bibisində olmuş, hazırda isə ondadır. 2018-ci ilin fevral ayında isə ona məlum olmuşdur ki, xx xxxxxx 2011-ci il tarixdə vəfat etmiş, 20 yaşından Bakı şəhərində qeydiyyatda olan və yaşamış əmisi A.B.Mirzəxanov atasına məxsus yaşayış evinə və həyətyanı torpaq sahəsinə öz adına xx xxxxxxx 2002-ci il tarixdə mülkiyyət hüququ verən şəhadətnamə almış, onun vəfatından sonra həmin əmlak qızı Cavabdeh1 adına vərəsəlik qaydasında rəsmiləşdirilmiş, axırıncı isə həmin evi və torpaq sahəsini Cavabdeh2 aralarında xx xxxxxx 2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsi əsasında satmış, hal-hazırda cavbabdeh Cavabdeh2 evi və həyətyanı torpaq sahəsini öz adına dövlət reyestrində qeydiyyatdan keçirdikdən sonra ondan evin giriş qapısının açarlarını tələb etməyə başlamışdır. Hesab edir ki, Quba rayonu, Digah kəndində yerləşən atası Z.B.Mirzəxanova məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair A.B.Mirzəxanovun və cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair sənədlər və cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş məktubundan görünür ki, Quba rayonu, Xucbala kənd Sovetinin Digah kəndi üzrə təsərrüfatbaşına kitabında B.G.Mirzəxanovun təsərrüfat başçısı olması və şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış sahəsi və xüsusi istifadəsində xx xxxxxx 1986-xx xxxx 1987-ci illərdə 0,09 ha torpaq sahəsinin göstərildiyini, axırıncının xx xxxxxxx 1986-cı ildə vəfatından sonra və 1991-2000-ci illərə aid təsərrüfat başına kitabda X7 təsərrüfat başçısı kimi göstərilərək onun şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və xüsusi istifadəsində 1991-1992-ci illərdə 0,20 ha, 1993-2000-ci illərdə 0,21 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edildiyini, eyni zamanda xx xxxxxx 1990-cı ildə Z.B.Mirzəxanovun vəfatından sonra həmin kitabda təsərrüfat başçısı kimi A.B.Mirzəxanovun adının yazıldığı göstərilmişdir. Göründüyü kimi qeyd edilmiş rəsmi məktubda mübahisə edilən evin və torpaq sahəsinin atası Z.B.Mirzəxanovun şəxsi mülkiyyətində olması müəyyən edilmişdir. İddiaya əlavə edilmiş Quba rayon Xucbala kənd İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2018-ci il tarixli, 212 saylı məktubundan da məlum olur ki, Quba rayon Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 03 saylı təsərrüfat başına kitabın 92-ci səhifəsinin 229 saylı şəxsi hesabına əsasən həmin təsərrüfatda E.Z.Mirzəxanovun adı vardır. Quba rayon Digah- Xucbala Bələdiyyəsinin sədri Q.Hənzəyevanın xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, atasına məxsus evin həyətyanı torpaq vergisi xx xxxxxx 2019-cu ilədək R.B.Saidova tərəfindən ödənilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kifayət qədər araşdırma aparmadan tərəflərin məhkəmədə iştirakını təmin etmədən və işin faktiki hallarına düzgün qiymət vermədən tələsik qətnamə qəbul etmişdir. Araşdırmanın obyektiv və hər tərəfli aparılmasından ötrü qeyd olunan mübahisəli əmlakın vərəsəliklə ondan öncəki mülkiyyətçilərin adına hansı qaydada rəsmiləşdirilməsi barədə arxiv sənədlər alınmamış, sadəcə olaraq iddiaçı tərəfin yetərsiz sübutlarına istinad etməklə kifayətlənmişdir. Heç bir nikahda olmayan, artıq vəfat etmiş əmisi, anasının iştirakı olmadan iddiaçının atası olması müəyyən edilmişdir. İddiaçı rəsmi olaraq hansısa vərəsəlik hüququnun mövcudluğu barədə yalnız şəhadətnamə aldıqdan sonra bildirə bilərdi və ilkin olaraq onun hansısa vərəsəlik hüquqların o ilkin olaraq notariat kontoruna bildirməlidir və bundan sonra, mübahisə yarandıqda məhkəmə orqanına müraciət etmək hüququ yaranır. Məhkəmə qətnamə qəbul edərkən çoxlu qanun pozuntusuna yol vermişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1253/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı E.Z.Mirzəxanov məhkəməyə teleqramma göndərərək, xəstə olduğu üçün məhkəməyə gələ bilməməsini göstərərək, işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir, lakin xəstə olması barədə heç bir sənəd əlavə etmədiyi üçün, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxs Sumqayıt “ASAN Xidmət” X25 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin yanında ƏMDR-nin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsinin alınmasında qanun pozuntusunun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə XVİ-JQ 443667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1990-cı ildə Quba rayonu, Digah kəndində anadan olmuşdur. X4, anası X3r. İşə əlavə olan Quba Rayon Məhkəməsinin 2-182 saylı, xx xxxx 1991-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxx 1990-cı il tarixdə anadan olmuş İddiaçı1 atası Z.B.Mirzəxanovun olması faktı təsdiq edilmiş və müvafiq qeydiyyat aparılması Quba rayon VVAQ şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan AZ-İ 348977 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Z.B.Mirzəxanov xx xxxx 1990-cı ildə G.S.Aydəmirovadan doğulmuş E.Z.Mirzəxanovun atası hesab edilmişdir. İş üzrə AZ-İV 106073 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 18024903 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx xxxx 1990-cı ildə Quba rayonu, Digah kəndində anadan olmuş, atası X13 və anası X3r. İş üzrə İV-JQ 278970 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Z.B.Mirzəxanov xx xxxxxx 1990-cı ildə vəfat etmişdir. İş üzrə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 898 saylı, xx xxxx 1994-cü il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 11 B, mənzil 10 ünvanında yaşayan X30 azyaşlı qardaşı oğlu Aydəmirovun qəyyumluğa götürülməsi haqqında ərizəsinə baxılmışdır. Azyaşlının atası Z.B.Mirzəxanov 1990-cı ildə vəfat etmiş, 1994-cü ildə Binəqədi rayon Xalq Məhkəməsinin 2-237 saylı qətnaməsi əsasında azyaşlı İddiaçı1 anası G.S.Aydəmirovadan götürülüb bibisi R.B.Seyidovaya verilmişdir. Qeyd olunanlara əsasən azyaşlı İddiaçı1 bibisi R.B.Seyidovaya qəyyumluğa verilmişdir. İşdə olan Quba rayon İHB-nin Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xx xxxxxx 2018-ci il tarixli, 212 saylı arayışından görünür ki, Quba rayonu, Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 03 saylı təsərrüfat başına kitabın 92 səhifəsinin 229 saylı şəxsi hesabına əsasən həmin təsərrüfatda İddiaçı1 adı var. İş materiallarında olan Quba rayon Digah-Xucbala bələdiyyəsinin xx xxxxxx 2018-ci il tarixli, 03 saylı arayışından görünür ki, R.B.Səidovanın Digah-Xucbala bələdiyyəsinə xx xxxxxx 2019-cu il tarixinədək həyətyanı torpaq vergisi ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, 555 nömrəli arxiv arayışından görünür ki, Quba rayonu, Xucbala kənd Sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitabında vətəndaş B.G.Mirzəxanov təsərrüfat başçısı olub, şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində xx xxxxxx 1986-xx xxxx 1987-ci illərdə 0,09 ha, xx xxxx 1988-xx xxxx 1989-cu illərdə 0,20 ha, 1990-cı ildə isə 0,205 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda B.G.Mirzəxanovun xx xxxxxxx 1986-cı ildə vəfat etdiyi göstərilmişdir. Təsərrüfat başçısı B.G.Mirzəxanovun adının üst tərəfindən Səbrulla Bəy oğlunun adı təsərrüfat başçısı kimi qeyd edilmişdir. Səhifənin əlavə məlumat qrafasında “X8 adı V-JQ 598762 Quba r-n, DİŞ-dən x xxxx 1978-ci ildə alınmış pasporta əsasən X1 qeyd olunmuşdur sözləri yazılmışdır. Quba rayon İHB-nin Xucbala İƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991-2000-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş Z.B.Mirzəxanov təsərrüfat başçısı olub, şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və xüsusi istifadəsində 1991-1992-c ilərdə 0,205 ha, 1993-2000-ci illərdə 0,21 hektar həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda Z.B.Mirzəxanovun xx xxxxxx 1990-cı ildə vəfat etməsi göstərilmiş, təsərrüfat başçısı kimi isə A.B.Mirzəxanovun adı yazılmışdır. 1986-1990, 1991-2000-ci illərə aid Əzizbəyov adına sovxozun əmr kitablarında təsərrüfat başçısının dəyişilməsi haqqında heç bir qeyd yoxdur. İş üzrə Quba rayon Polis Şöbəsinin xx xxx 2018-ci il tarixli məktubundan görünür ki, xx xxxx 1951-c ildə Quba rayonu, Digah kəndində anadan olan A.B.Mirzəxanovun şəxsiyyətini təsdiq edən sənəd Quba RPŞ-nin QŞVB-nin kartotekasında aşkar edilməmişdir. İş üzrə AZ-İ 942195 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 29 oktyabr 1986-cı ildə ölmüşdür. İş üzrə 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1951-ci il tarixli X31 xx xxxxxx 1980-ci il tarixdən Y.Vəzirov küçəsi 29 ünvanında qeydiyyatda olmuşdur. İş üzrə 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxx 2018-ci il tarixli arayışından görünür ki, X31 xx xxxxxx 1980-ci ildən xx xxxxxxx 2003-cü il tarixədək Y.V.Çəmənzəminli küçəsi (keçmiş Y.Vəzirov), 29 nömrəli evdə qeydiyyatda olmuş, 2003-cü ildən həmin ünvandan qeydiyyatdan çıxaraq Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədov küçəsi, ev 209, mənzil 60-a qeydiyyata düşmüşdür. İş üzrə ünvan 3 ünvanlanmış xx xxx 2018-ci il tarixli, 059-14770-1218 saylı məktubundan görünür ki, xx xxxx 1951-c il təvəllüdlü A.B.Mirzəxanov xx xxxxxxxx 2007-ci il tarixdə ünvan 4 ünvanına qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. A.Mirzəxanov xx xxxx 2011-ci il tarixdə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İş üzrə JN 399F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 saylı qərarı ilə Quba rayon, Digah kənd sakini A.B.Mirzəxanova 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən şəhadətnamə TXK Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerquruluşu Layihə İnstitutunun müdiri F.Cəfərov tərəfindən xx xxxxxxx 2002-ci il tarixdə təsdiq edilmişdir. İş üzrə Bakı şəhər notariusu E.H.Qurbanov tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2011-ci ildə vəfat etmiş A.B.Mirzəxanovun vərəsəsi Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 39 Q ünvanında qeydiyyatda olan qızı L.A.Mirzəxanovadır və o, miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş çıxarış nömrəsi 5/1560, xx xxxx 2011-ci il tarixli arayışlara əsasən Quba rayonu, Digah kəndi ünvanında yerləşən mülkiyyətində olan 0,21 ha torpaq sahəsindən və Quba rayonu, Digah kəndi ünvanında yerləşən 2 mərtəbəli, ü/s 127.7 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət və ya əşya hüquqlarının tam mülkiyyət hüququ əsasında qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, L.A.Mirzəxanovanın adına olan Quba rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən xx xxxxxxx 2012-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarış verilmişdir. L.A.Mirzəxanova həmin fərdi yaşayış evini xx xxxxxx 2017-ci il tarixli, 4Ə-4816 reyestr nömrəli alqı-satqı müqavbiləsinə əsasən Cavabdeh2 satmış və həmin fərdi yaşayış evinə Cavabdeh2 adına dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx xxxxxxx 2012-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Digah kəndində 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 41, 6 kv.m yaşayış, 86 kv.m yardımçı, 127,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında L.A.Mirzəxanovanın adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 29 nömrəli vəqəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2012-ci il tarixdə X16 verilmiş **********03-10301 reyestr nömrəli, **********4 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus Quba rayonu, Digah kəndində 0,21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh2 satmışdır. İş üzrə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 14 fevral 2018-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Digah kəndində 0,21 ha torpaq sahəsində yerləşən 127,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X24 torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilərkən təsərrüfatbaşına kitabda miras əmlakın sahibi kimi qeyd edilmiş və xx xxxxxx 1990-cı il tarixdə vəfat etmiş Z.Mirzəxanov birinci növbəli vərəsəsi olan iddiaçının qanunvericiliklə qorunan və vərəsəlikdən irəli gələn hüquqları pozulduğundan, həmçinin həmin təsərrüfatda təsərrüfat başçısı kimi qeydə alınmayan və yaşamayan, 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla daimi yaşayan A.B.Mirzəxanovun adına şəhadətnamə qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə torpağa mülkiyyət hüququna dair şəhadətnaməni etibarsız (qanunsuz) hesab etdiyindən həmin əmlaka dair miras qoyanın adından verilmiş vərəsəlik şəhadətnaməsini, çıxarışı, əmlakın üçüncü şəxsə satılması barədə alqı-satqı müqaviləsini və üçüncü şəxsin adına verilmiş çıxarışı da etibarsız hesab etmişdir. Həmçinin, müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinə dair A.B.Mirzəxanova şəhadətnamə Quba Rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 saylı qərarı əsasında verilmişdir. İş üzrə həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi mövcud deyil. Nəzərə alınmalıdır ki, şəhadətnamənin verilməsinə əsas olmuş həmin qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılması da qeyri-mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 17-ci bəndinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə cavabdeh L.A.Mirzəxanovanın mərhum atası A.B.Mirzəxanovun adına verilmiş torpağa müıkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 19-cu maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Mülki hüquq və vəzifələr, onların müdafiəsi” adlanan 2-ci fəslində yer almış həmin maddə ümumi norma olmaqla mülki iş üzrə konkret iddia tələbinin müstəqil qanuni əsası kimi çıxış edə bilməz. Normada dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən aktlarının məhkəmə tərəfindən etibarsız sayıla bilməsi mümkünlüyünün nəzərdə tutulması publik hüquq münasibətlərinin tənzimləmə predmetinə aid mübahisələrin mülki məhkəmə icraatı qaydasında qiymətləndirilməsi və həll edilməsi üçün də əsas ola bilməz. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin qəbul edildiyi dövrdə Azərbaycan Respublikasında inzibati məhkəmə icraatı mülki məhkəmə icraatının tərkib hissəsi idi və mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrin müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən ərizə və şikayətlərə baxmaq səlahiyyəti var idi. Lakin hal hazrıda inzibati məhkəmə icraatı müstəqil icraat növü olmaqla həmin icraat yalnız bunu üçün xüsusi yaradılmış inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 140-cı maddəsini tətbiq etmədən əmlaka dair şəhadətnamə, vərəsəlik şəhadətnaməsi və çıxarışın etibarsızlığının avtomatik hüquqi nəticəsi kimi cavabdehlər L.A.Mirzəxanova və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsini və sonuncunun adına verilmiş çıxarışı da etibarsız hesab etmişdir. Halbuki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki qanunvericilikdə daşınmaz əmlakı vicdanlı əldə etmə institutunu tənzimləyən bu norma əmlakı əldə edənin xeyrinə reyestrdəki qeydi, bu qeydə dair etiraz reyestrə daxil edilmədiyi və ya şəxsin qeydin qeyri-dəqiq olmasını bilmədiyi hallarda həqiqi hesab edir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (xx xxxxxxx 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (xx xxxxxxxx 2014-cü il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə və sadalanan hüquqi mövqelərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlakı vicdanlı əldə edənlərin hüquqları hər bir halda məhkəmələr tərəfindən qorunmalı, əldə edənin bilmədiyi və bilməsi mümkün olmadığı hallar belə əqdlərin avtomatik etibarsızlığına səbəb olmamalıdır. Daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istinsa edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında həmin hissədə ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 qınızın apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2018-ci il tarixli 2(027)-1253/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyət və qanun üzrə vərəsəlik şəhadətnamələrinin alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov
Məhkəmə qərarları › İş №2(105)-1427/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1427/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver