Məhkəmə qərarları › İş №2(105)-1429/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1429/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1429/2023 25.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(034)-181/2010 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 89576 ABŞ dolları əsas, 13715 ABŞ dolları faiz borcu olmaqla cəmi 103291 ABŞ dolları borcun, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı 29,2 kv.m. yaşayış, 83,42 kv.m köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi, evin açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 sentyabr 2008-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 89576 ABŞ dolları məbləğində kredit borcunun, 13715 ABŞ dollar məbləğində faiz borcunun, cəmi 103291 ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı 29,2 kv.m. yaşayış, 83,42 kv.m köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Səyyad Qafari) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1429/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Zəngilan Rayon Məhkəməsinin 80 nömrəli, 23 iyun 2023-cü il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmunundan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(034)-181/2010 nömrəli qərardadından İddiaçı ASC tərəfindən şikayət verilmişdir. Şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş geri tələb olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən digər işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərardad iddiaçı tərəfindən mübahisələndirildiyindən Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli 2(034)-181/2010 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1429/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadı ləğv edilməli və Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(034)-181/2010 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Zəngilan Rayon Məhkəməsinin 80 nömrəli, 23 iyun 2023-cü il tarixli sorğusu əsasında məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli 2(034)-181/2010 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1429/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar