Məhkəmə qərarları › İş №2(105)-1440/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1440/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1440/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 oiğlunun iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-88/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qubadlı Rayon Məhkəməsinin 2(028)-88/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borc, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bu qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və Qubadlı Rayon Məhkəməsinin 2(028)-88/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 06 aprel 2021-ci il tarixli, 2(028)-88/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda bu qətnamədən Cavabdeh3 da apellyasiya şikayəti vermiş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-88/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilərək, həmin hisssədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borc, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaqla 36 ay müddətinə 4975 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit vəsaitini əldə etsə də, müqavilə üzrə öhdəliklərini icra etməmiş, qrafik üzrə ödənişləri icra etməmişdir. Nəticədə 25 dekabr 2020-ci il tarixədək cavabdehin banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixdən 25.12. 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə prossesin çəkişmə prinsipini təmin etməmiş, onun iştirakını təmin etmədən, yalnız iddiaçının iddiası əsasında qətnamə qəbul etmişdir. Lakin qanunun tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Cavabdehin iştirakı məhkəmə icasında təmin edilmədiyindən o, öz hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Belə ki, o, ümumiyyətlə Cavabdeh1 tanımır və ona zamin durmamışdır. İşdə olan zaminlik müqaviləsindəki imzalar ona məxsus deyil. Məhkəmə iclasında iştirakı təmin olunmadığından həmin imzanın ona məxsus olub-olmamasının müəyyən olunması üçün ekspertiza keçirilməsini tələb edə bilməmişdir. Bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun bu iş üzrə tərəf kimi iddia ərizəsində qeyd olunması tamamilə absurddur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, o, borclu X4 tanımır, onu yalnız məhkəmədə görmüşdür. Ona görə də, qətnamənin ona aid hissədə ləğv edilməsini, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər cavabdeh X5 bildirdi ki, o ümumiyyətlə Cavabdeh3 tanımır, o ona zamin dura da bilməzdi, onunla hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Bütün bunlar bankın əməkdaşları tərəfindən tərtib olunan sənədlərdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 bildirdi ki, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının rəyi natamamdır. Bununla belə apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaqla 36 ay müddətinə 4975 ABŞ dolları məbləğində kredit vermişdir. Yenə iş materiallarından görünür ki, Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi balanmışdır. Yenə də iş materiallarında olan maliyyə arayışdan görünür ki, 25 dekabr 2020-ci il tarixədək Cavabdeh1 banka 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcu vardır. Mülki işdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun “Yelo Bank» ASC-yə ödənilməsinin təmin edilməsi, əks təqdirdə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədlıyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8606 saylı rəyindən görünür ki, mülki işin 178-ci vərəqəsində olan "xxxx" İKB ASC ilə Cavabdeh2 adlarında olan xx.xx.2015-ci il tarixli 4-M-2-0-12-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında Cavabdeh2 yazılarının aşağı tərəfindəki imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1440/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli, 4/1222 nömrəli ekspert rəyində xx.xx.2015-ci il tarixli, 4-M-2-0-12-15 saylı zaminlik müqaviləsində “Zamin Cavabdeh3” qrafasındakı imzanın Cavabdeh3 tərəfindən icra edilibedilməməsi barədə rəy verməyin mümkünsüz olduğu qeyd olunmuşdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunduğu kimi iş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası qətnaməni Cavabdeh3 münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia ona aid hissədə rədd olunmalıdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). Məlum olduğu kimi iddiaçı edir ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, sonuncunun müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Hazırda qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin yeganə və əsas dəlili zaminlik müqaviləsində olan imzanın ona məxsus olmamasıdır ki, kollegiya bu xüsusatın öz təstiqini tapması üçün iş üzrə xəttşünaslıq ekspertizası təyin etmiş, əldə edilmiş rəydə isə zaminlik müqaviləsindəki imzanın Cavabdeh3 tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. Apellyasiya kollegiyası qeyd edir ki, ekspert rəyinin tam və hərtərəfli olmaması heç də, sözügedən zaminlik müqaviləsindəki imzanın Cavabdeh3 tərəfindən icra edilməsi anlamına gəlmir. Belə ki, məlum olduğu kimi xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsində iki zamin (Cavabdeh2 və Cavabdeh3) qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş ekspert rəyində həmin müqavilədə zamin qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə iş üzrə əsas borclu Mahir İsmayılov məhkəmədə verdiyi izahatında Cavabdeh3 ümumiyyətlə tanımadığını, onlar arasında hər hansı bir müqavilə bağlanmadığını bildirmişdir ki, bu hal əsas borcluya qətnamə əsasında yaranmış borcun ödənilməsində hər hansı üstünlük vermədiyi kimi, əksinə maddi vəziyyətini ağırlaşdırır. Bütün bu hallar isə hazırkı iş üzrə tərəflər arasında mövcud müqavilələrin imzalanmasında (formal olaraq müqavilələrin mövcudluğuna istinadən) bank tərəfindən ciddi səhlənkarlığıa yol verildiyini deməyə əsas verir. Beləliklə, məhkəmə kolegiyası hesab edir ki, sözügedən zaminlik müqaviləsindəki imzanın cavabdehə məxsus olmasını sübutetmə yükü məhz iddiaçı tərəfin üzərinə düşdüyü halda, bu istiqamətdə iddiaçı tərəfindən real, əsaslı şübhələrdən kənar sübut məhkəməyə təqdim edilmədiyi, habelə sadalanan ziddiyətli məqamların mövcudluğu halında, hazırkı iddia tələbi üzrə borc Cavabdeh3 tutula bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmadığı kimi əsaslı da deyildir. Sadalanları nəzərə alaraq apellyasiya kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri yetərli hesab edir və bu nəticəyə gəlir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Qeyd etmək lazımdır ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən 70 manat ekspertiza xərci "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Qətnamə Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borc, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul olunsun. İddiaçı "xxxx" ASC-nin Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 4/1222 nömrəli №-li ekspert rəyinə görə 70 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı- X1, kod210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar