Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1442/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Yengı̇ bar oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(060)-1489/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 10581.19 (on min beş yüz səksən bir Manat 19 qəpik) manat - bundan 3695.73 (üç min altı yüz doxsan beş Manat 73 qəpik) manat əsas, 2437.65 (iki min dörd yüz otuz yeddi Manat 65 qəpik) manat faiz, 4214.74 (dörd min iki yüz on dörd Manat 74 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 233.07 (iki yüz otuz üç Manat 07 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 121.75 (bir yüz iyirmi bir Manat 75 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsi ilə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana 6350 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 5399.21 ABŞ dolları təşkil etmişdir. Kreditin ödənilmə müddəti 29 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 3581.03 USD məbləğində əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1USD=1.50 AZN məzənnəyə uyğun konvertasiya edilməklə bu Sazişin qüvvəyə mindiyi tarixə 5371.55 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10581.19 (on min beş yüz səksən bir Manat 19 qəpik) manat təşkil edir. Bundan 3695.73 (üç min altı yüz doxsan beş manat 73 qəpik) manat əsas, 2437.65 (iki min dörd yüz otuz yeddi manat 65 qəpik) manat faiz, 4214.74 (dörd min iki yüz on dörd manat 74 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 233.07 (iki yüz otuz üç manat 07 qəpik) manat faiz borcu təşkil edir.
3. Kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 31 % dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 3581.03 USD məbləğində əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1USD=1.50 AZN məzənnəyə uyğun konvertasiya edilməklə bu Sazişin qüvvəyə mindiyi tarixə 5371.55 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi.
4. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-cü il tarixli KM004T03170032S01 saylı kredit müqaviləsi üzrə 16 iyun 2023-cü il tarixinə yaranmış 3695.73 (üç min altı yüz doxsan beş manat 73 qəpik) manat əsas, 2437.65 (iki min dörd yüz otuz yeddi manat 65 qəpik) manat faiz, 4214.74 (dörd min iki yüz on dörd manat 74 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 233.07 (iki yüz otuz üç manat 07 qəpik) manat faiz borcu, cəmi borcu 10581.19 (on min beş yüz səksən bir manat 19 qəpik) manat müqavilənin tələbləri əsasında yaranmış ümumi borc təşkil edir.
5. Bildiriş məktubundan görünür ki, Cavabdeh banka olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2360 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 8214,82 manat məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 3695,50 manat, fazi borcu üzrə 4307,85 manat, əldən çıxmış fayda borcu üzrə 211,46 manat (illik 5%-lə) təşkil edir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2024cü il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 9/7562 nömrəli ekspert rəyinin nəticə hissəsində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu - xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 3.695,50 manat; faiz borcu üzrə 4.307,85 manat, xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 3.695,50 manat; faiz borcu üzrə 4.307,85 manat; əldən çıxmış fayda borcu üzrə 230,97 manat (illik 5%-lə) təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(060)-1489/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 3695 (üç min altı yüz doxsan beş) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 2437 (iki min dörd yüz otuz yeddi) manat 65 (altmış beş) qəpik faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 211 (iki yüz on bir) manat 46 (qırx altı) qəpik faiz borcu, cəmi 6544 (altı min beş yüz qırx dörd) manat 61 (altmış bir) qəpik məbləğində borcun və iş üzrə ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 425.1, 431.1, 431.2, 124.1 və 467-ci maddələri, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1, 5.1, 5.2, 6.1, 7.1, 6.2, 6.3, 19, 22, 16 və 17-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 77.1, 14.2, 80, 106.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh Dadaşov Xalı̇ d Yengı̇ bar oğlu apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(060)-1489/2024 saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bu iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 739 və 740-cı maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. O, hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu iş üzrə məhkəmə araşdırmalarında hərbi xidmətlə əlaqədar iştirak edə bilməmişdir. Məhkəmə onun qazi olmağını nəzərə almamışdır. Araşdırma aparmamış, ekspert rəyi birtərəfli olmuş, düzgün hesabat aparmamışdır. Nəticədə əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə tərəfindən problemli kreditlərin həlli ilə əlaqədar məlum prezident fərmanının şərtlərinə iddiaçı tərəfindən əməl edilməsinə münasibət bildirməmişdir. Məhkəmə mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsindən göründüyü kimi, onun iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 3695,50 manat, fazi borcu üzrə 4307,85 manat, əldən çıxmış fayda borcu üzrə 211,46 manat (illik 5%-lə) müəyyən edilmişdir. Məhkəmə faiz borcu məbləğinin iddia tələbində qeyd olunan olmasını məqsədəuyğun hesab etmişdir. Bu da onun hüquqlarının pozulması ilə nəticələnir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(060)-1489/2024 saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Dadaşov Xalı̇ d Yengı̇ bar oğlu verdiyi apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024cü il tarixli, e-2(060)-1489/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsi ilə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana 6350 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 5399.21 ABŞ dolları təşkil etmişdir. Kreditin ödöənilmə müddəti 29 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 3581.03 USD məbləğində əsas borc üzrə qalığı 1USD=1.50 AZN məzənnəyə uyğun konvertasiya edilməklə bu Sazişin qüvvəyə mindiyi tarixə 5371.55 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Borclu üzərinə götürdüyü kimi müqavilə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticə də icra edilməmiş borc öhdəliyi yaranmışdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
23. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3695 (üç min altı yüz doxsan beş) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 2437 (iki min dörd yüz otuz yeddi) manat 65 (altmış beş) qəpik faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 211 (iki yüz on bir) manat 46 (qırx altı) qəpik faiz borcu, cəmi 6544 (altı min beş yüz qırx dörd) manat 61 (altmış bir) qəpik məbləğində borcun və iş üzrə ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
24. Cavabdeh Dadaşov Xalı̇ d Yengı̇ bar oğlu qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə araşdırmalarında hərbi xidmətlə əlaqədar iştirak edə bilməmiş, məhkəmə onun qazi olmağını nəzərə almamış, araşdırma aparmamış, ekspert rəyi birtərəfli olmuş, düzgün hesabat aparmamış və məhkəmə tərəfindən problemli kreditlərin həlli ilə əlaqədar məlum prezident fərmanını şərtlərinə iddiaçı tərəfindən əməl edilməsinə münasibət bildirməmişdir.
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən məsələ xüsusi bilik tələb olunan halların araşdırılması ilə bağlı olduğundan iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədi ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 9/7562 nömrəli ekspert rəyinin nəticə hissəsində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu - xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 3.695,50 manat; faiz borcu üzrə 4.307,85 manat, xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 3.695,50 manat; faiz borcu üzrə 4.307,85 manat; əldən çıxmış fayda borcu üzrə 230,97 manat (illik 5%-lə) təşkil edir.
27. Məhkəmə kollegiyası iş üzrə əldə edilmiş ekspert rəylərini müqayisəli tədqiq edib, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunvericiliyin göstərişlərini, apellyasiya şikayətinin dəlillərini, cavabdeh tərəfin hesablanmış borc məbəlğinin miqdarını mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, araşdırılan kredit borcu Fərmanın təsir dairəsinə düşən öhdəliklər qrupuna aid deyildir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 100 manat cavabdehdən tutularaq X2 ödənilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Dadaşov Xalı̇ d Yengı̇ bar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(060)-1489/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza təhqiqatlarının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat Dadaşov Xalı̇ d Yengı̇ bar oğlundan alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.