Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1444/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4459 (dörd min dörd yüz əlli doqquz) ABŞ dolları 45 (qırx beş) sent məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi illik beş faiz hesablanmaqla 325 (üç yüz iyirmi beş) ABŞ dolları 79 (yetmiş doqquz) sent, cəmi 4785 (dörd min yeddi yüz səksən beş) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində kredit borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manat məhkəmə xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* №-li, 29.05.2010-cu il qeydiyyat tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, fərdi yaşayış evinin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 4785 (dörd min yeddi yüz səksən beş) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində kredit borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manat məhkəmə xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan, ipoteka müqaviləsi bağlanarkən Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş ailə üzvü - X1 qətnamə qanuni qüvvəyə mindikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində evdən və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC-nin Sumqayıt Filialı arasında bağlanılmış 15.09.2015-ci il tarixli, 07/5752/DİKsaylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4459,45 (dörd min dörd yüz əlli doqquz dollar, 45 sent) ABŞ dolları məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi illik beş faiz hesablanmaqla 325,79 (üç yüz iyirmi beş dollar, 79 sent) ABŞ dolları, cəmi 4785,24 (dörd min yeddi yüz səksən beş dollar, 24 sent) ABŞ dolları məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) məhkəmə xərci, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* №-li, 29.05.2010-cu il qeydiyyat tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan, ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş ailə üzvü- X1 qətnamə qanuni qüvvəyə mindikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində evdən və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanılmış 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 26% faiz dərəcəsi olmaqla 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanılmış 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı “kredit müqaviləsi”nin təminatı qismində, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* №-li, 29.05.2010cu il qeydiyyat tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı İpoteka Müqaviləsinə əsasən ipotekaya qoyulmuş və buna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən həmin «İpoteka müqaviləsi» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən RX seriyalı, ******* №-li, 18.09.2015-ci il qeydiyyat tarixli ipoteka yüklülüyünə dair Çıxarış verilmişdir. Həmçinin, verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı dörd tərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh 20.09.2018-ci il tarixdə müddəti bitmiş 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı kredit müqaviləsi üzrə ödənişləri müqavilələrin bağlandığı tarixdən 19 aprel 2019-cu il tarixinə qədər həyata keçirsə də, mütəmadi olaraq gecikmələrə yol vermiş, müqavilənin bitmə tarixində borcunu tam qaytarmamış və kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddiaçı "İddiaçı" ASC tərəfindən 2016-cı ildə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə" dair iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 fevral 2017-ci il tarixli 2(060)-1485/2017 saylı qətnaməsi ilə (sədrlik edən Təhminə Xəlilova) iddia təmin edilmişdir. Daha sonra İddiaçı ASC və cavabdehlər tərəfindən ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayətləri verilmiş, apellyasiya baxışı üzrə məhkəmə iclası 12 dekabr 2019-cu il tarixə təyin edilmiş və mülki iş baxılmamış saxlanılmamışdır. Mülki işin baxılmamış saxlanılması Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar olmuşdur. Problemli kreditlərlə bağlı kompensasiya məbləğinin hesablanması, habelə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı restrukturizasiya olunmalı kreditlərin siyahısı barədə məlumatlar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banklara təqdim olunan siyahıya uyğun həyata keçirilir. Qeyd edilən Fərmanın icrası ilə əlaqədar 28.02.2019-cu il tarixindən bu günədək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "İddiaçı" ASC-yə təqdim edilmiş siyahılarda Cavabdeh1 ilə "İddiaçı" ASC arasında imzalanmış 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır, lakin 19.04.2019-cu il tarixdə həmin müqavilə üzrə cavabdehin hesabına 3394,14 (üç min üç yüz doxsan dörd dollar, 14 sent) ABŞ dolları məbləğində kompensasiya ödənişi köçürülmüş və həmin məbləğ «Fərman”a uyğun olaraq cavabdehin qalıq əsas borcundan silinmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti tərəfindən 27.03.2019-cu il tarixdə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin "Qayda” 01.04.2019-cu il tarixdə **********0019 saylı nömrə ilə X7 Reyestrinə daxil edilmiş və qüvvədədir. Həmin “Qayda”nın 1-ci maddəsinə əsasən bu Qayda“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin "Qayda”nın 4.1-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin “Qayda”nın 4.2-ci maddəsinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin “Qayda ”nın 6.6-cı maddəsinə əsasən Palata hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Həmin “Qayda ”nın 6.7-ci maddəsinə Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfimdən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Həmin “Qayda”nın 6.8-ci maddəsinə əsasən Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfimdən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Həmin “Qayda”nın 6.9-cu maddəsinə əsasən Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin “Qayda”nın 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi “Palata” kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini, eləcə də hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Hazırki iş üzrə məhkəmə baxışının predmeti Cavabdeh1 ilə "İddiaçı" ASC arasında imzalanmış 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı kredit müqaviləsindən irəli gələn mübahisədir və həmin kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyin restrukturizasiya edilməsi Palata tərəfindən "İddiaçı" ASC-yə təklif edilməyib və bu barədə Palatanın rəsmi saytından müvafiq çıxarış da məhkəməyə təqdim edilmişdir. Hazırkı mülki işin baxılmamış saxlanılmasının səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar olması göstərilsə də, lakin hazırki mülki iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi “Fərman”ın təsir dairəsinə düşmədiyindən və bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyəti də “Bankın” deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına məxsus olduğundan, həmçinin artıq “Fərman”ın icra olunma müddəti də31.12.2019-cu il tarixdə bitdiyindən hesab edirlər ki, “Fərman”ın təsir dairəsinə düşməyən kredit müqaviləsi ilə əlaqədar mübahisə ilə bağlı mülki iş icraata qəbul edilməli və işə məhkəmə tərəfindən yenidən baxılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Onun tərəfindən kredit borcundan ödənişlər edilsədə iddiaçı təşkilat bunu nəzərə almamışdır. Məhkəmə tərəfindən evin dəyəri 90.000 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə tərəfindən heç bir ekspertiza keçirilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(060)- 2744/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.R.Həsənov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin Sumqayıt filialı (“Bank”) ilə Cavabdeh1 (“Kreditalan”) arasında 07/5752/DİK №li 15 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Bu müqaviləyə görə “Bank” müqavilənin 2.1 və ya 4.2-ci bəndində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə “Kreditalan”ın mülkiyyətinə verir və “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə Bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 10000 ABŞ dolları təşkil edir. Müqavilənin 4.2-ci bəndinə görə kreditdən istifadəyə görə “Kreditalan” tərəfindən “Bank”a illik 26% olmaqla faiz ödənilir. İşdən görünür ki, “xxxx” ASC-nin Sumqayıt filialı (“Bank”) ilə Cavabdeh1 (“Borclu”), Cavabdeh3 (“Zamin”), Cavabdeh2 (“Zamin”) arasında 07/5752/DİK saylı 15 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə bu müqaviləyə görə “Zaminlər”, “Borclu”nun “Bank” qarşısında 07/5752/DİK saylı 15 sentyabr 2015-ci il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarından görünür ki, “xxxx” ASC-nin Sumqayıt filialı (“İpoteka saxlayan” və “Borcverən”) ilə Cavabdeh3 (“İpoteka qoyan”) arasında 07/5752/DİK saylı 15 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 1.1-ci bəndinə görə “Bank” və “Kreditalan”arasında bağlanmış 07/5752/DİK saylı 15 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə müvafiq olaraq “Kreditalan” tərəfindən alınmış kreditin qaytarılmasını təmin etmək məqsədilə, xüsusi mülkiyyət hüququ ilə “İpotekaqoyan”a məxsus olan və müqavilənin 2.1ci bəndində göstərilən əmlakı (Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A) girov qoyur. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* №li hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 103A xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına 20.05.2010cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 139 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A İddiaçı ASC-də 15.09.2015ci ildən 36 (otuz altı) ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 19.07.2017-ci il tarixli, 68-898/17 saylı “Əmlak Ekspert Mərkəzi”nin ekspert rəyinin surətindən görünür ki, Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanında yerləşən 103A saylı fərdi yaşayış evinin 19 iyul 2017-ci il tarixinə bazar dəyəri 90000 (doxsan min) manat təşkil edir. İş materiallarında olan Cavabdeh3 və S.X.Abdullazadənin 08.09.2015-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, onlar Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 15.09.2015-ci il tarixli, 07/7572/DİK saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka qismində yüklülüyünə salınmasına etiraz etmirlər. 15.09.2015-ci il tarixli, 07/5752/DİK saylı kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edildmədikdə və bunun nəticəsi kimi ipoteka predmeti olan əmlaka tələb yönəldikdə və və ya qanunvericilikdə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac yolu) ilə satıldıqda könüllü surətdə məhkəmədən kənar qaydada və heç bir iddia irəli sürmədən tərk etməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borc üzrə 4459,45 ABŞ dolları, faiz borcu üzrə 325,79 ABŞ dolları, cəmi 4785,24 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar ona borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 06.09.2016-cı il tarixli 5310 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş 21.10.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 90000 manat məbləğində qiymətləndirilmiş, ipoteka saxlayan və ipoteka qoyan bu müqavilələri imzalamışlar. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə ipoteka ilə yüklü edilmiş əmlakın düzgün qiymətləndirilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq 09 may 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Sumqayıt şəhəri,51-ci məhəllə 103A ünvanında yerləşən 0,01559 ha torpaq sahəsi üzərində tikilmiş yaşayış sahəsi 98,65 kv.m, yardımçı sahəsi 142,03 kv.m olmaqla ümumi sahəsi 240,68 kv.m olan 2 mərtəbəli 5 otaqlı evin likvid dəyəri 110.000 manat təşkil edir. Məhkəmə kollegiyası Cavabdeh1 işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlilə qiymət verərək, həmin dəlili qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 rəsmi yaşadığı yeri üzrə məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışdır (i.v.95, 102). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməməlidir, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 06 oktyabr 2020-ci i il tarixli 2(060)- 2744/2020 saylı qətnaməsi əmlakın qiymətləndirilmə hissəsində dəyişdirilsin. İddia tələbi təmin edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4459 (dörd min dörd yüz əlli doqquz) ABŞ dolları 45 (qırx beş) sent məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi illik beş faiz hesablanmaqla 325 (üç yüz iyirmi beş) ABŞ dolları 79 (yetmiş doqquz) sent, cəmi 4785 (dörd min yeddi yüz səksən beş) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində kredit borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manat məhkəmə xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləği tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, tutma Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* №-li, 29.05.2010-cu il qeydiyyat tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin, Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 110.000 (yüz on min) manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın, fərdi yaşayış evinin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 4785 (dörd min yeddi yüz səksən beş) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində kredit borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manat məhkəmə xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləği tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından artıq qalan məbləğ Cavabdeh3 qaytarılsın, ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan, ipoteka müqaviləsi bağlanarkən Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanında 0,01559 ha torpaq sahəsində yerləşən 98,65 kv.m yaşayış, 142,03 kv.m köməkçi, 240,68 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş ailə üzvü- X1 qətnamə qanuni qüvvəyə mindikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində evdən və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) AZN manat Cavabdeh1 alınıb «xxxx» MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, «xxxx» ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ**********0000001944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1444/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1444/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver