Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1446/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə şərtlərinin icrası tələbinə dair mülki işə üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1042/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı müqavilə şərtlərinin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı almış olduğu 2450 manat əsas borcun və illik 5.0 bank faizi hesabı ilə yeddi il doqquz ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 949 manat 37 qəpik olmaqla, ümumilikdə 3399 manat 37 qəpik və 50 manat dövlət rüsumu tutularaq (20 manat notariat, 30 manat məhkəmə) İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1042/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı müqavilə şərtlərinin icrası tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakim Cəmilə Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 2(012)-1042/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1042/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini onunla əsaslandırdı ki, iş üzrə əvvəl notariat qaydada təsdiq olunmuş xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Abşeron rayon 2 saylı Notariat orqanı tərəfindən icra qeydi verilmişdir. Həmin icra qeydi üzrə pulun alınması mümkün olmamışdır. İcra məmurunun təkidi ilə o, icra qeydinin geri qaytarılması barədə ərizə vermiş, icra qeydi yenidən notariat kontoruna qaytarılmışdır. İcra şöbəsində ona bildirmişlər ki .məhkəməyə müraciət etməli, məhkəmə qətnaməsi qəbul edildikdən sonra borcluya cinayət işinin qaldırılması mümkün olacaq. Ona görə məhkəməyə müraciət edib. Odur ki, şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1042/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından olan notarial qaydada təsdiq olunan xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh xx xxxxx 2013-cü il tarixinədək qaytarmaq şərtilə 2450 manat məbləğində borc pul vermişdir. İşin materiallarından olan Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən göndərilən xx.xx.2014-cü il tarixli, 141 №-li məktubdan müəyyən edilir ki, Cavabdeh borcun qaytarılması üçün müqavilə ilə müəyyən edilən müddətin bitməsi səbəbindən borcunu ödəməsi üçün notariat kontoruna çağırılmışdır. İşin materiallarından olan Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən göndərilən xx.xx.2019-cu il tarixli, 08 №-li məktubdan müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə imzalanan və notariat kontorunda təsdiq olunan borc müqaviləsinə qoyulan müddət bitdiyindən və borclu götürdüyü borcu qoyulan müddətdə qaytarmadığı üçün həmin borc müqaviləsinə icra qeydi aparılmış, icra olunmaq üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşin materiallarında olan olan Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli icra qeydindən müəyyən edilir ki, Cavabdeh İddiaçı xeyrinə 2470 manat məbləğində pulun tutulması qeyd edilib. İddiaçı tərəfindən hazırda məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Qərara əsasən icra qeydi tələbkarın ərizəsinə görə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə tərəflər arasında bağlanan xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə dair Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən xx xxxxxx 2019-cu il tarixli icra qeydi verildiyini, hazırkı iddia ərizəsinin həmin kredit müqaviləsi barədə olduğundan MPM-nin 261.0.1 maddəsinə əsasən işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab edərək əsaslı sayır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx xxxxx 2013-cü il tarixinədək qaytarmaq şərtilə 2450 manat məbləğində borc pul vermiş, İddiaçı və Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə imzalanan və notariat kontorunda təsdiq olunan borc müqaviləsinə qoyulan müddət bitdiyindən və borclu götürdüyü borcu qoyulan müddətdə qaytarmadığı üçün həmin borc müqaviləsinə icra qeydi aparılmış, Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusunun xx.xx.2019-cu il tarixli, 08 saylı məktubu ilə icra qeydi icra olunmaq üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Daha sonra Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Qərar əsasən icra qeydi tələbkarın ərizəsinə əsasən geri qaytarılmışdır. Göründüyü kimi, mübahisələndirilən kredit müqaviləsi üzrə icra qeydi verilmiş, icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, tələbkarın ərizəsinə əsasən icra qeydi geri qaytarılsa da, hazırki gündə icra qeydi qanuni qüvvəsindədir. Belə olan halda,barəsində icra qeydi verilmiş kredit müqaviləsi üzrə yenidən iddia icraatı qaydasında məhkəməyə müraciət edilməsi qanunvericiliyə uyğun deyildir. Kredit müqaviləsi üzrə icra qeydi verildiyindən həmin müqavilə üzrə iddia ərizəsinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1042/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1446/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1446/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver