Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1450/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin vəkili Vəkil və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə qarşı əmlaka istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi, yaşayış binasına aid sənədlərin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1124- MM11-0318 qeydiyyat nömrəsi ilə xx.xx.2024- cü il tarixində dövlət qeydiyyatına alınmışdır.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1124-MM11-0318 qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır, qanuni təmsilçisi Nümayəndə2dur, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək "xxxx" MMMC-nin fəaliyyət predmeti və məqsədidir.
3. ünvan 1 ünvanında yerləşən 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin yığıncağının xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMMC-nin nizamnaməsi təsdiq edilmiş, Nümayəndə2 həmin cəmiyyətin İdarə Heyətinin sədri şeçilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMMC Cavabdeh MMC-yə qarşı əmlaka istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi, yaşayış binasına aid sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə, onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən halların, o cümlədən "xxxx" MMMC-nin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və.s.) hərəkətlərin qadağan edilməsi, ünvan 2 ünvanında yerləşən və hazırda onların idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra, iddiaçı "xxxx" MMMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən halların, o cümlədən "xxxx" MMMC-nin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və.s.) hərəkətlərin qadağan edilməsi, ünvan 2 ünvanında yerləşən və hazırda iddiaçının idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının (Binanın tikintisi üçün ayrılmış torpağayırma sənədlərinin,binanın texniki pasportunun, Liftlərin texniki vəziyyətini əks etdirən aktın, Binaya qurulmuş baş sayğacın texniki şərti və müqaviləsinin, o cümlədən qaz ,su və kanalızasiya xətləri üçün texniki şərt və müqavilələrin və su nasosxanasının təhvil aktı və s.) təhvil verilməsi öhdəliyinin qoyulması, ödənilmiş 100 manat məhkəmə rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin yığıncağının xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMMC-nin nizamnaməsi təsdiq edilmiş, Nümayəndə2 həmin cəmiyyətin İdarə Heyətinin sədri şeçilmişdir. Bundan sonra "xxxx" MMMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət qurumuna müraciət edilmiş və 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən 1124-MM11-0318 Qeydiyyat nömrəsi ilə həmin cəmiyyət Dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMMC-yə X3 Dövlət Qeydiyyati haqqında 1124- MM11- 0318 Qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Həmin tarixdə həmçinin "xxxx" MMMCyə Azərbaycan Respublikasının Ədliyyə Nazırliyi X2 Reyestrindən 3-165/2-14-908/2/2024 nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək "xxxx" MMMCnin fəaliyyət predmeti və məqsədidir. Lakin Cavabdeh MMC və onunla əlaqəli digər şəxslər "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallara yol verməkdə davam edir. Aylıq qazancdan məhrum olan cavabdehin belə mövqedən çıxış etməsi başa düşüləndir. Lakin bu hal qanun pozuntusudur. Şəxsi ambisiyalar qanundan üstün ola bilməz və buna son qoyulmalıdır. Cavabdehə tanıtım məktubu göndərilmiş, ondan (rəhbərliyindən) dəfələrlə belə hərəkətlərə son qoyması, binanın mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi tələb edilsə də, nəticə olmamış, əksinə binanın zirzəmisinin qanunsuz (səlahiyyətindən kənar) olaraq müxtəlif fiziki və hüquqi şəxslərə satması, icarəyə verməsi hallarına davam edir.
7. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-yə onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallar, ünvan 2 ünvanında yerləşən və hazırda iddiaçının idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcud texniki sənədləri və inventarlarının siyahısı (Binanın tikintisi üçün ayrılmış torpaqayırma sənədləri, binanın texniki pasportu, Liftlərin texniki vəziyyətini əks etdirən akt, Binaya qurulmuş baş sayğacın texniki şərti və müqaviləsi, o cümlədən qaz ,su və kanalizasiya xətləri üçün texniki şərt və müqavilələrin və su nasosxanasının təhvil aktı və s.) təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestrindən çıxarışdan göründüyü kimi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1124-MM11-0318 qeydiyyat nömrəsi ilə xx.xx.2024cü il tarixində qeydiyyata alınmışdır, qanuni təmsilçisi Nümayəndə2dur, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək "xxxx" MMMC-nin fəaliyyət predmeti və məqsədidir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh MMC və onunla əlaqəli digər şəxslər "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallara yol verməkdə davam edir. Cavabdehdən dəfələrlə belə hərəkətlərə son qoyması, binanın mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi tələb edilsə də, nəticə olmamışdır. Bu səbəbdən iddiaçı əmlaka istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi, yaşayış binasına aid sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mövcud qanunvericilik mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə verdiyi hüquq və vəzifələr sadalanmışdır. Həmin hüquq və vəzifələr iddiaçının iddia ərizəsində göstərilənləri tələb etməyə əsas verir. İddianın "xxxx" MMMC-nin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və s.) hərəkətlərin qadağan edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddiaçı maneçiliklə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbinin sübutetmə yükü iddiaçının üzərinə düşür.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 87-ci, Mənzil Məcəlləsinin 122, 123-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı olan "xxxx" MMMC-yə rəhbərlik səviyyəsində və hüquqşünas vasitəsi ilə məlumat verilmişdir ki, müvafiq MMMC-nin yaradılmasını təsdiq edən sənədlər təqdim edildikdən sonra tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı əsasında sənədlərin təhvil verilməsi təmin edilə bilər. Lakin iddiaçı tərəf müvafiq sənədlərin təqdim edilməsindən imtina etmişdir. Həmçinin iş üzrə iddiaçı tərəfə dəfələrlə bildirilmişdir ki, kommunal xidmətlər göstərən müvafiq qrumlarla Cavabdeh MMC deyil, "xxxx" Mənzil Tikinti Kooperativi bağlamışdır. Aidiyyəti üzrə onlara müraciət olunmalıdır
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil və nümayəndəsi X8 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
16. Azərbaycan Respublikasl Mənzil Məcəlləsinin:
122.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 123.0-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; 23.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; 123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək; 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiadan imtina edilən hissə istisna olmaqla iddianın təmin edilən digər hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət qeydiyyatına alınmış hüquqi şəxs olmaqla, çoxmənzilli yaşayış binasının ümumi əmlakına sahiblik, ondan istifadə və qanunla müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdir. İddiaçı bu hüquqlara istinad edərək Cavabdeh MMC tərəfindən onun fəaliyyətinə maneçilik törədildiyini iddia etmişdir.
20. Lakin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında cavabdehin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının ümumi əmlaka sahiblik, ondan istifadə və sərəncam hüquqlarının pozulduğunu təsdiq edən mötəbər və qənaətbəxş sübutlar mövcud deyildir. İddiaçı tərəfindən maneə yaradan halların mövcudluğu ümumi formada göstərilmiş, lakin bu halların konkret hüquq pozuntusu ilə səbəbli əlaqəsi sübut edilməmişdir.
21. İddiaçının nümayəndəsi tərəflər arasında barışıq sazişinin baş tutmamasının əsası kimi yaşayış binasının texniki pasportunun cavabdeh tərəfindən təhvil verilməsi ilə əlaqələndirsə də, cavabdehin nümayəndəsi qeyd olunan texniki pasportun cavabdehdə olmadığını, bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə iddiaçının nümayəndəsinin iştirakı ilə məktubla müraciətlər olunduğunu bildirmişdir.
22. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf istinad etdiyi hallar üzrə sübutetmə yükünü daşıyır. Bu baxımdan, iddiaçının yalnız hüquqlarının mövcudluğunu göstərməsi kifayət etmir, həmin hüquqların faktiki olaraq pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi zəruridir. Sübut olunmamış iddia tələblərinin təmin edilməsi prosessual hüquq normalarına ziddir.
23. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməməsi iddiaçının gələcəkdə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Belə ki, cavabdeh tərəfindən iddiaçının ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam hüquqlarının konkret olaraq pozulduğu hallar baş verdiyi təqdirdə, iddiaçı həmin pozuntuların aradan qaldırılması və pozulmuş hüquqların bərpası tələbi ilə müvafiq sübutlar təqdim etməklə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən iddia tələbi üzrə mübahisələndirilən hissədə iddiaçının hansı hüquqlarının konkret pozulması halını araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən iddia tələbinin aşağıdakı təmin edilməsi hissəsində, yəni, çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən halların Cavabdeh MMC-yə qadağan edilməsi və yaşayış binasının texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin.İddia həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.