Məhkəmə qərarları › İş №2(105)-1453/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1453/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1453/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsi ilə (hakim Anar İbrahimov) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 və Cavabdeh2 99999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 131874,59 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reysterində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsum pulunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 88 İsKX №-li «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 5 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li, ********** qeydiyyat №-li çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı sahədən, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2022-ci il tarixli, 2(105)-1453/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(105)-1453/2022 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəşünaslıq-qiymətləndirmə ekspertizaları təyin edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə və məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizasının aparılması isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin əməkdaşlarına həvalə edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli məktubu 26 iyul 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş və Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin verdiyi şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizə həmin məhkəməyə 14 iyul 2022-ci il tarixdə daxil olduğundan qeyd olunan işin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 28 iyul 2022-ci il tarixdə mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən tələb edilmişdir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 9/5283 nömrəli ekspert rəyi 23 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 05 Saylı Xaçmaz Ərazi İdarəsinin 23 avqust 2022-ci il tarixli məktubu ilə daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş xidmət haqqının ƏMDK yanında DƏDRX-nin müvafiq hesabına ödənildikdən sonra müraciətə baxılacağı bildirilmişdir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin verdiyi şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizənin müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2022-ci il tarixli, 2(105)-1453/2022 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2022-ci il tarixli, 2(105)-1453/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar