Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1456/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(060)-2790/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia qaldıraraq, Cavabdeh1 7500 manat məbləğində pulun və 95 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7500 manat məbləğində pul vəsaiti və ödənilmiş 95 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona borclu olan X2 2022-ci ildə cinayət işi açıldığı ərəfədə onun yaxın qohumları - Cavabdeh1 və Cavabdeh2 ona bildirdi ki, şikayəti geri götür, qohum olaraq X2 borcunu ödəyəcəkdir. Cavabdeh1 və Cavabdeh2 bildirdi ki, şəxsən 7500 manat pulu özü ödəyəcəkdir. Bu barədə xx.xx.2023-cü il tarixdə iltizam imzaladı. Həmin iltizamda bildirir ki, 6 ay ərzində bu borcu ödəyib qurtaracaq. Hazırda dəfələrlə müraciət etməyinə baxmayaraq 7500 manat borcu ödəməkdən boyun qaçırır. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh1 və X9 tərəfindən imzalanmış iltizamdan görünür ki, xx.xx.2023cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 İddiaçı X3 7500 manat olan borcunun qaytarılmasına zamin durduğunu, bu borcun 6 ay ərzində qaytarılmasında şəxsən iştirak edib verilən vaxt ərzində borcun tam surətdə qaytarılmasını təmin edəcəklərini bildirmişdirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(060)-2790/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471, 470.1, 472.1, 337.1, 337.2, 337.3 və 337.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 119.2, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(060)-2790/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, pulunu mülki qaydada Şahlardan tələb etmək istəsə də, Şahların məhkəməsi zamanı Cavabdeh1 və Cavabdeh2 ona yalvarıb bildirmişlər ki, şikayətini geri götürsün, söz vermişlər ki, 6 ay müddətinə pulu ona qaytaracaqlar. O da onlara inanaraq iltizam almış və sonra məhkəmədə ərizəni geri götürmüşdür. Cəmi bir dəfə İsa və İqbalın adından ona 150 manat pul göndərilmişdir. Məhkəmə işin hallarını tam araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. Cavabdeh2 bildirdi ki, pulun hissə-hissə qaytarılmasına etiraz etmir.
13. Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə müstəqil tələb irəli sürməyən üçncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
19. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə hazırkı iş üzrə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 4000 manat miqdarında cərimə cəzasına, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, X2 5 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində qulluq etmişdir. İddiaçının oğlu X4 hərbi xidmətə qəbul olunmaq istədiyini bilib, Cavabdeh2 X8 ilə birgə ondan ümumilikdə 12000 manat məbləğində pul alaraq həmin pulu öz aralarında bölmüşlər. Hazırki iş üzrə iddiaçı qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı vurulmuş zərərdən 7500 manat ödənilmədiyini iddia edərək mülki icraat qaydasında araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
20. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iltizam yazılaraq 7500 manat borcunun qaytarılmasına dair öhdəlik götürdüklərini iddia edir.
21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir.
22. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(060)-2790/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
23. Şikayətin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini mübahisələndirmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, prosessual hüquq normalarının tələblərini nəzərə almamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, aidiyyəti maddi hüquq normaları üzrə qiymətləndirmə apamamışdır.
25. Göründüyü kimi araşdırılan mübahisə cinayət əməli nəticəsində iddiaçıya vurulmuş zərərin ödənilməsi barədədir.
26. İddiaçının istinad etdiyi iltizamdan görünür ki, iş üzrə cavabdehlər, iddiaçı Eldar X1 7500 manat borcunun ödənilməsini təmin edəcəklərini öhdələrinə götürmüşlər.
27. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraf etdiyini, pulu hissə-hissə qaytarmağa razı olduğunu bildirdi.
28. Məhkəmə kollegiyası işin hallarına Mülki Məcəllənin 522-ci maddəsinə istinadən qiymət verərək hesab edir ki, öhdəlik kreditorun (iddiaçının) razılığı ilə Şahlar Bədirovdan üçüncü şəxsə (Cavabdeh2 və Cavabdeh1) verildiyindən öhdəliyin yerinə yetirilməməsi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı qarşısında birgə mülki məsuliyyət və cavabdehlik daşıyırlar.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər tərəfindən iddiaçıya olan 7500 manat puldan cəmi 150 manat ödəniş edilmişdir. Odur ki, cavabdehlərdən birgə qaydada 7350 manat iddiaçının xeyrinə tutulmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(060)-2790/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
31. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş məhkəmə xərcləri cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(060)-2790/2025 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 7350 (yeddi min üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 (doxsan beş) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.