Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1461/2025 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, maeələrin aradan qaldırılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "cavabdehin onun mülkiyyətindən istifadəsində yaratdığı maeələrin aradan qaldırılması və cavabdehə məxsus əşyaların tikilidən çıxarılması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki əlavə tikilidən cavabdehə məxsus əşyaların çıxarılması və mülkiyyətindən istifadə etməyinə cavabdeh Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, eləcə də, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin ## ###### 2020-ci il qətnaməsi ilə iddiası təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şamailnovnaya qarşı Quba rayonu, X1 Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, 303013083535 -***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından, ünvan 5 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyərinin 16.000 manat müəyyən edilərək, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin cavabdeh Cavabdeh məxsus olan 1/8 hissəsinin 2000 manat kompensasiya ilə əvəz edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh verdiyi apelyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- ****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin ## ###### 2020-ci il qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şamailnovnaya qarşı ünvan 5 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, 303013083535 - ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2018ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdeh Cavabdeh məxsus olan 1/8 pay hissəsinə 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş ünvan 5 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 28.5 m2 sahəli fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. Hazırda ünvan 5 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 28.5 m2 sahəli fərdi yaşayış evi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 303013083535- ***** reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətindir. Qeyd edir ki, hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan 0.03 ha həyətyanı torpaq sahəsində atası sağlığında tikdiyi qanunsuz əlavə tikili vardır. Cavabdeh Cavabdeh yaşayış evindən kompensasiya almasına baxmayaraq, hələ də onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki qeyd etdiyi qanunsuz tikiliyə özünə məxsus artıq əşyalarını yığaraq, qəsdən tikilinin qapısını kilidləməklə ona mülkiyyətindən istifadə etməyinə maneələr yaradır. Belə ki, o yaşayış evini və həyətdə olan qanunsuz tikilini sökərək, özünə yeni yaşayış evi inşa etmək istəyir. Lakin cavabdehin artıq əşyalarını tikiliyə yığması və qapını kilidləməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması və pozulması ilə nəticələnir ki, cavabdehin qanunsuz hərəkətləri səbəbindən yaşayış evinin tikintisinə başlaya bilmir. Belə ki, o mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh özü isə başqa ünvanda yaşamaqla daimi yaşayış yeri vardır. Lakin bilərəkdən onun mülkiyyət hüquqlarını pozur. Dəfələrlə cavabdehə belə qanunsuz hərəkətlərinə soy qoymasını bildirsə də, sözlərinə məhəl verməmiş və hal-hazırda da öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. Cavabdehin onu şərləyə və böhtanlaya biləcəyindən ehtiyat edərək, əlavə tikilinin kilidini qırıb cavabdehin əşyalarını çıxara bilmir. Qanunvericiliyin tələbinə əsasən hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin ## ###### 2020ci il qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şamailnovnaya qarşı ünvan 5 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, 303013083535 - ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdeh Cavabdeh məxsus olan 1/8 pay hissəsinə 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/** saylı ##.##.2024-cü il tarixli qərarından görünür ki, ünvan 5 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 28.5 m2 sahəli fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi 303013083535-***** olan, ********** qeydiyyat nömrəli ##.##.2024cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, X1 Zaxaryayev küçəsi ev 1 ünvanda yerləşən, 0,030018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Şomalioviçin adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı İddiaçı Şamailoviç hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki əlavə tikilidən cavabdehə məxsus əşyaların çıxarılması, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 240.1, 240.2 və 164.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şamailovnanın qanunsuz hərəkətlərinə son qoyulması, Azərbaycan Respubikasının ƏMDK və Reyestri PHŞ-n Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən Çıxarışa əsasən Quba rayonu, Qırımızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev ünvanda yerləşən mülkiyyətində olan 0.03 ha həyətyanı torpaq sahəsindəki əlavə tikilidən cavabdehə məxsus əşyaların çıxarılması və mülkiyyətindən istifadə etməyinə cavabdeh Cavabdeh tərəfindən yaradlan maneələrin aradan qaldırılması, eləcə də, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə iddia qanunsuz olaraq təmin edilmişdir. Məhkəmə, çıxarılması tələb olunan, cavabdehə məxsus əşyaların yerləşdiyi əlavə tikili üzərində əşya hüquqlarının kimə mənsub olduğunu, kim tərəfindən inşa edildiyini, əlavə tikilinin nədə ifadə olunduğunu və əlavə tikilinin, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmədən yalnış nəticəyə gəlmişdir. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan torpaq sahəsinə və həmin torpaq sahəsində iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan torpaq sahəsinə və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş ümumilikdə 6 otaqlı, iki mərtəbəli evə faktiki sahibllik edən cavabdeh, həmin əmlakların sahibidir. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan torpaq sahəsinə və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş ümumilikdə 6 otaqlı, iki mərtəbəli evə mülkiyyətçi hüquqları cavabdehə mənsubdur. İddiaçının mübahisələndirdiyi əşyaların yerləşdiyi tikili barəsində heç bir texniki-tikinti məlumatlar yoxdur. Hansı tikilidən söhbət gedir, bəlli deyildir. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin hüdudlarında kənarda yerləşən digər torpaq sahəsi, əvvəlki sahibin iradəsi ilə cavabdeh tərəfindən əldə edilmiş torpaq sahəsidir. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin hüdudlarında kənarda yerləşən digər torpaq sahəsi və onun üzərində 6 otaqlı, iki mərtəbəli ev var. Həmin 6 otaqlı, iki mərtəbəli ev, cavabdehin Almaniyada müvəqqəti yaşayan bacısı Nisanova (ər soyadı-Yakubova) Almas Şamailevnanın şəxsi pul vəsaiti hesabına cavabdeh tərəfindən 1994-cü ildə inşa edilmiş evdir. Hazırda, mübahisələndirilmiş qətnamə iddiaçının mülkiyyətində olmayan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Nisanova (ər soyadı-Yakubova) Almas Şamailevnanın şəxsi pul vəsaiti hesabına cavabdeh tərəfindən 1994-cü ildə inşa edilmiş evə iddiaçının qanunsuz müdaxilə etməsinə şərait yarada bilər. İddiaçının mülkiyyət hüququ ünvan 4 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsinə aiddir, həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşən torpaq sahəsinə və tikiliərə iddiaçının iddia ərizəsində göstərilən hərəkətləri əsaslı deyildir. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi, öz əmlakının sahibi olan cavabdehin sahiblik hüququndan qanunsuz məhrum edilməsinə şərait yaradır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisəli daşınar əşyaların yerləşdiyi tikilinin kimə məxsus olduğunu araşdırmamış, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olub – olmadığının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin etməmişdir. Məhkəmə, iddiaçıya məxsus olmayan, iddiaçının qanuni sahibi olduğu əmlaklarla bağlı iddiaçının xeyrinə qətnamə qəbul edərək, cavabdehin qanunla qorunan sahiblik hüququnu pozmuşdur. Mübahisəli daşınar əşyaların yerləşdiyi tikilinin kimə məxsus olduğunu araşdırmamış, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olub – olmadığının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin etməmişdir. Mübahisəli daşnar əşyaların yerləşdiyi tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi sübut edilməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, mübahisəli əşyalar və onların yerləşdiyi tikili, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüquqdlarından xaricdədir. Hesab edir ki, hazırkı mülki iş üzrə həqiqətə nail olmaq üçün məhkəmə texniki-tikinti ekspertizası təyin edilməli və ekspert qarşısında aşağıdakı suallar qoyulmalıdır: 1. İddiaçının mübahisələndirdiyi daşınar əşyaların yerlşdiyi tikili, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin hüdudları daxilindədirmi, yoxsa yox? 2. Əgər, iddiaçının mübahisələndirdiyi daşınar əşyaların yerləşdiyi tikili, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin hüdudları daxilindədirsə, neçə kv.metr hissəsindədir?
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
18. Konstitusiyanın 29-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki əlavə tikilidən istifadəsinə cavabdeh Cavabdeh tərəfindən maneələrin yaradıldığını, cavabdeh özünə məxsus əşyaları orada saxladığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 8/.
26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən iddia predmetini təşkil edən əşyalarının iddiaçı İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan tikilidə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus sözügedən əşyaların heç bir hüquqi əsas olmadan iddiçıya məxsus torpaq sahəsində yerləşən tikilidə qalması, iddiaçının həmin tikiliyə istədədiyi kimi sahiblik etməsi, ondan istifadə etməsi və ona dair sərəncam verməsinə maneçilik yaratmaqla, sahiblik, istifadə və sərəncam hüquqlarını pozur ki, həmin pozuntu da aradan qaldırılmalı və iddiaçı İddiaçı qeyd edilən tikiliyə sahiblik, istifadə və sərəncam hüquqları olmaqla, mülkiyyət hüquqları tam şəkildə bərpa olunmalıdır.
27. Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
29. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisəli daşınar əşyaların yerləşdiyi tikilinin kimə məxsus olduğunu araşdırmamış, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olub – olmadığının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin etməmişdir.
30. Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi”nin *** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, ünvan 1 ünvanında texniki pasportda öz təsdiqini tapan “A” literli fərdi yaşayış evinin qarşısında inşa edilmiş mübahisəli 2 mərtəbəli tikilinin İddiaçı məxsus çıxarışda qeyd edilən 0.030018 ha torpaq sahəsi daxilində inşa edildiyi müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası həmçinin vurğulmağı zəruri hesab edir ki, apellyator şikayətinin dəlilləri – mübahisə predmeti olan tikilinin üçüncü şəxsin mülkiyyətində olması, habelə həmin tikilinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarından kənarda olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
32. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.
35. Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.