Məhkəmə qərarları › İş №2(105)-1462/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1462/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1462/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1805/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 0054075AZN15182 saylı kredit müqaviləsi üzrə 1441.41 manat əsas, 495.42 manat faiz, 818.21 manat cərimə olmaqla, cəmi 2755.04 manat borcun və 48 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli e-2(012)-1805/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 0054075AZN15182 saylı kredit müqaviləsi üzrə 1441.41 manat əsas, 495.42 manat faiz, 10 manat cərimə olmaqla, ümumilikdə, cəmi 1946.83 manat borc və 48 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, e-2(012)- 1805/2023 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(012)-1805/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmuna riayət edilməməsi əsası ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(012)- 1805/2023 nömrəli qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmuna riayət edilməməsi əsası ilə şikayətin geri qaytarılması qərara alınmışdır. (hakim Habil Əhmədov) İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadından şikayət verərək ləğv edilməsini, Abşeron Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e- 2(012)-1805/2023 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməsini, əks təqdirdə şikayətə baxılması üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən şikayət verilərkən şikayətdə Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə və apellyasiya şikayətinə əlavənin forma və məzmununa riayət olunması, şikayətdə məhkəmə aktının hansı hissədə mübahisələndirilməsi dəqiq qeyd edilmiş, mülki-prosesual qanunvericiliyin normalarına istinad edilmişdir. Belə ki, qərardaddan şikayət elektron qaydada elektron kabinetə yerləşdirilmiş, şikayətdə aydın şəkildə qeyd edilmişdir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadə edilərək verilmişdir. Bu zaman isə, sistemdə qeyd edilən apelyasiya şikayətinin ünvanlandığı məhkəmənin adı yerində “Mülki Kollegiya Sumqayıt Apellyasiya Məhkəməsi” seçilmiş, apellyasiya şikayətində şikayət verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsinin ünvanı “ünvan 2nstansiya məhkəməsi qeyd edilən halları nəzərdən qaçırmış və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli e-2(012)-1805/2023 saylı qərardadı əsaslı hesab edilə bilməz. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)- 1805/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən verilmiş şikayətə nəzər yetirdikdə tərtib olunmuş şikayətdə şikayət verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirməsi göstərilməmişdir, bununla da, şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, 361.1.4. maddəsinə əsasən, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmuna riayət edilməməklə verilmiş şikayət hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən şikayətin geri qaytarılması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada şikayət ilə məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(012)-1805/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1805/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar