Məhkəmə qərarları › İş №2(105)-1466/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1466/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1466/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, yetirilmiş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 13860 manat, Cavabdeh2 13035 manat pulun alınıb İddiaçı verilməsi, 100 manat ekspert xərcinin cavabdehlərdən müştərək qaydada alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər iki təqsirkar-cavabdeh şəxslərin əməlində mənimsəmə və ya israf etmə cinayətinin konkret tərkib əlamətlərinin mövcudluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbi əsasında xüsusi qərardadın çıxarılması məsələsinin mümkünlüyü məsələsinə baxılması, mülkiyyətinə vurulmuş maddi ziyanın və əldən çıxmış fayda olaraq ümumilikdə 290000 manat məbləğində maddi ziyanın müştərək qaydada hər iki cavabdehdən ona ödənilməsinə dair qətnamə çıxarılmasını, təhqiqat orqanının apardığı araşdırmalar əsasında hər iki təqsirkar-cavabdeh şəxsin birbaşa qəsdi nəticəsində mülkiyyətinə xüsusilə külli miqdarda maddi ziyanın vurulmasının müəyyən edilməsi ilə bağlı iddia tələblərinin təmin edilməsi məqsədilə AR MPM-nin 157-159-cu maddələrinin tələblərinə müvafiq olaraq qərardad çıxarılması, hazırda həbsdə saxlandığı nəzərə alınaraq çəkişmə prinsiplərinə riayət olunması və məhkəmədə dinlənilmək hüququnun təmin olunması məqsədilə müvafiq qərar qəbul edilməsi və qərarın icrasının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək, məhkəməyə təqdim etdiyi əsaslı iddia ərizəsi üzrə vicdansızcasına mübahisə edən və işin tezliklə, düzgün baxılmasına ardıcıl sürətdə maneəçilik törədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin 1000 manat olmaqla ümumlikdə 2000 manat pulun dövlət nəfinə tutulması, etiraz ərizələrində qeyd olunmuş ifadələrlə şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuzuna xələl gətirilməsi səbəbindən cavabdehlərin hər birindən 100000 manat olmaqla ümumilkdə 200000 manat məbləğində pulun alınıb ona verilməsini əlavə olaraq xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(105)-1466/2022 nömrəli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi atası X1 Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və bunun əsasında Şamaxı Rayon Məhkəməsi 17 noyabr 2022ci il tarixli məktubla məhkəməyə müraciət edərək, İddiaçı nümayəndəsi İ.H.İbadov tərəfindən vermiş olduğu apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasından ötrü, göndərilmiş 2(074)-7/2022 nömrəli mülki işin Şamaxı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərdadında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 12 aprel tarixli Qərarında da göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdursa, icraata qəbul qərardadını ləğv edə bilər. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə mümkünlük qərardadı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(105)-1466/2022 nömrəli mümkünlük qərardadı ləğv edilsin və İddiaçı nümayəndəsi X7 tərəfindən Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(074)-7/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkünlük məsələsinə baxılması üçün mülki iş baxışdan çıxarılıb Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar