Məhkəmə qərarları › İş №2(105)-1473/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1473/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1473/2024 12.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Cavadov Malı̇ k Rahı̇ m oğluna qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Cavadov Malı̇ k Rahim oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2298/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 6432.08 manat, faiz borcu üzrə 1554.44 manat olmaqla, cəmi 7986.52 manat tutulması; Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 256.94 manat, faiz borcu üzrə 74.23 manat olmaqla, cəmi 331.17 manat tutulması; EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 4177.81 manat borcu, faiz borcu üzrə 1227.63 manat borcu olmaqla, cəmi 5405.44 manat borcu mövcuddur. Həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 131.17 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının hər birinin payına mütənasib surətdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X9 arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən X8 illik 20 faizlə 48 ay müddətinə 7700 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti, EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 4300 manat məbləğində elektron təsdiq vasitəsilə (OTP kod) kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X6 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Tamkart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X8 illik 20 % hesablanması şərti ilə 48 ay müddətinə 7700 manat məbləğində kredit verilmiş və illik 24 % hesablanması şərti ilə 36 ay müddətinə 300 manat məbləğində tamkart kredit xətti açılmışdır.

5. EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X8 illik 18,9 % hesablanması şərti ilə 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2024-cü il tarixli, 24/37 saylı maliyyə arayışından görünür ki, X9 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 6432.08 manat əsas və 1554.44 manat faiz borcu vardır.

7. xx.xx.2024-cü il tarixli, 24/36 saylı maliyyə arayışından görünür ki, X9 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 256.94 manat əsas və 74.23 manat faiz borcu olmaqla , cəmi 331.17 manat borcu vardır.

8. xx.xx.2024-cü il tarixli, 24/35 saylı maliyyə arayışından görünür ki, X9 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 4177.81 manat əsas borcu və 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat borcu vardır.

9. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh mərhum X6 yeganə vərəsəsi kimi tanınmış və sonuncunun miras əmlakının 2468,15 manat pul məbləğindən ibarətdir.

10. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi üçün xəbərdar edilmişdir.

11. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 131,17 manat rüsum ödənilmişdir. Rüsumun ödənilməsi üçün 0,40 qəpik xidmət haqqı tutulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2298/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, X9 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli və EE000230777 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh (vərəsədən) 2468,15 manat məbləğində kredit borcu və ödənilmiş 44,33 manat dövlət rüsumuna görə pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birgə) 87,24 manatı iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1, 449.4, 1151.1, 1243.2, 1243.3 və 1306.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 88, 217.3, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2298/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli nağd kredit üzrə 6432.08 manat əsas borc, 1554.44 manat faiz borcu olmaqla, 7986.52 manat borcu, Banka ödənilməmiş kart limiti üzrə 256.94 manat əsas borc, 74.23 manat faiz borcu olmaqla, 331.17 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş 4177.81 manat əsas, 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat və ödənilmiş 65.59 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X6 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş xx.xx.2021-ci il tarixli nağd kredit üzrə 6432.08 manat əsas borc, 1554.44 manat faiz borcu olmaqla, 7986.52 manat borcu, Banka ödənilməmiş kart limiti üzrə 256.94 manat əsas borc, 74.23 manat faiz borcu olmaqla, 331.17 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş 4177.81 manat əsas, 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat borcu qalmışdır. Cavabdeh, mərhum X4mış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx"ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/235560/2023 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən tərəfindən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Belə ki, X6 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X6 yeganə vərəsəsinin Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2021-ci il tarixli BPM**********76 nömrəli X13 müqaviləsi, EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit öhdəliyi üzrə 4177.81 manat əsas borc, 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat borc yaranmışdır. X6 vərəsəsi Cavabdeh xx.xx.2023cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin o, vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.

25. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X9 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli və EE000230777 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh (vərəsədən) 2468,15 manat məbləğində kredit borcu və ödənilmiş 44,33 manat dövlət rüsumuna görə pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birgə) 87,24 manatı iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə kredit götürmüş şəxs X9 öldüyü və ölümündən sonra ondan miras qalmış əmlakı qəbul edən yeganə vərəsə Cavabdeh olduğu üçün Cavabdeh X6 miras payı həcmində 2468,15 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

27. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-22987/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli nağd kredit üzrə 6432.08 manat əsas borc, 1554.44 manat faiz borcu olmaqla, 7986.52 manat borcu, Banka ödənilməmiş kart limiti üzrə 256.94 manat əsas borc, 74.23 manat faiz borcu olmaqla, 331.17 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş 4177.81 manat əsas, 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat və ödənilmiş 65.59 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları da qeyd etməyi zəruri hesab edir.

29. Apellyatorun şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

30. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.

31. Bununla yanaşı qeyd olunmalıdır ki, mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

32. Araşdırıdan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras payının həcmi – 2468,15 manat təşkil edir.

33. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, miras payı həcmi həddində iddianı təmin etməsi ilə bağlı gəldiyi nəticə işin hallarına, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə uyğundur.

34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2298/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar