Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1483/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) X17 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, törədilmiş cinayət hadisəsi nəticəsində vurulmuş 29500 manat maddi ziyanın və ödənilmiş 179 manat dövlət rüsumunun əvəzinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən törədilən cinayət nəticəsində ona maddi və mənavi ziyan vurulmuşdur. Belə ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində idarəyə etdiyi Cavabdeh1 MMC-yə məxsus olan “X35” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla X3 vurmuş, X7 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Cavabdeh3 törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmü ilə təqsirli bilinərək AR Cinayət Məcəlləsinin 263-1.3- cü maddəsi ilə 4 il müddətində nəqliyyat vasitəsindən idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı mülki iddia verərək Cavabdeh3, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə mülki iddia tələbini qismən təmin edərək, yalnız mənəvi zərərin əvəzi kimi 5000 manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsini qərara almış, maddi tələbin mülki qaydada verilməsi izah olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya və kassasiya şikayətləri verilmişdir, lakin hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işin materiallarında olan ittiham aktından və məhkəmə hökmündən görünür ki, Cavabdeh3 cinayət törətdikdən sonra, nə o, nədə onun qohumları dəfn işlərində və məsələlərdə mərhumun ailəsinə maddi köməklik göstərməmişlər. İş üzrə zərəçəkmişin hüquqi varisi kimi tanınmış İddiaçı istintaq zamanı vermiş ifadəsində bu faktı təsdiq etmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsin qardaşı X10 da istindaqda təsdiq etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hər hansı məddi və mənəvi köməklik olmamışdır və bütün xərcləri İddiaçı ailəsi çəkmişdir. İddiaçı ailəsinə vurulmuş maddi ziyan bu qaydada hesablanmışdır: anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) 3000 manat, qəbir yeri- 800 manat, məsciddə yuyulması-300 manat, ölən gündən 3 gün məclisi - 5000 manat, qırx mərasimi - 1500 manat, il mərasimi-1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı-500 manat, çadır qurlaşdırılması-600 manat, "xxxx" ASC-yə olan borcun ödənilməsi-1800 manat, sığorta pulun ödənilməməsi-5000 manat, pensiya ödənişlərindən məhrum edilməsi-10000 manat olmaqla, ümümilikdə maddi ziyan 29500 manat təşkil edir. Bu hadisə 2014-cü il tarixdə baş verdiyinə görə və uzun müddətdir ki, hüquq mühafizə orqanı cinayət törədən şəxsi məsuliyyətə cəlb edilməkdə çətinlik çəkdiklərinə görə, təbii olaraq çəkilmiş xərclərlə bağlı qəbzlər bu günə qədər qalmamışdır, lakin yuxarıda qeyd olunan xərclər dinimizin adətlərinə uyğun olaraq hamı üçün bəlli olan xərclərdir. Hamı üçün bəlli olan halları sübut etməyə isə ehtiyac yoxdur. İşin materiallarından və istintaq zamanı verilmiş ifadələrdən gürünür ki, Cavabdeh3 faktiki olaraq Cavabdeh1 MMC-də 2014-cü ilin yanvar ayında sürücü olaraq işləməyə başlamışdır. Bu faktı cinayət işi üzrə şahid qismində dindirilmiş X11 və Cavabdeh2 təsdiq etmişdilər. Mmülki iddia həm təqsirləndirilən şəxsə, həm də Cavabdeh1 MMC-yə və Cavabdeh2 yönəldilə bilər. Belə ki, Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-nin öz növbəsində Cavabdeh3 sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etməyə hüququ olmayan şəxsi faktiki olaraq işə qəbul etməsi hüquq pozuntusudur, bundan əlavə, rəsmi olaraq Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X11 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlərilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X35” markalı 10-TG611 avtomobili Cavabdeh3 tərəfindən idarə olunsun. Əgər işçi birbaşa öz funksiyalarını yerinə yetirərkən delikt törətmişdirsə və ya onun qanunsuz hərəkətləri nəticəsində şəxsə ziyan vurulmuşdursa, vurulmuş maddi ziyanın tələbini həm işçiyə, həm də işəgötürənə irəli sürülə bilər. Rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyalarını düzgün icra etmədiklərinə görə avtobusu idarə etmək hüququ olmayan şəxsə və Cavabdeh1 MMC-də rəsmi işləməyən şəxsə həvalə edilmişdir və nəticədə Cavabdeh3 tərəfindən iddiaçıya maddi və mənavi ziyan vurulmuşdur. Bundan əlavə, İcbari Sığirta Bürosuna verilmiş vəkil sorğusu nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-yə məxsus olan “X35” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus hadisə törədilən zamanxx.xx.2014-cü il tarixdə sığortalı olmamışdlr. Beləliklə sığorta hadisəsi ilə bağlı sığorta ödənişi də faktiki olaraq qanunsuz hərəkəti törətmiş şəxslər tərəfindən ödənilməlidir, yəni cavabdehlər tərəfindən sığorta hadisəsində ölüm faktı olduğu halda, standart icbari sığorta müqaviləsi əsasında 5000 manat ödəniş olunmalıdır. Həmin məbləğ də cavabdehlər tərəfindən ona ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh3 məhkəməyə ərizə yazaraq göstərmişdir ki, onun tərəfindən heç kəsə maddi zərər vurulmamışdır və etmədiyi əmələ görə maddi zərərin əvəzini ödəmək istəmir.
5. Şahid kimi ifadə vermiş X14 göstərdi ki, iddiaçının bacısıdır. Anasının avtoqəza nəticəsində ölümündən sonra bütün dəfn və yas xərclərini İddiaçı çəkmişdir. O təsdiq edir ki, bütün bu hadisələrdən sonra bacısına ümumilikdə 29500 manat zərər dəymişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmış, Cavabdeh3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1905/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı və təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs Cavabdeh3 barəsində olan 07 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 797/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 və müdafiəçisi X21 tərəfindən birgə verilmiş kassasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı və nümayəndəsi (vəkili) X9 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. 333030 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, varisi X25 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur və anası X4r.
10. AZ-İ 675330 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
11. İcbari Sığorta Bürosunun məktubunun surətindən görünür ki, Büronun İnformasiya sistemində axtarış zamanı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2014-cü il tarixində sığorta şəhadətnaməsi aşkarlanmamışdır.
12. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X1 "xxxx" KB ASC-də aktiv kredit öhdəliyi mövcud deyildir. Həmin şəxsin xitam olunmuş kredit öhdəlikləri barədə məlumat aşağıdakı kimidir: 9199tkBKX/13 saylı xx.xx.2013-cü il tarixli müqavilə üzrə 300 manat kredit xx.xx.2016-cı il tarixdə, 21619nkBKX/13 saylı xx.xx.2013-cü il tarixli 1500 manat kredit xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Kredit öhdəlikləri üzrə xx.xx.2014-cü il tarixindən sonrakı ödənişlər ödəmə terminalı (“paypoint”) vasitəsilə həyata keçirildiyi üçün həmin ödənişlərin kim tərəfindən edildiyini müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ının tələblərinə əsasən kredit dosyesinə daxil olan sənədlər, kreditlər ödənildikdən və ya balansdan silindikdən sonra minimum 5 il müddətinə saxlanılır və bu müddət başa çatdıqdan sonra məhv edilir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirliyin əmək pensiyaçılarının məlumat bazasında olan məlumata əsasən mərhum X5 xx.xx.2008- ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu il tarixindən yaşa görə əmək pensiyasının növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. X.Vəliyevanın vəfat etməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2014-cü il tarixindən dayandırılmışdır.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X37 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "X35 AVTOBUS" markalı **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsinə xx.xx.2011-ci il tarixdə mülkiyyətçisi dəyişdirilmədən AB 495207 nömrəli yeni şəhadətnaməsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
15. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 maddi zərərin əvəzi kimi 12700 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,1 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 106.1, 106.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti və onun dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam və ətraflı araşdırmamış, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, istintaq materiallarında olan sübutlarla, izahatlarla sübut olunur ki, cinayət törədən Cavabdeh3 uzun müddət Cavabdeh1 MMC-də qeyri rəsmi işləmişdir, digər tərəfdən rəsmi şəkildə Cavabdeh1 MMC-də işləyən Cavabdeh2 qeyd olunan avtobusu idarə edilməsi üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh3 verərək öz əmək öhdəliklərini kobud sürətdə pozaraq cinayətin törədilməsinə yol açmışdır. Yəni Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X11 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlərilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X35” markalı **-TG-*** qeydiyyat nişanlı avtomobili idarə etsin. Bu fakt istintaqda verilmiş ifadələrlə təsdiq olunub və məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Beləliklə rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyaları düzgün icra edilmədiyindən məhz yuxarıda qeyd olunan bədbəxt hadisəyə şərait yaradılmışdır. Beləliklə hesab edir ki, mülki iddia tələbi tam şəkildə təmin olunaraq vurulmuş ziyanın ödənilməsi öhdəliyi məhkəmə tərəfindən həm təqsirləndirilən şəxsin üzərinə, həm də delikt törətmiş Cavabdeh1 MMC-nin və avtobusu idarə etməyə imkan verən Cavabdeh2 üzərinə qoyulmalıdır. Qeyd olunan faktı məhkəmə tam və ətraflı araşdırmamış və vurulmuş ziyanın ödənilməsi öhdəliyini qanunsuz olaraq yalnız Cavabdeh3 üzərinə qoymuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
19. Apellyasiya şikayətinə qarşı Cavabdeh3 tərəfindən yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda cəzaçəkmə müəssisəsində çəza çəkir, maddi durumu və sağlamlıq imkanları yaxşı deyil. İddia ərizəsində ondan müxtəlif adlarda şişirdilmiş məbləğlər tələb edilir. Bu halları təsdiq edən hər hansı sübut isə yoxdur. İddiaçı tərəfin ondan banka ödənilmiş borc vəsaitini tələb etməsi isə tamamilə əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsi xahiş edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-560/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X27 (sədrlik edən və məruzəçi) Qafari Səyyad Ağaəli oğlu və X12) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.2, 1096.1, 1096.2, 1097.1, 1118.1, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı kassasiya şikayəti verərək (vəkil X18) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-560/2025 nömrəli Qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2301/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli Qərarı ilə (hakimlər X13 (məruzəçi), X15 və X26) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-560/2025 nömrəli qətnaməsinin iddianın 12700 manat pul məbləğinə dair hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulmasının rədd edilməsi hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-560/2025 nömrəli qətnaməsinin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
24. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
25. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarından göründüyü kimi kassasiya məhkəməsi -iddianın 12700 manat pul məbləğinə dair hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulmasının rədd edilməsi hissəsində ləğv edərək işi həmin hissədə yenidən məhkəmə baxışına qaytarmışdır. Odur ki, məhkəməsi kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini məhkəmə qətnaməsinin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
30. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir (bax bənd 15).
31. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırılan hallardan müəyyən olundu ki, Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində yol-nəqliyyat hadisəsi törədilmiş və iddiaçının anası X7 ölmüşdür. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.11-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh3 təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının ümumilikdə 29500 manat təşkil etdiyini göstərmişdir.
32. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı ərizəsində anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) üçün 3000 manat, qəbir yeri üçün 800 manat, məsciddə yuyulması üçün 300 manat, ölən gündən 3 gün məclisinədək 5000 manat, qırx mərasimi üçün 1500 manat, il mərasimi üçün 1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı üçün 500 manat, çadır qurlaşdırılması üçün 600 manat xərc çəkdiyini bildirmişdir. İş materiallarında bu barədə mötəbər sübutlar (ödəmə qəbzi, hesab faktura və s.) olmasa da, məhkəmə hesab edib ki, tələb edilən vəsait ağlabatan olmaqla, hamıya bəlli olan hallardandır və məqbuldur. Məlum hadisə nəticəsində iddiaçının anasının ölməsi və dəfni ilə ona 12700 manat məbləğində zərər dəyməsini ağlabatan hesab edərək bu hissədə iddianı əsaslı hesab etmişdir.
33. Məhkəmə həmçinin hesab etmişdir ki, maddi zərərin əvəzi yalnız cinayət hadisəsini törətməkdə təqsirli bilinən Cavabdeh3 tutulmalıdır, çünki onunla Cavabdeh1 MMC və ya Cavabdeh2 arasında hər hansı əmək münasibətləri yaranmamışdır.
34. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Göründüyü kimi Ali Məhkəməsinin müvafiq Qərarı ilə iş iddianın 12700 manat pul məbləğinə dair hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmışdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri, həmçinin kassasiya instansiya məhkəməsinin Qərarının göstərişləri üzrə araşdırma apararaq müəyyən etdi:
37. Ali Məhkəmə işə yenidən apellyasiya qaydasında baxılarkən aşağıda şərh olunan halların araşdırılmasını göstərmişdir: - Cavabdeh3 idarə etdiyi yüksək təhlükə mənbəyi olan avtonəqliyyat vasitəsinin mülkiyyətçi və ya qanuni sahibin sahibliyindən iradələri daxilində çıxıb-çıxmadığı (onların iradələri daxilində Cavabdeh3 sahibliyinə verilib-verilmədiyi), yüksək təhlükə mənbəyi onların sahibliyindən hüquqa zidd götürülübsə bunda onların təqsirli olub-olmadığı, Cavabdeh1 MMC-nin əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında Cavabdeh3 göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olub-olmadığının araşdırılması (Qərar bənd 64).
38. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, göründüyü kimi mübahisələndirilən, o cümlədən Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırılmalı məsələ iş üzrə cavabdehlərin dairəsinin tam müəyyənləşdirməklə qanuni və əsaslı nəticəyə gəlinməsidir.
39. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin Qərarındakı göstərişlərin icrası, habelə işin hərtərəfli, tam və obyektiv tədqiqinin təmin edilməsi, eyni zamanda apellyasiya şikayətinin iddia tələbinin həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməsinə dair dəlili üzrə tam araşdırmanın həyata keçirilərək hüquqi dəyərləndirmə aparılması məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, o cümlədən iddiaya dair yazılı mülahizələrini bildirməmişlər.
40. Ali Məhkəmənin Qərarının göstərişləri üzrə araşdıma aparan məhkəməyə kollegiyası tərəfindən müəyyən edildi :
41. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh3 bildirmişdir ki, o, sürücüdür, növbə ilə 208 saylı avtobusu idarə etmişdir.
42. X11 ifadə verərək bildirmişdir ki, xx.xx.2014-cü ildə səhər saat 06:30 radələrində işlədiyi iş yerinə gəlmiş, işlədiyi "xxxx" MMC-yə məxsus “TemsaPrestij” markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusu idarə edən şəxsin sürücüsü Cavabdeh2 olduğunu görmüş, Natiq həmin günü səhər tezdən idarə etdiyi avtobusa əyləşib hərəkətə başlamışdır. xx.xx.2014-cü ildə saat 18:30 radələrində onun mobil telefon nömrəsinə zəng edərək bildirmişlər ki, "xxxx" MMC-yə məxsus “Temsa-Prestij” markalı, 10TG-611 dövlət qeydiyyat nömrə nişanlı avtobusu Qaraçuxur qəsəsəbəsi Ə.Mehbalıyev küçəsində yol- nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər piyada yol nəqliyyat hadisəsi zamanı hadisə yerində ölmüşdür. Yol- nəqliyyat hadisəsini törədən sürücü Cavabdeh3dur. Cavabdeh3 onun işlədiyi "xxxx" MMC-də sürücü olaraq işləməmiş, Farizin idarə etdiyi avtobus "xxxx" MMC-də sürücü olaraq işləyən Cavabdeh2 təhkim olunmuşdur.
43. Cavabdeh2 ifadə verərək göstərmişdir ki, 19 may 2014-cü ildə səhər saat 06:00 radələrində sürücü işlədiyi “Magna-Trans" MMC-yə məxsus Temsa-Prestij markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişan avtobusa əyləşərək işlədiyi marşurut üzrə hərəkət etməyə başlamışdır. Saat təxminən 18:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən dəmir yol stansiyasının yanına gəldikdən sonra orada işlədiyi şirkətin ehtiyyatda olan sürücüsü Farizi görmüş və ondan onu əvəz etmək üçün avtobusu idarə etməsini xahiş etmişdir. Fariz heç bir etiraz etmədən onun idarə etdiyi avtobusun sükan arxasına keçib avtobusu hərəkət etdirməyə başlamışdır. Fariz avtobusla hərəkət etdirdikdən təxminən 15 dəqiqə sonra avtobus sürücülərindən məlumat almışdır ki, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus Qarçuxur qəsəsəbəsi Ə.Mehbalıyev küçəsində yol nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər piyada yol nəqliyyat hadisəsi zamanı hadisə yerində ölmüşdür. O, Farizdən onun sənədlərinin olub-olmamasını və sürücülük vəsiqəsinin olub-olmamasını soruşmamış, Farizin onun işlədiyi həmin şirkətin ehtiyyat sürücüsü olduğunu bildiyi üçün hadisə günü avtobusu idarə etmək üçün ona vermişdir. O, xx.xx.2014-cü ildən Cavabdeh3 “208” saylı sərnişin avtobusunda ehtiyyat sürücü kimi görmüşdür. O, heç vaxt Farizin şəxsiyyət və ya sürücülük vəsiqəsinin olduğunu görməmişdir.
44. Sadalananlardan göründüyü kimi Cavabdeh3 2014-cü ildən “Magna-Trans" MMC-yə məxsus 208 saylı sərnişin avtobusunda ehtiyyat sürücü kimi işləmişdir.
45. İş üzrə müəyyən edilmiş tərəflərin münasibətlərinin həqiqi xarakteri onu deməyə əsas verir ki, Cavabdeh1 MMC, nəzarəti altında ehtiyat sürücü olan Cavabdeh3 göstərmiş olduğu xidmətlərdən yaralanmaqla tərəflər arasında işçi- işgötürən münasibəti olmuşdur.
46. Eyni zamanda müəyyən edildi ki, 19 may 2014-cü ildə səhər saat 06:00 radələrində Cavabdeh2 sürücü işlədiyi “Magna-Trans" MMC-yə məxsus Temsa-Prestij markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişan avtobusu nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan Cavabdeh3 idarə etməsinə vermişdir.
47. Göründüyü kimi yüksək təhlükə mənbəyinin Cavabdeh3 tərəfindən hüquqa zidd götürülməsi müəyyən edilmir, qanuni sahib (Cavabdeh2) öz iradəsi ilə nəqliyyat vasitəsini Cavabdeh3 sahibliyinə vermişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
49. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
50. Həmçinin həmin Qərarda göstərilmişdir: istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. … Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir.
51. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
52. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.
53. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
54. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 maddi zərərin tutulmasının təmin edilməməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, qanuni və əsaslı olmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi qismən – cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 maddi zərərin tutulmasının təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi qismən – cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 maddi zərərin tutulmasının təmin edilməməsi hissədə ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 12700 (on iki min yeddi yüz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.