Məhkəmə qərarları › İş №2(105)-1488/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1488/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1488/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh1 iştirakı ilə İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-973/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(067)-973/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 7650 manat məbləğində pul və hüquqi yardıma görə 50 manatın alınaraq İddiaçı1 verilməsi qət edilmişdir (R.E.Xəlilov). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 məhkəmədə iddia qaldıraraq Cavabdeh1 6850 manat əsas borcun, avtomobilə vurduğu ziyana görə 2000 manat, ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat, hüquqlarının müdafiə edilməsi üçün çəkdiyi 500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbinə əlavə edərək Cavabdeh1 təzə mühərrik üçün ondan aldığı 3800 manat pulun, köhnə mühərrikin təmiri üçün aldığı 1050 manat pulun, köhnə mühərriki yerinə qoyarkən vurduğu ziyana görə 2800 manat pulun Cavabdeh1 alınaraq ona verilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 iddia edilən qədər borcu yoxdur. O, iddiaçı ilə təzə mühərrik almaq üçün 4300 manata razılaşmışdır və 3500 manata ona iddiaçı işlənmiş mühərrikə görə vermişdir. O, mühərriki gətirərək avtomaşına qoymuş və saz vəziyyətdə iddiaçıya təhvil vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı ona bildirmişdir ki, köhnə, yəni avtomaşının üstündən çıxan mühərriki yenidən avtomaşının üstünə yerləşdirmək və satmaq, bu mühərriki isə çıxarıb satmaq istəyir. İddiaçıdan mühərriki çıxarmasının səbəbini soruşduqda bildirmişdir ki, o, avtomaşını satır, ona görə də çox ziyan etməsin deyə ona köməklik etməsini demişdirki, mühərriki satsın, qoyduğu pulu yenidən götürsün. O, iddiaçıya bildirmişdir ki, həmin mühərrik yararsızdır, çox işləməyəcək. Bunu da dəyişmək üçün detallar dəyişilməlidir. Ona görə də öz zəhmət haqqı ilə bir yerdə ondan 1050 manat pul alacaq və təzə mühərriki isə yenidən Gürcüstan Respublikasına aparmaq lazımdır. Ancaq orada mühərriki satmaq olar. Buna görə də Gürcüstan Respublikasına aparmaq üçün yenidən maşın pulu əlavə xərclər lazımdı, 1000-1200 manat arası ondan xərc cıxacaq. O, iddiaçı ilə razılaşmış, iddiaçı ona bildirmişdir ki, razıdır və onlar öz aralarında razılaşmışlar ki, mühərrikə görə 2500 manat İddiaçı1 verməlidir. Gürcüstan Respublikasından qayıdarkən o, dükana gedərək verdiyi mühərriki soruşmuş, ona dükan işçiləri bildirmişlər ki, müdiriyyət Almaniyada olduğundan onlar heç bir məlumat verə bilməzlər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(067)-973/2018 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(067)-973/2018 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikyətinin dəlillərinə etiraz edərək izahatında göstərmişdir ki, mülkiyyətində olan «Wolksvagen Passat B6» markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərriki 2017-ci ilin iyun ayında xarab olmuşdur. Mühərriki təmir etdirmək məqsədi ilə dostlarından yaxşı usta soraqlaşmışdır, bir neçə gün sonra Xaçmaz rayonunda yaşayan qohumu Mübariz Niftəliyev onunla əlaqə saxlayaraq Xaçmaz şəhərində xarici avtomobillərin mühərriklərini təmir edə bilən məsləhətli usta olduğunu bildirmişdir. O, Mübarizlə ətraflı söhbət etdikdən sonra avtomobilini evakuator vasitəsi ilə Xaçmaz rayonu ərazisində yerləşən «202» adlı avtomaşın emalatxanasına gətirərək orada usta Cavabdeh1 ilə görüşmüşdür. O, avtomobilin mühərrikini yoxlayaraq bildirmişdir ki, bu mühərriki yığmaqdansa, yeni mühərrik ilə əvəz etmək məsləhətdir. Yeni mühərrikin qiyməti 3500-4000 manat olduğunu ona bildirmişdir. O, bu qiymətlə razılaşmış, işə getməyi ilə əlaqədar pulu ona qohumu vasitəsilə göndərəcəyini bildirmişdir. 2017-ci ilin iyul ayında qohumu X4 və X2 vasitəsi ilə yeni mühərrikin Gürcüstan Respublikasından alınıb gətirilməsi üçün cavabdehə 3500 manat pul göndərmişdir. Cavabdeh1 bir müddət Mübariz Niftəliyevlə əlaqə saxlayaraq yeni mühərrik gətirdiyini bildirmiş və əlavə olaraq 300 manat pul istəmişdir. O, 300 manat pulu da Mübarizin vasitəsi ilə Pərvizə göndərmişdir. Lakin yeni mühərrik avtomobilinə uyğun gəlmədiyindən, eyni zamanda həmin mühərrikin heç bir sənədi olmadığından Cavabdeh1 köhnə mühərriki təmir edəcəyini bildirmiş və mühərriki yığdıqdan sonra ondan əlavə olaraq zəhmət haqqı kimi 1050 manat pul almışdır. Gürcüstandan gətirdiyi mühərrikə görə aldığı 3800 manat pulu isə geri qaytaracağına söz vermişdir. Lakin o, avtomobili onun emalatxanasından yaşadığı Quba rayonununa sürüb gətirdikdə məlum olmuşdur ki, Cavabdeh1 avtomobilinin köhnə mühərrikini təmir etmək adına ondan əlavə 1050 manat almasına baxmayaraq mühərriki təmir etməmişdir. Belə ki, həmin mühərrik bir neçə yerdən yağ buraxmış, mühərrikdən əlavə səslər gəlmişdir. O, Pərvizlə görüşüb mühərriki təmir etməyini və ondan aldığı 3800 manat pulu geri qaytarmasını tələb etsə də o indiyə kimi nə mühərriki təmir etmir, nə də ki, 3800 manat pulu qaytarır. Bununla yanaşı onun avtomobilini təmir etməkdənsə, mühərrikdən əla vəziyyətdə olan detalları da zədələyərək istifadəyə yararsız hala salaraq ona 2000 manatdan artıq maddi zərər yetirmişdir. Hal-hazırda avtomobilindən istifadə edə bilmir. Bir neçə aydır ki, həyətdə istifadəyə yararsız vəziyyətdə qalıb. Cavabdeh1 oğlunun səhlənkarlığı və keyfiyyətsiz xidməti nəticəsində ona 6850 manatdan artıq maddi zərər yetirilmişdir. Bütün bunlarla yanaşı cavabdehin öhdəliklərini pozması mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Cavabdeh dəfələrlə ona olan borcunu qaytaracağına söz versə də hər dəfə onu aldatmış və borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona vurduğu ziyanı da 5000 manat məbləğində qiymətləndirir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-973/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-973/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 7650 manat məbləğində pulun alınması hissəsində dəyişdirilməli, Cavabdeh1 mühərrikin dəyəri olan 3700 manat, köhnə mühərrikin təmiri üçün alınmış 300 manat və vurulmuş ziyana görə 2000 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, İddiaçı1 qohumudur. Şamilin «Wolkvagen-passat.B6» minik markalı avtomobilinin mühərriki xarab olmuş, ona görə də ona usta tapmaq üçün müraciət etmişdir. O, Şamili usta Pərvizin yanına aparmışdır. Pərviz avtomaşının mühərrikini açmış, demişdir ki, mühərrik dəyişilməlidir. Buna görə 4000 manat pul istəmişdir. İddiaçı həmin məbləğdə pulu göndərmiş, həmin puldan 3800 manat Pərvizə vermişdir ki, təzə mühərrik gətirsin. Pərviz mühərrik gətirmiş, lakin gətirdiyi mühərrik avtomobilə uyğun gəlməmişdir. Məsləhət olmuşdur ki, köhnə mühərriki yenidən təmir edib yığacaqdır. Köhnə mühərrik üçün də 1050 manat verilməsini eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, iddiaçının qaynıdır. Onun yanında Şamil Pərvizə avtomobilin mühərrikinin təmiri üçün 1050 manat pul vermişdir. İş materiallarında olan «xxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 1290 №-li saylı aktından müəyyən olunur ki, «Wolkvagen-passat.B6» minik markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə – mühərrik başlığı (az işlənmiş) 1 ədəd 2200 manat, kiçik rasperidval (vanus) ) (az işlənmiş) 1 ədəd 300 manat, mühərrik ustası işinə aid mühərrikin sökülməsi və yeni hissələrlə əvəz olunmasına görə zəhmət haqqı 200 manat, avtoçilingər işinə aid mühərrikin avtomaşının üzərindən çıxarılmasına və təmirdən sonra avtomaşının üzərinə quraşdırılmasına görə zəhmət haqqı 100 manat, avtomaşına cəmi 2800 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və şahid ifadələrinə əsasən iddiaçının avtomobilinin mühərrikinin dəyişdirilməsi üçün cavabdehə 3800 manat, köhnə mühərrikin təmiri üçün isə 1050 manat pul verməsini, bundan əlavə javabdehin həmin işləri görərkən iddiaçıya 2800 manat məbləğində ziyan vurmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Azərbayan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının öz seçimi ilə tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini qismən təmin etməkdə haqlı olsa da, cavabdehdən tutulan məbləğ hissəsində haqlı olmamışdır. Belə ki, iş üzrə tərəflər avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmiş və məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. İş materiallarında olan X7 xx.xx.2020-ci il tarixli ƏEM/A 29-788/19 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 məxsus “Wolkswagen-Passat B6” minik markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə yeni mühərrikin qoyulması (mühərrikin qiyməti ilə birlikdə) 4000-4500 manat (az işlənmiş mühərrikin dəyəri 3700-4000 manat, usta haqqı 300-500 manat)təşkil edir. Avtomobilə köhnə mühərrikin təkrar quraşdırılması zamanı avtomobilə dəymiş ziyanın məbləği 2000-2500 manat təşkil edir. Göründüyü kimi avtomobilə yeni mühərrikin qoyulması, usta xərci və mühərrikin yenidən quraşdırılması zamanı dəymiş ziyanın məbləği iddia tələbində tələb olunan məbləğdən fərqlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi təzə mühərrikin dəyəri olan 3800 manat, köhnə mühərrikin təmiri üçün alınmış 1050 manat və vurulmuş ziyana görə 2800 manat pulun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 təzə mühərrikin dəyəri olan 3700 manat, köhnə mühərrikin təmiri üçün alınmış 300 manat və vurulmuş ziyana görə 2000 manat, cəmi 6000 tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi yardıma görə 50 manatın cavabdehdən tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(067)-973/2018 saylı qətnaməsi Cavabdeh1 7650 manat (təzə mühərrikin dəyəri olan 3800 manat, köhnə mühərrikin təmiri üçün alınmış 1050 manat və vurulmuş ziyana görə 2800 manat) məbləğində puln tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 mühərrikin dəyəri olan 3700 manat, köhnə mühərrikin təmiri üçün alınmış 300 manat və vurulmuş ziyana görə 2000 manat, cəmi 6000 pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1nın apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(067)-973/2018 saylı qətnaməsi Cavabdeh1 7650 manat (təzə mühərrikin dəyəri olan 3800 manat, köhnə mühərrikin təmiri üçün alınmış 1050 manat və vurulmuş ziyana görə 2800 manat) məbləğində puln tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 mühərrikin dəyəri olan 3700 manat, köhnə mühərrikin təmiri üçün alınmış 300 manat və vurulmuş ziyana görə 2000 manat, cəmi 6000 manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 50 manatı İddiaçı1, 50 manatı Cavabdeh1 tutularaq X7 hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25 NABZ**********000047944, KOD: 505594, SWİFT GUNAAZ22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar