Məhkəmə qərarları › İş №2(105)-149/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-149/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-149/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin e-2(034)-152/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9.113,17 manat əsas, 101,74 manat faiz borcu olmaqla, cəmi 9.214.91 manat məbləğində borc və 113.45 manat ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9.113,17 manat əsas, 101,74 manat faiz borcu olmaqla, cəmi 9.214.91 manat məbləğində borcun və iş üzrə ödənilmiş 113,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 108.LN.1676.050919.00005 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə kredit və k/x ödənilməsi üçün 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 9.365,22 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 05 sentyabr 2019-cu il tarixli, 108.CL.050919.00005/a nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021-ci il tarixli, **********391 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 9.214,91 manat təşkil edir. Bundan 9.113,17 manat əsas, 101,74 manat faiz borcu təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Həsənov X3 Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosseslerində iştirakı təmin olunmadığı üçün hüquqlarını müdafiə edə bilməmişdir. Belə ki, o, həmin pulu ödəməkdən imtina etmir, amma həmin pulu aylıq az az ödəməyə gücü çatar. Lakin hakim onun iştirakını təmin etməmiş, həmçinin barəsində olan qətnamə barədə ona heç bir məlumat verməmişdir. Qətnamədən o, xx.xx.2023-cü il tarixdə xəbəri olub, gəlib məhkəmədən əldə etmişdir. Оna görə də hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-ci il, 2(006)-152/2023 nömrəli qətnaməsi əsassız olduğundan dəyişdirilməlidir. Belə ki hissə-hissə yəni hər ay 50 manat ödənilməsinin qətnamədə göstərilməsini istəyir. Belə ki, ailə vəziyyəti həmin pulu tam ödəməyə imkan vermir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh1 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin dəyişdirilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 05 sentyabr 2019-cu il tarixli, 108.LN.1676.050919.00005 nömrəli kredit müqaviləsi bağlanmış, 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 9.365,22 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 qətnaməyə etiraz edərək pulun verilmədiyini deyil, tələb olunan pulu az-az ödəməyə imkanı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh1 məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə qeyd edir ki, İnsan Hüququları üzrə Avropa Məhkəməsi “ Hiro Balani İspaniya qarşı” üş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası həmin dəlilə qiymət verərək hesab edir ki, iş materiallarında olan bildirişə əsasən sms bildiriş müvafiq qaydada sonuncuya çatdırılmış, lakin cavabdeh məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə heç bir tutarlı sübut təqdim etmədiyindən, şikayətin bu dəlili ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borcun düzgün müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi, tam hüquqlu məhkəmə kimi gəlinən nəticənin tam, hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/8839/2023 nömrəli ekspert rəyinə əsasən isə 05 sentyabr 2019-cu il tarixli, 108.LN.1676.050919.00005 nömrəli kredit müqaviləsi və həmin müqavilənin 1 nömrəli əlavəsinin (ödəniş cədvəli) şərtləri nəzərə alınmaqla 16 dekabr 202-ci il tarixinə Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcu 9152,46 manat və faiz borcu 34,83 manat müəyyən edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əsas və faiz məbləğləri ilə ekspertiza rəyində göstərilən həmin məbləğ arasında fərq olduğundan, iddiaçının tələb etdiyi əsas məbləğ ekspertiza rəyində göstərilən məbləğdən çox olduğundan, lakin faiz məbləği isə əksinə tələbdə göstərilən məbləğdən az olduğundan, qətnamə əsas məbləğə münasibətdə deyil, faiz məbləğinə münasibətdə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası faiz məbləğinin tutulması hissəsində keçirilmiş ekspert rəyində göstərilən 34,83 manat faiz məbləğinin tutulmasını məqsədəuyğun hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 34 (otuz dörd) manat 83 (səksən üç) qəpik müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 34 (otuz dörd) manat 83 (səksən üç) qəpik müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar