Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1491/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Quba Rayon Məhkəməsinin 14.10.2016-cü il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, 29.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Samir Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 14.10.2016-cü il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdehdən hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı hər il ona qarşı eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özü xəstədir, fəhləliklə məşğul olur, həm iddiaçı ilə nikahından olan Muradın, həm də ikinci nikahından olan Nihadın tələbatlarını ödəməyə çalışır. Məhkəmə qətnaməsində göstərilənləri həqiqəti əks etdirmir. Məhkəmədə şəkər xəstəliyindən əziyyət çəkməsini, dövlət tərəfindən ona insulin iynəsinin verilməsini, gəlirlərinin artmamasını, ikinci dəfə ailə qurması, ikinci övladının olmasını bildirsə də, məhkəmə əhəmiyyət verməçişdir. Gün keçdikcə səhhəti pisləşir, işləyə bilmir, gəlirləri azalır, əvvəlki alimenti də dost tanışının köməkliyi ilə ödəyir. İddiaçı əvvəlki alimenti ödəməsində də çətinlik çəkdiyini bildiryi halda iddia ərizəsi ilə hər il müraciət edir, istəyir ki, alimenti ödəyə bilməsin və onun həbs etsinlər. Belə olanda ikinci ailəsinin də vəziyyəti çətinləşəcəkdir. Keçən il də iddiaçı alimentin artırılması barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi təmin etsə də apelyasiya məhkəməsi qətnaməni ləğv edərək iddianı rədd etmişdir. əvvəlki qətnamə ilə müəyyən edilmiş 117 manat alimenti ödəməyə imkanı çatmır. Bundan əlavə məhkəmə qətnaməsi ilə oğlu Murad üzərində atalıq hüququndan məhrum edilmişdir. Bildirir ki, ikinci dəfə ailə qurub, həmin nikahdan bir övladı doğulub. Daim həkim nəzarətində yaşayır, xəstəliyi ilə əlaqədar çox işləyə bilmir. Maddi sıxıntıları çoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdehla rəsmi nikaha daxil olmuş, birgə nikahdan 29.11.2008-ci il təvəllüdlü Murad doğulmuşdur. Ailə qurandan bir il sonra ayılmışlar. Quba Rayon Məhkəməsinin 20.10.2009-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı X3 onun yanında saxlanılması və uşağın saxlanması üçün cavabdehdən hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 12.03.2014-cü il tarixli qətnaməsi ilə aliment məbləği 103 manata qədər, Quba Rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli qətnaməsi ilə 117 manata qədər artırılmışdır. Hazırda Quba Rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli qətnaməsi ilə təyin olunmuş 117 (bir yüz on yeddi) manat məbləğində aliment Azərbaycan Respublikası tərəfindən müəyyən olunmuş uşaqların yaşayış minimumundan azdır və uşağın maddi ehtiyaclarını qarşılamır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 dəlillərinə etiraz edərək iddiaçının izahatına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)- 518/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından 29.11.2008-ci il tarixdə Murad adlı uşaq doğulmuşdur. Quba Rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12.03.2014-cü il tarixli 2(027)-373/2014 saylı qətnamə ilə müəyyən olunmuş alimentin məbləği artırılaraq, 29.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06.09.2016-cı il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı 2018-ci il tarixdə məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılaraq 154 manat müəyyən edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(027)760/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, müəyyən edilmiş alimentin məbləği artırılaraq 130 manat müəyyən edilmiş, həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 20.12.2018-ci il tarixli, 2(105)4049/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(027)760/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Daha sonra İddiaçı 2020-ci ildə məhkəməyə müraciət edərək təyin edilmiş 117 manat alimentin artırılaraq 170 manat müəyyən edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 2(027)499/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, müəyyən edilmiş alimentin məbləği artırılaraq 150 manat müəyyən edilmiş, həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 24.07.2020-ci il tarixli, 2(105)2024/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 07.02.2020ci il tarixli, 2(027)499/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş Muradın saxlanılması üçün müəyyən edilmiş 117 manat məbləğindəki aliment 2016-cı il tarixdə, uşağın 8 yaşı olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda 2016-ci il tarixdə aliment tutularkən xeyrinə aliment tutulan uşağın 8 yaşı tamam olmamışdır. Hazırda isə həmin uşaq 12 yaşı olmaqla yaşayış xərcləri bir qədər də artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, ailəli olması, bir övladının olması, hazırda işləməməsi dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda cavabdehin digər dəlili, uşağa münasibətdə atalıq hüququndan məhrum edilməsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, valideynlik hüququndan məhrum edilməsi valideyni uşağın saxlanmasın təminetmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 66.2-ci maddəsinə əsasən aalideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Bundan başqa təqdim edilmiş vergi uşotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə arayışdan görünür ki, Cavabdeh adına **********, **********, **********, ********** saylı VÖEN verilmişdir. Bununla da cavabdehin daimi işləməməsi barədə dəlilləri də təkzib edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1491/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1491/2021
27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver