Məhkəmə qərarları › İş №2(105)-1493/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1493/2022

04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1493/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia ərizəsinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı və 26 aprel 2021-ci il tarixli, 2(012)- 1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğlərinin artırılması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması, Cavabdeh 58.4 manat dövlət rüsumuna görə pulun dövlət nəfinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin sabit pul məbləğində cavabdehdən tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onlar arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə gedişatında vəsatətlə məhkəməyə müraciət edərək alimentin tutulmasını istəmişdir. Məhkəmənin 18 oktyabr 2016-cı il tarixli, 2(012)6752/2016 saylı qərardadına əsasən iddiaçı Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə aylıq 117 manat məbləğində alimentin tutulması barədə qərardad qəbul edilmişdir. Sonradan onlar barışaraq nikahlarını davam etdirmiş və birgə nikahdan ikinci övladları xx.xx.2017-ci il təvəllüdlü X13 anadan olmuşdur. Aralarında münasibətlər sonradan yenidən korlanmış və Cavabdeh yenidən nikahın pozulması tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. İş hal-hazırda məhkəmənin icraatındadır. O da həmçinin, məhkəmədə iddia qaldıraraq xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, uşaqların müalicəsi üçün xərclədiyi 1379 manat vəsaitin birdəfəlik şəkildə cavabdehdən tutulması, uşaqların müalicəsi davam etdiyindən müalicə xərclərinin qarşılanması üçün cavabdehdən hər ay 100 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddia tələbini dəyişərək məhkəmədən xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasını məhkəməyə müraciət edildiyi tarixdən deyil, cavabdehin evi tərk edib uşaqlarını faktiki olaraq maddi təminatısz qoyduğu xx.xx.2020-ci il tarixdən tutulması, iddia ərizəsi üzrə soyadının “Məmmədova” kimi qeyd edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(012)- 1352/2021 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edilərək Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsinin qismən ləğv edilərək xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-2794/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsini qismən ləğv edərək, qətnamə - “Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, iddianın qismən təmin edilməsi, qətnamə - Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hal-hazırda X6 8 yaşı və xx.xx.2017-ci il təvəllüdlü X7 isə 4 yaşı var. Abşeron rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə və qərardada qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Böyük oğlu orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, oğlu həm də allergiya xəstəsidir və həmçinin də oğlu Elcan göz xəstəliyindən əziyyət çəkir. Uşağın müalicəsinə, dərmanlarına və eynəklərinə dəyişilməsinə mütəmadi çox xərc çəkilir. İkinci oğlu da Məmmədli Uğur da həmçinin kəskin allergiya xəstəliyindən əziyyət çəkir və həmçinin diabetə meyllidir, onun da müalicə və müayinəsi dərmanlan xeyli xərc tələb edir. Mütəmadi olaraq hər 2 övladının müalicə və dərmanlarına pul vəsaiti lazımdır. Həmçinin ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bundan əlavə də cavabdeh "xxxx" MMC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı ona məlum deyildir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qaydasında mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da buna nail ola bilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Aliment verməkdən imtina etmir, sadəcə tutulan məbləğ yüksək olduğu üçün aliment verməyə imkanı çatmır. İddiaçının ərizəsində göstərdiyi miqdarda onun aliment ödəmək iqtidarında olmasını nəzərə almamışdır. Bundan başqa uşağın saxlanılması onunla bərabər ananın da valideynlik borcudur və o, həmin borcun yerinə yetirilməsi üçün heç də əlindən gələni etməmişdir. Özü "xxxx" QSC-də işləyir və aylıq əmək haqqı 350 manatdır. İddiaçı isə məktəbdə müəllimə işləyir və 531 manat aylıq əmək haqqı alır. Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 2(012)-1529/2022 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir valideyn kimi uşaqların saxlanılmasında maddi köməklik göstərməsinə, bir ata kimi borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər 25 mart 2013-cü ildə ailə qurmuş, onların bu nikahdan 17 fevral 2013-cü il təvəllüdlü X12 və 18 oktyabr 2017-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuş və tərəflər arasında nikah pozulmuşdur. İş materiallarında olan X5 iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmışdır. İddiaçı X5 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X3.Z.Əliyeva adına MOM-də müayinə keçib. Diaqnoz: OU-Alternik daxili çəpgözlük, OUzəif dərəcəli hipermetropiya. İş materiallarında olan ambulator kitabçadan çıxarışdan görünür ki, E.E.Məmmədli və U.E.Məmmədliyə kəskin bronxit diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyə X9 Şəxs tərəfindən verilmiş xəstənin stasionar tibbi kartından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “L5-fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L5-S1-disk yırtığının xaric edilməsi” icra olunmuşdur. İşə əlavə olunan “City Catering” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 07 yanvar 2013-cü il tarixdən hal-hazıradək "xxxx" QSC şirkətində aşbaz işləyir. Orta aylıq əmək haqqı 350 (üç yüz əlli) manat təşkil edir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2794/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)- 1352/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, qətnamə - «Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun» hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamış, iddia qismən təmin olunmuş, qətnamə - «Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin və qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun» hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, uşaqların mənafeyini nəzərə alıb, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin ağır olması barədə gətirdiyi dəlili, iddianın rədd edilməsi üçün əsas ola bilməməsini qeyd edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 04 aprel 2022-ci il tarixli 2(012)-1529/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar