Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1498/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Çı̇ ngı̇ z oğluna qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Çı̇ ngı̇ z oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-2276/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2019-cu il təvəllüdlü X4 qəyyumu o, olsa da, ona atası baxdığı üçün onun alimentini tələb etmir, digər övladları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2 may 2019-cu il təvəllüdlü X9, 02 mart 2020-ci il təvəllüdlü X10, 28 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 705 (yeedi yüz beş manat) manat cavabdeh X3 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-2276/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-175/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
4. Cavabdeh Çı̇ ngı̇ z oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-2276/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğuna görə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İlk əvvəl bildirmək istəyir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-c il tarxili, 89 saylı arayışdan görünür ki, polis kapitanı Cavabdeh 2024-cü ilin mart ayına hesablanmış əmək haqqı (vergilər tutulduqdan sonra) 815 manat təşkil edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə hər bir halda aliment tələbinə baxan zaman gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmalı, bu zaman onun mənafeyi nəzərə alınmalı idi. Həmçinin məhkəmə öz qətnaməsində ona əsaslanmışdır ki, “Alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil”. O, məhkəmənin bu əsası ilə razı deyil.
6. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
7. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Çı̇ ngı̇ z oğlu iddiaçı tərəfindən verilmiş iddiadan imtina edilməsinin qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
9. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin fikrini dinləyərək, təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Çı̇ ngı̇ z oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiadan imtina etdiyindən və iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 262, 370, 400 və 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh Çı̇ ngı̇ z oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-2276/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.