Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-15/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı “İddiaçı Bokt” ASC-nin X5, Cavabdeh oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(60)-14262/2016 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(060)-14262/2016 saylı qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddiaçı “İddiaçı Bokt” ASC-nin Cavabdeh oğluna qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh oğlu və İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti arasında bağlanmış 23.06.2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, 23.06.2015-ci il tarixli 2015/00054-01 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 42798,85 ABŞ dolları əsas borc, 5934,59 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 48833,44 (qırx səkkiz min səkkiz yüz otuz üç dollar qırx dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh oğlundan İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 23.06.2015-ci il tarixli 2015/00054-01İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş ünvan 1 nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 48833,44 (qırx səkkiz min səkkiz yüz otuz üç dollar qırx dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ipotekaya qoyulmuş ünvan 1 nömrəli fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh oğlu evi tərk etmədiyi halda onun evdən məcburi çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(60)-14262/2016 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 42798,85 ABŞ dolları əsas, 5934,59 ABŞ dolları faiz, 9360 ABŞ dolları cərimə, cəmi 58093,44 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 nömrəli fərdi evə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin İddiaçı BOKT ASC-yə borcunun ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə, ünvan 1 nömrəli fərdi evdən çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçı Bokt” ASC tələbinin artırılması barədə ərizə verib, Cavabdeh oğlu və İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti arasında bağlanmış 23.06.2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsinin ləğv edilməsini də xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 25 oktyabr 2016-cı il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 422, 445.5, 448.4, 556, 557-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 9, 14, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçı Bokt” ASC-nin X5 apelyasiya şikayətinə etiraz edib, birinci instnsiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 23.06.2015-ci il tarixli 2015/00054-01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC Cavabdeh oğluna illik 24 faizlə, 60 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit vermişdir. 23.06.2015-ci il tarixli, 2015/00054-01İP saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh oğluna məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Fuad Qasımov küçəsində istifadədə olan 3 otaqlı, 56A nömrəli ev (95,5 kv.m ümumi, 34,7 kv.m yaşayış, 60,8 kv.m yardımçı sahəsi) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 60000 manat məbləğində qiymətləndirilmişdir. Borc haqqında arayışdan görünür ki, Cavabdeh oğlunun 23.06.2015-ci il tarixli, 2015/00054- 01 saylı kredit müqaviləsi üzrə 20.07.2016-cı il tarixinə 42798,85 ABŞ dolları əsas, 5934,59 ABŞ dolları faiz, 9360 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi borcu 58093,44 ABŞ dollarıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 10 mart 2020-ci il tarixli, 1075 saylı rəyi ilə 23 iyun 2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müaviləsində qeyd olunmuş şərtlər nəzərə alınmaqla Cavabdeh oğlunun 20 iyul 2016-cı il tarixə İddiaçı BOKT ASCyə olan borcunun ümumilikdə 48.705,84 ABŞ dolları məbləğində olması, həmin məbləğin 42.799,51 ABŞ dolları əsas borc və 5906,33 ABŞ dolları isə faiz borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2020-ci il tarixli, 1075 saylı rəyi ilə əsas borcun tələbdən artıq olması barədə hala hüquqi qiymət verərək nəzərə alır ki, ekspertin müəyyən etdiyi əsas məbləği iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün əsas borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə, yəni 42798,85 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə əsas borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. İddiaçı Bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilən faiz borc məbləğində gəldikdə isə iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müaviləsi üzrə faiz borcu 5934,59 ABŞ dolları məbləğində müəyyən edilsə də, alınmış ekspert rəyində həmin məbləğ 5906,33 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, alınmış ekspert rəyi cavabdehlərin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə faiz borcu 5906,33 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh oğlunun mülkiyətində arasında bağlanmış 23.06.2015-ci il tarixli 2015/00054-01İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1; 269.4; 270.1; 276.1; 297; 298; 317; 319.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34; 39.3.3, 41.2, 47.5, 49 və 59.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM-nin) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Cavabdeh ipoteka predmeti olan olan əmlakın ilkin satış qiyməti ilə razılaşmamışmadığından bu halın aradan qaldırılması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 13.01.2020-ci il tarixli, A-04/306 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 100.000 manatdır. “PATRON-L MMC”-nin 02 oktyabr 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 60.000 manat və likvid dəyəri 55.000 manatdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin 01 mart 2021-ci il tarixli, 01/44094 saylı arayışından görünür ki, Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 105.000 manat təşkil edir. Göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmiş, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (ipoteka predmetinin) hazırkı bazar dəyəri 13.01.2020-ci il tarixə 100.000 manat, 02 oktyabr 2020-ci il tarixə 55.000 manat və 01 mart 2021-ci il tarixə 105.000 manat olduğu müəyyən edilmişdir. Alınan rəylər arasında kəskin fərq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin 01 mart 2021-ci il tarixli, 01/44094 saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakın dəyərinin reallığını özünə əks etdirdiyinə görə, həmin rəy əsas götürülməklə digər rəylərə tənqidi yanaşaraq Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 105.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – «Cavabdeh oğlundan 5934,59 ABŞ dolları faiz borcu İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borcu 5906,33 ABŞ dolları məbləğində və «Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin» hissəsində dəyişdirilib Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 105.000 (yüz beş min) manat müəyyən edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz) manat pul Cavabdeh oğlundan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməli və qətnamə –qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(60)-14262/2016 saylı qətnaməsi – «Cavabdeh oğlundan 5934,59 ABŞ dolları faiz borcu İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borcu 5906,33 ABŞ dolları məbləğində və «Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin» hissəsində dəyişdirilib Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 105.000 (yüz beş min) manat müəyyən edilsin. Qətnamə – «İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti və Cavabdeh oğlu arasında bağlanmış 23.06.2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsi ləğv edilsin, 23.06.2015-ci il tarixli 2015/00054-01 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 42798,85 ABŞ dolları əsas borc, 100 ABŞ dolları məbləğində dəbbə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh oğlundan İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə tutulsun, tələb İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti və Cavabdeh oğlu arasında bağlanmış 23.06.2015-ci il tarixli 2015/00054-01İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipotekaya qoyulmuş ünvan 1 nömrəli fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılsın və borc, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilsin, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılsın, ipotekaya qoyulmuş ünvan 1 nömrəli fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh oğlu evi tərk etmədiyi halda o evdən məcburi çıxarılsın və iddia tələbi qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdeh oğlundan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-15/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-15/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver