Məhkəmə qərarları › İş №2(105)-15/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-15/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-15/2022 14.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 saylı qətnaməsindən Cavabdeh və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rövşən Xəlilov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 54153,95 manat məbləğində əsas, 8176,09 manat məbləğində faiz, 200 manat gecikdirilmiş faiz borcunun, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh ilə bank arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X2 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinə və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, X2 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 54153,95 manat məbləğində əsas, 8176,09 manat məbləğində faiz, 200 manat gecikdirilmiş faiz borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 150000 manat məbləğində qiymətləndirilməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun Cavabdeh alınaraq “Əmlak Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti, VÖEN **********, hesab № AZN AZ53JDBB********************, ünvan: Nərimanov rayonu Hacı Məmmədov küçəsi ev 3, mənzil 2, Bank: “X12” ASC VÖEN **********, Müxbir hesab AZ30NABZ********************, KOD: 505174, SWİFT: CDBBAZ22 hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun Cavabdeh alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VÖEN ********** AZ34JTRE******************** hesabına keçirilməsi qət edilmiş, Cavabdeh və iddiaçı qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 22 oktyabr 2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 54718,67 manat məbləğində əsas borcun, 9802 manat məbləğində faiz borcunun, 1108 manat gecikdirilmiş faiz borcunun, ümumilikdə 65628,67 manat məbləgində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləgində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləginin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bank arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla 70.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 29.08.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən ipoteka müqaviləsi qeydiyyata alınaraq, 07.09.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. 29.08.2013cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”nin hesabına nağd və ya köçürmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 20% ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 19.10.2015-ci il tarixə olan borcu 54718,67 manat məbləğində əsas, 9802 manat məbləğində faiz, 1108 manat gecikdirilmiş faiz, ümumilikdə 65628,67 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 dekabr 2015-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 54718,67 manat məbləğində əsas borcun, 10648 manat məbləğində faiz borcunun, 1416 manat gecikdirilmiş faiz borcunun, ümumilikdə 66748,67 manat məbləgində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bank arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və X1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 mart 2017-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 54718,67 manat məbləğində əsas borcun, 23988 manat məbləğində faiz borcunun, 8991 manat gecikdirilmiş faiz borcunun, ümumilikdə 87697,67 manat məbləgində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləgində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bank arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və X1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməldir. Belə ki, götürdüyü kreditdən 30000 manatını ödəmişdir. Borcun yaranmasına maddi vəziyyətinin ağır olması səbəb olmuşdur. O, iddiaçı təşkilatın hesabına 30000 manata qədər ödəniş etsə də, ödəniş etdiyi pulları iddiaçı təşkilat düzgün hesablamamışdır. O, iş üzrə keçirilən məhkəmə iclaslarında şifahi şəkildə vəsatət qaldırmış, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmənin nəzərinə çatdırmışdır. Lakin məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. İddiaçı təşkilat ilə onun arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X2 məxsus olan Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evində iddiaçı təşkilatın rəhbərləri və nümayəndələri dəfələrlə olmuş, həmin evin həqiqi bazar qiymətinin 700000-800000 manat olmasını bilirdilər. Çünki Xaçmaz rayonunda yerləşən daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxslərdən dəfələrlə bu barədə məlumat əldə etmişdilər. Buna baxmayaraq həmin ev qiymətləndirilən zaman bilərəkdən aşağı qiymət qoyulmuşdur ki, hərrac nəticəsində də həmin mülkü bank balansına götürsün. Onun konstitusion mülkiyyət hüquqları pozulmuş, nəticədə məhkəmənin qətnaməsində ev ekspert tərəfindən dəyər-dəyməzə qiymətləndirilmişdir. Həmçinin Əmlak Ekspert Mərkəzi tərəfindən keçirilmiş ekspertizadan və ekspertizanın 21 dekabr 2016-cı il tarixli rəyindən narazıdır. Belə ki, mənzil tam təmir olunmuşdur, 799,1 kvadratmetr ümumi sahəyə malikdir. Fərdi evin hazırda bazar qiyməti 750000-800000 manat olduğu halda, Əmlak Ekspert Mərkəzi 2 mərtəbəli, 7 otaqdan ibarət evi 150000 manata qiymətləndirmişdir. Nəticədə mənzil öz dəyərindən 4-5 dəfə aşağı qiymətləndirilmişdir. Bu da mənzil üzərində mülkiyyət hüququnun pozulması deməkdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyət tərəfindən 17 mart 2017-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair bir və 28 iyun 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ikinci ərizə verilmişdir. 28 iyun 2018-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən cəmiyyətin Cavabdeh 54718,67 manat əsas borc, 29 avqust 2017-ci il tarixə (müddətin sonuna) 29112 manat faiz borcu, 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faizlə hesablanmış 2248 manat faiz borcu, ümumilikdə 86078,67 manat məbləğində kredit borcu və s. tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi nədənsə bu ərizəni nəzərə almamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbi pozulmuşdur. Cəmiyyətin Cavabdeh 54718,67 manat məbləğində əsas borc, 29 avqust 2017-ci il tarixə (müddətin sonuna) faiz borcu 29112 manat, 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faizlə hesablanmış faiz borcu 2248 manat, ümumilikdə 86078,67 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulub cəmiyyətin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bağlanmış 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonun, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün cəmiyyətə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə iddia tələbinin tam olaraq təmin edilməməsi hissəsində qətnamə maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Bu səbəbdən də qətnamə həmin hissədə qismən ləğv edilməli və iddia qeyd olunan hissələrdə də tam təmin edilməlidir. Faiz borcunun hansı tarixədək hesablanmalı olmasına dair məsələ MMnin 424.2 və 424.3-cü maddəsinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Bu maddələrin təhlili bu nəticəyə gəlməyə əsas verir ki, faiz borcu kredit öhdəliyinin icra müddətinin son tarixinədək deyil, müqavilənin ləğvi barədə məhkəmə qərarının qüvvəyə minməsi tarixinədək, yəni müqavilənin ləğvi anınadək hesablanmalıdır. Qətnamənin qəbul edildiyi tarixdən onun qanuni qüvvəyə minməsinə qədər keçən müddət üçün tərəflərin kredit müqaviləsi üzrə öhdəlikləri qüvvədə olacağından bank qeyd edilən dövr üçün də kredit faizinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin qeyd olunan maddəsindən aydın olur ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə faizlərin hesablanması ilə bağlı həmin maddələri tətbiq etməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlər ikiqat həcmdə hesablanacaqdır. Göründüyü kimi, məhkəmə prosessual hüquq pozuntusuna da yol verərək, iş üzrə əsas sübut olan kredit müqaviləsinin şərtlərini nəzərə almamış və bununla da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh 29 avqust 2017-ci il tarixə (müddətin sonuna) banka olan əsas borcunun 54718,67 manat, faiz borcunun 29112 manat olmasına baxmayaraq məhkəmə yuxarıda göstərilən halları nəzərə almamış və ona görə də həmin hissələrdə iddianı tam olaraq təmin etməyərək yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi həmçinin illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 2248 manat faiz borcunu da təmin etməyərək bir daha səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, bank əsas borca hesablanmış illik 5% məbləğini cavabdehdən tələb edərək öz iddiasında haqlı olmuşdur. Ona görə də müqavilə müddəti bitdikdən sonra, yəni 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 2248 manat faiz borcu da cavabdehdən alınaraq cəmiyyətin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin satıldıqdan sonra 1 müddətinə boşaldılması hissəsində cəmiyyətin tələbini təmin etməyərək artıq üçüncü dəfə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 59.3cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin maddəyə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri, digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 150000 manat kimi qəbul etsə də, Xaçmaz rayonun, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 799,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin ümumi qiyməti 150000 manat dəyərində deyil, təxminən 110000 manat dəyərində olar, çünki həmin fərdi yaşayış evinin yanından qatar yolu keçir və ipoteka müqaviləsinin bağlandığı tarixdən, yəni 2013-cü il tarixdən hazırki vaxtadək 6 il vaxt ərzində fərdi yaşayış evinin yanında olan dəmir yolu ilə hər dəfə qatar keçərkən fərdi yaşayış evi silkələnir, ona görə də ev vaxtından əvvəl köhnəlir, evin ilkin dəyəri artıq 150000 manat deyil, təxminən 110000 manat dəyərində olmuşdur. Bu səbəbdən yenidən qiymətləndirmə ekspertizası təyin olunmalı və dəmir yolunun yanında olan 0,09 ha torpaq sahəsinin və fərdi yaşayış evinin deformasiyaya uğraması nəzərə alınaraq həmin daşınmaz əmlakın ümumi qiyməti yenidən müəyyən olunmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və Cavabdeh 54718,67 manat məbləğində əsas borcun, 29 avqust 2017-ci il tarixə (müddətin sonuna) 29112 manat faiz borcunun, 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faizlə hesablanmış 2248 manat faiz borcunun, ümumilikdə 86078,67 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulub cəmiyyətin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bağlanmış 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonun, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün cəmiyyətə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması hissəsində iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 məhkəmə iclasında cəmiyyətin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Cavabdehlər Cavabdeh və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcu və ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılmasının rədd edilməsi hissələrində ləğv edilməli, faiz borcuna aid hissədə iddia tələbi qismən, ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsində təmin edilməli, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh illik 20 faiz olmaqla, 48 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 avqust 2013-cü il tarixli, 38 İMX saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə X1 mülkiyyətində olan Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 799,1 kv.metr ümumi, 187,1 kv.metr yaşayış və 612,0 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş və evin qiyməti 177400 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 799,1 kv.metr ümumi, 187,1 kv.metr yaşayış və 612,0 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X1 adına 29 avqust 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 07 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və X2 göndərilmiş 20 avqust 2015-ci il tarixli, AB XÇF 01-00201 saylı bildirişdən görünür ki, 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsi üzrə banka olan borcunu 3 bank günü müddətində ödəməkləri barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 göndərilmiş 16 sentyabr 2015-ci il tarixli, XF 31-01-00302 saylı bildirişdən görünür ki, 29 avqust 2013cü il tarixli, 28 XK saylı kredit müqaviləsi üzrə banka olan borcunu ödəmədiyi üçün ipoteka predmeti olan mülkiyyətindəki Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 799,1 kv.metr ümumi, 187,1 kv.metr yaşayış və 612,0 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduruna başlanıldığı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 13 oktyabr 2015-ci il tarixli məktubunun surətindən görünür ki, X2 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İş materiallarında olan “Əmlak Ekspert Mərkəzi”nin 21 dekabr 2016-cı il tarixli, ƏEM/D 116-819/16 saylı ekspert rəyindən görünür ki, X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin 21 dekabr 2016-cı il tarixə bazar dəyəri 150000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2018-ci il tarixli, 23456 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh iddia tələbinin tarixinə, yəni 16 dekabr 2015-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 54153,95 manat, faiz borcu 8176,09 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “İnam Qiymətləndirmə” məhdud məsuliyyətli cəmiyyətinin X2 ünvanladığı 04 fevral 2019-cu il tarixli, 106 saylı məktubundan görünür ki, mülkiyyətində olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbədən ibarət olan tam təmirli evinin satış qiyməti 650000-700000 manat civarındadır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X2 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin orta bazar dəyəri 620000 manatdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 mart 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X2 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin 03 mart 2021-ci il tarixə likvid dəyəri 580000 manatdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2021-ci il tarixli, 9/3883 saylı rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh Əlsəfa oğlunun ekspertiza təyini haqqında qərardadda qoyulmuş sual üzrə kredit müqaviləsinin bitdiyi tarixə, yəni 29 avqust 2017-ci il tarixə İddiaçı ASC-nə olan borcu ümumilikdə 80772,46 manat, o cümlədən əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 26618,51 manat məbləğində müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16.02.2022-ci il tarixli, 9/8817 saylı rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh Əlsəfa oğlunun 17 mart 2017-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 75898,61 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 21744,66 manatdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh illik 20 faiz olmaqla, 48 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətlərinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh 54153,95 manat məbləğində əsas, 200 manat gecikdirilmiş faiz borcunun, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh ilə bank arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X2 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinə və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, X2 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarına əlavə olunmuş qiymətləndirmə hesabatı ilə müəyyən olunur ki, ipoteka predmeti olan X2 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin likvid qiyməti 580000 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan X2 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 580000 manat müəyyən edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 mart 2017-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 23988 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılmasına dair həmin ərizənin faiz borcuna aid hissəsinə qiymət verməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16.02.2022-ci il tarixli, 9/8817 saylı rəyi ilə müəyyən edilmişdir ki, hesabdan çıxarış məlumatları, 29 avqust 2013cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh Əlsəfa oğlunun 17 mart 2017-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə 75898,61 manat, o cümlədən əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 21744,66 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə ləğv edilməli, Cavabdeh 21744,66 manat məbləğində faiz borcu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılmasına aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar Qətnamə qəbul edilərkən qüvvədə olan “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində gecikdirilmiş faiz borcu kimi cavabdehdən 1108 manat, iddia tələbinin həcminin artırılmasına dair 16 dekabr 2015-ci il tarixli ərizəsində 1416 manat, iddia tələbinin həcminin artırılmasına dair 17 mart 2017-ci il tarixli ərizəsində 8991 manat tələb etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində tələbinin həmin hissəsini aralarında bağlanmış müqavilənin 5.2-ci bəndinə istinad edərək tələb etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 29.08.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq gecikdirilmiş faiz borcunu cərimə hesab edib onun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində cavabdehdən 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faizlə hesablanmış 2248 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən belə bir iddia tələbi irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində qeyd edilən digər dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcu və ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılmasının rədd edilməsi hissələrində ləğv edilməli, faiz borcuna aid hissədə iddia tələbi qismən, ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsində təmin edilməli, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 manatın 100 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 manatı Cavabdeh tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 500 manatın 250 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 250 manatı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh və iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 saylı qətnaməsi qismən, faiz borcuna aid hissədə ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar cəmiyyətinin xeyrinə 21744,66 (iyirmi bir min yeddi yüz qırx dörd manan 66 qəpik) manat məbləğində faiz borcu tutulsun. Qətnamə iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin. İpoteka predmeti olan X2 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılsın. İpoteka predmeti olan X2 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 580000 (beş yüz səksən min) manat məbləğində müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 (yüz) manatı Cavabdeh tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 250 (iki yüz əlli) manatı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar