Məhkəmə qərarları › İş №2(105)-1502/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1502/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1502/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh Adilxan oğlunun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadından iddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə iddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadənin verdiyi ərizə təmin olunmamışdır. İddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadə şikayət verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsi ilə iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefona görə pul tələbi rədd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadənin verdiyi apelyasiya şikayəti və apelyasiya şikayətinin veriməsi üçün nəzərdə tutulmuş müdətin bərpası barədə ərizə məhkəməyə daxil olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması, həmin müddət ərzində MMC-nin əməkdaşlarının və imza edən səlahiyyətli şəxsin karantinlə bağlı işləməməsi olmuşdur. Bu səbəbdən MMC tərəfindən apelyasiya şikayəti vaxtında verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Adilxan oğlu şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC-nin əməkdaşlarının və imza edən səlahiyyətli şəxsin karantinlə bağlı işləməməsi əsasları ilə buraxılmış müddətin üzürlü sayılması barədə iddiçı təşkilatın mövqeyi əsaslı deyildir və “xxxx” MMC-də imza edən səlahiyyətli şəxsin karantinlə bağlı işləməsini rəsmi qadağan edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasə MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisn hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə tərəflərə göndərilmiş, xx xxxxxx 2020-ci il tarixdə iddiaçı “xxxx” MMC-nin əməkdaşı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə, məhkəmənin qətnaməsinin surəti rəsmi qaydada alınmışdır. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinin mənasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməklə çatdırıla bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən MMC-yə rəsmi qaydada verilmiş hesab edilir. Həmin hal MMC tərəfindən mübahisələndirilmir və işin mübahisəsiz halıdır. Apelyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarı əsasında sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılaraq 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək müəyyən edilmişdir. Dünyada və eləcə də ölkə ərzisində yayılmış yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Höküməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların babeliyində olan qurumların əməkdaşları qeyd olunan müddətdə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadənin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etdikdə işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxx” MMC-nin Baş Direktoru H.F.İsrafilzadənin verdiyi şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2969/2020 saylı qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2969/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar