Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1503/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 06 dekabr 2013-cü il tarixli, 2(027)-1461/2013 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 06 dekabr 2013-cü il tarixli, 2(027)-1461/2013 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fərid Yaqubov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 2704,04 manat əsas borc, 365,56 manat faiz borcu və 60 manat dəbbə pulu olmaqla, cəmi 3129,6 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin girov predmeti olan iki ədəd sep, əyarı-585, çəkisi-28,3 qr, dəyəri-1132 manat olmaqla, cəmi 28,3 qram, dəyəri 1132 manat olan qızıl zinət əşyalarına yönəldilməsi, həmin qızıl zinət əşyalarının hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək puldan 2704,04 manat əsas borc, 365,56 manat faiz borcu və 60 manat dəbbə pulu olmaqla, cəmi 3129,6 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin Cavabdeh2 verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19 iyul 2012-ci il tarixli baş kredit müqaviləsi üzrə kredit borcuna görə 2704,04 manat, faiz borcuna görə 365,56 manat, dəbbə borcuna görə 664,2 manat, cəmi 3733,8 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətin Quba filialı ilə bağlanmış 19 iyul 2012-ci il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminat olaraq 19 iyul 2012-ci il tarixdə cəmiyyətin Quba filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. 19 iyul 2012-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 19 iyul 2012-ci il tarixli baş kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında hər ayın 1-dən gec olmayaraq ayda 281,6 manat ödəməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə görə borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 0,1 həcmində dəbbə pulu hesablanır. 01 oktyabr 2013-cü il tarixli, RB-02 saylı maliyyə arayışına əsasən Cavabdeh2 19 iyul 2012-ci il tarixli baş kredit müqaviləsi üzrə kredit borcu 2704,04 manat, faiz borcu 365,56 manat, dəbbə borcu 664,2 manat, cəmi borcu 3733,8 manat təşkil edir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmiyyətin xeyrinə 19 iyul 2012-ci il tarixli, QUFS-2522 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 2704,04 manat, faiz borcuna görə 365,56 manat, cərimə borcuna görə 664,2 manat, cəmi 3733,8 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus girov qoyulmuş qızıl zinət əşyalarına-əyarı 585, çəkisi 28,3 qr, dəyəri 1132 manat olan iki ədəd sepə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 19 iyul 2012-ci il tarixli, QUFŞ- 2522 saylı baş kredit müqaviləsi üzrə cəmi 3733,8 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılmasından əldə edilmiş vəsait 19 iyul 2012-ci il tarixli, QUFS-2522 saylı baş kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 19 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 4100 manat məbləğində kredit verilmiş, həmini tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhədəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin girov müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən dəyəri 1132 manat olan 28,3 qr qızıl zinət əşyaları bankın saxlanc girovuna verilmişdir. Kreditin təminatı üçün banka girov qoyulmuş həmin qızıl zinət əşyalarının hansı qiymətə satılmasından məlumatı olmamışdır. Hazırda nə qədər borcun qalmasını bilmir. Bundan başqa, məhkəmə qətnaməsində borcun məbləği yüksək göstərilmişdir. Halbuki onların banka borcu bundan az olmalı idi. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, cavabdehlərdən müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1232,04 manat əsas borc, 60 manat cərimə borcu və ödənilməmiş 25 manat dövlət rüsumu tutulmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsininin faktiki olaraq iddianın təmin olunmuş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 19 iyul 2012-ci il tarixli, QUFS-2522 saylı baş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Quba filialı tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 28 % ödəmək şərti ilə, 4100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2012-ci il tarixli, QUFS-2522 saylı zaminlik müqaviləsindən görünür ki, 19 iyul 2012-ci il tarixli, QUFS-2522 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin Cavabdeh1 bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş və borc alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 19 iyul 2012-ci il tarixli, QUFŞ-2522 saylı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Quba filialı tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 28% ödəmək şərti ilə veriləcək 4100 manat məbləğində kredit üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 tərəfindən banka əyarı 585, çəkisi 28,3 qr, dəyəri 1132 manat olan iki ədəd sepdən ibarət qızıl zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan 18 iyul 2012-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Quba filialından götürüləcək kredit məbləğinin və ona hesablanmış faizlərin (dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin, tutma və sair xərclərin) təminatı kimi Cavabdeh2 tərəfindən bankın saxlancına əyarı 585, çəkisi 28,3 qr, dəyəri 1132 manat olan iki ədəd sepdən ibarət qızıl zinət əşyaları təhvil verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 01.10.2013-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 19 iyul 2012-ci il tarixli baş kredit müqaviləsi üzrə 01 oktyabr 2013-cü il tarixə əsas borcu 2704,04 manat, faiz borcu 365,56 manat, cərimə borcu 664,2 manat, cəmi borcu 3733,8 manat təşkil edir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 09 aprel 2013-cü il tarixli bildirişlərinin surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 16 avqust 2013-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 girov predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələri haqqında Y-437 saylı, 06 noyabr 2014-cü il tarixli protokolunun surətindən görünür ki, cəmi 28,3 qram qızıl zinət əşyalarının ilkin satış qiyməti 509,40 manat, son qiyməti 432 manat olmaqla hərraca çıxarılmış və İddiaçı açıq səhmdar cəmiyyəti qızıl zinət əşyalarını 432 manata almışdır. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən əyarı 585, çəkisi 28,3 qr olan iki ədəd sep X1. İş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin 07 iyun 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 banka 1232,04 manat əsas borcu, 60 manat cərimə borcu, ödənilməmiş 25 manat dövlət rüsumu borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 19 iyul 2012-ci il tarixli, QUFS-2522 saylı baş kredit müqaviləsin əsasən Cavabdeh2 18 ay müddətinə, illik 28% ödəmək şərti ilə 4100 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin kimi Cavabdeh2 tərəfindən banka əyarı 585, çəkisi 28,3 qr, dəyəri 1132 manat olan iki ədəd sepdən ibarət qızıl zinət əşyaları girov qoyulmuşdur. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehlərin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, tutmanın girov predmeti olan əyarı 585, çəkisi 28,3 qr, dəyəri 1132 manat olan iki ədəd sepdən ibarət qızıl zinət əşyalarına yönəldilməsi, həmin qızıl zinət əşyalarının hərrac yolu ilə satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin 07 iyun 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Cavabdeh2 banka 1232,04 manat əsas borcu, 60 manat cərimə borcu, ödənilməmiş 25 manat dövlət rüsumu borcu vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 19 iyul 2012-ci il tarixli baş kredit müqaviləsi üzrə 1232,04 manat əsas borc və 60 manat dəbbə borcu və 25 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, cavabdehlərdən müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1232,04 manat əsas borc, 60 manat cərimə borcu və ödənilməmiş 25 manat dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 06 dekabr 2013-cü il tarixli, 2(027)-1461/2013 saylı qətnaməsinə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişiklik edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1232,04 ( bir min iki yüz otuz iki manat 04 qəpik) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu və ödənilməmiş 25 (iyirmi beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1503/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1503/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver