Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1510/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı-nın nümayəndəsi X3 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-45/2020 saylı qətnaməsindən İddiaçı-nın X1 Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-45/2020 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) X7 QSC “Bank Standart” KB-nin cavabdeh X6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 680.42 manat məbləğində əsas və 3.87 manat faiz olmaqla, ümumilikdə 684.29 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı-nın X1 Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-45/2020 saylı qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, QSC İddiaçı (bundan sonra-Bank) və Cavabdeh (bundan sonracavabdeh) arasında xx.xx.2015ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/113675/15 saylı müqavilə (bundan sonra-Kredit müqaviləsi) bağlanmış, Həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1604.95 manat məbləğində əsas borc, 100.19 manat məbləğində faiz borcu, 1657.74 manat cərimə borcu, 235.18 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 3598.06 manat məbləğində borcu qalmışdır. Ona görə də, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 1604.95 manat məbləğində əsas borc, 100.19 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1657.74 manat məbləğində cərimə borcu, 235.18 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3598.06 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı-nın X1 Fondunun nümayəndəsi F.A.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi QSC İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/113675/15 saylı krdit müqaviləsi üzrə cavabdehdən Banka 1604.95 manat məbləğində əsas borc, 100.19 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1657.74 manat məbləğində cərimə borcu, 235.18 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3598.06 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23829 saylı rəyi ilə iddia ərizəsi üzrə tələb edilən məbləği qisəm təmin edib, cavabdeh S.A.İsgəndərovdan 680.42 manat məbləğində əsas və 3.87 manat faiz olmaqla, ümumilikdə 684.29 manat məbləğində borc müəyyən etmişdir. Bank məhməkə mühasibatlıq ekspertizasının rəyinin qəbul etmir, rəyə tənqidi yanaşaraq maddi sübut kimi qəbul edilməsi ilə razılaşmır. Bankın məhkəməyə cavabdehin borcu barədə ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarış təqdim olunduğu halda ekspertin qeyd olunan nəticəyə gəlməsi bankda şübhələr doğurur. Rəyin tədqiqat obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanmadan, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəli tədqiqatı aparılmadam verilmişdir və qoyulmuş suallar üzrə əsaslandırılmamışdır, qeyri-obyektivliyə yol verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nın nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh X6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh S.A.İsgəndərovun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsindən görünür ki, QSC İddiaçı tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə, 2500 (iki min beş yüz) manat məbləğində kredit kartı verilmişdir. xx xxxx 2019-cu il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh QSC İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23829 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixinə (maliyyə arayışı üzrə tarixə) Ləğv Prosesində olan QSC «Bank Standart» KB olan borcu 684.29 manat, həmin borc üzrə 680.42 manat əsas borc, 3.87 manat faiz borcu, xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. İşin araşdırılan hallarından məlum olur ki, QSC İddiaçı və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə, 2500 (iki min beş yüz) manat məbləğində kredit kartı verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər aralarında bağladıqları müqavilə ilə verilən kreditə illik faizin hesablanacağını, həmçinin kreditdən istifadəyə görə faizlərin 12 ay müddətində, yəni kredit müqaviləsinin qüvvədə olduğu zaman ərzində hesablanacağını razılaşdırmışdırlar. Belə olan halda kredit müqaviləsi üzrə kredit kartında olan 2500 manat puldan istifadə ilə bağlı yaranacaq borca illik 27 faiz tətbiq edilməklə yekun nəticədə hesablanacaq faiz məbləğlərinin cari ilin 12 ay ərzində ödənilməsi nəzərdə tutmuşlar. İddia ərizəsindən müəyyən olur ki, bank hazırki iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixdə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün kredit kartından istifadə ilə bağlı mövcud əsas, faiz və cərimə bocunun tərəflər arasında krdit müqaviləsi bağlandığı zamandan iddia ərizəsi ilə məhkəməyə müraciət edilən müddət daxil olmaqla mövcud zaman ərzində mövcud borcu müəyyən etmək üçün ekspert qarşısında sual qoymuşdur. Məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və kredit müqaviləsinin qüvvədə olduğu müdət ərzində mövcud hesablama yolu ilə cavabdehin bank qarşısında olan borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3105 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış,maliyyə arayışı məlumatları və xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2016-cı il tarixə (müqavilə müdətinin sonunadək) Ləğv Prosesində olan QSC «Bank Standart» KB olan borcu 2473,83 manat, həmin borc üzrə 2373,64 manat əsas borc, 100,19 manat faiz borcu olaraq müəyyən edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatları ilə müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə 300 manat məbləğində ödəniş olmuş, xx.xx.2019-cu il tarixdə isə 723,61 manat məbləğində cari hesaba kompensasiya mədaxil olunmuşdur. Lakin banka olan borc məbləği xx.xx.2016-cı il tarixə (müqavilə müdətinin sonunadək) hesablandığından həmin tarixdən sonrakı ödənişlər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3105 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsaslı olub, tərəfləri arasında yaranmış mübahisə üzrə maddi sübut növü kimi qəbul edilməli və nəticədə kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 300 manat məbləğində ödəniş və xx.xx.2019-cu il tarixdə 723,61 manat məbləğində cari hesaba mədaxil olunmuş kompensasiya məbləğləri ödəniılməmiş əsas borcdan çıxılmaqla 2373,64 – 300 – 723,61 = 1350,03 manat məbləğində əsas borc və 100,19 manat faiz borcu müəyyən edilməlidir. İddia tələbindən görünür ki, bank kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə görə 1657,74 manat məbləğində cərimə borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb dilən cərimə borcunu ümumiyyətlə təmin etməmişdir. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə 1657,74 məbləğində cərimə borcu 70 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İddia tələbindən görünür ki, X7 QSC “Bank Standart” KB 235.18 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla ödənilməli pul məbləği 203 (iki yüz üç) manat 11 (on bir) qəpik müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat və xx xxxxxxxx 2020-ci il tarixli, 9/3105 saylı ekspert rəyi ilə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla, ümumilikdə 250 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1350,03 manat əsas borc, 100,19 manat faiz borcu, 70 manat cərimə borcu və 203,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5 faiz borcu olmaqla, ümumilikdə 1723,33 (min yeddi yüz iyirmi üç manat, otuz üç qəpik) manat tutulub, İddiaçı-na ödənilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pulun 119,74 manat hissəsi Cavabdeh, 130,26 manat hissəsi isə İddiaçı-dan alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-nın X1 Fondunun nümayəndəsi F.A.Əliyevin apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-45/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1350,03 manat əsas borc, 100,19 manat faiz borcu, 70 manat cərimə borcu və 203,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5 faiz borcu olmaqla, ümumilikdə 1723,33 (min yeddi yüz iyirmi üç manat, otuz üç qəpik) manat tutulub, İddiaçı-na ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pulun 119,74 manat hissəsi Cavabdeh, 130,26 manat hissəsi isə İddiaçı-dan alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1510/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1510/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver