Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1510/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2437 manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən narazıdır. Bundan başqa birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmənin baxış iclasları barədə hər hansı bildiriş göndərilməmişdir. Məhkəmənin gedişatından, qəbul edilmiş qətnamədən məlumatı olmayıb. Yalnız qətnamə icraya yönəldikdən sonra icra şöbəsindən telefonuna gələn sms bildirişlə məlumatım olmuşdur. Bununla da məhkəmə məhkəmə çəkişməsi prinsipini pozaraq işi bır tərəfli aparmış və iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmamış, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiklərinə istinad edərək qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddiasını əsaslandırmışdır ki, onunla iş icraçısı Bakir Rəsulov vasitəsi ilə tanış olub. Bakir ilə mənzilin təmirini 7000 manata razılaşmışlar. Həmin puldan Bakir ona 1700 manat pul vermiş, deməsinə görə 300 manat artıq vermişdir. O, iddiaçıdan müxtəlif bəhanələrlə 1750 manat pul almış, sonradan işlərini yarıtmaz hala salmışdır. Sonradan Ukraynaya getmək adıyla aradan çıxmışdır. Əlavə iş gördüyünü deyərək 700 manatını artıq almışdır. Bundan sonra yarımçıq qalmış işlərin görülməsi üçün əlavə ustalar çağırmış və 1500 manat pul ödəmişdir. Cavabdeh onu aldadaraq onun 2500 manat pulunu mənimsəmişdir. Daha sonra məhkəmə ekspert rəyinə əsasən dəymiş zərəri 2437 manat müəyyən etmişdir. Göründüyü kimi, iddiaçı onunla evin təmirinin qiyməti barədə hər hansı razılaşma aparmamış, evin təmirini Bakir Rəsulova həvalə etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 03.12.2019-cu il qərarından görünür ki, polis idarəsində verdiyi izahatında iddiaçıya məxsus evin yarımçıq təmir işlərinin tamamlanması barədə razılaşmışdır. Evin təmirini başa çatdırmaq üçün qalan 400 manat pulu tələb etmiş, iddiaçı pulu vermədiyi üçün təmir işini tamamlamamışdır. İşin mahiyyətinə gəldikdə isə bildirir ki, iddiaçı Bakir Rəsulovla natamam təmir işinin tamalanması barədə razılaşmış, ona Bakir Rəsulov usta kimi işləməyi təklif etmiş, bir neçə dəfə iddiaçı pulu vermədiyi üçün Bakir Rəsulov təmiri dayandırmağını bildirmişdir. Sonuncu dəfə də təmir pulunu vermədiyi üçün işi dayandırmışdır. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə şahid X3 qizinin ifadəsinə istinad etmişdir. Qeyd edilən şahid iddiaçının həyat yoldaşıdır, ifadəsində də iddiaçının ərizəsində qeyd etdiklərini təkrarlayıb. Halbuki, iddiaçının yoldaşının şahid kimi ifadəsi əsaslı sayıla bilməz. Belə ki, şahid iddiaçının yaxın ailə üzvü olmaqla, işin nəticəsi ilə maraqlıdır. Bu səbəbdən də həmn şahidin ifadəsi əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası ekspert rəyinə istinadən yarımçıq qalan işlərin tamamlanması üçün 2437 manat ziyan müəyyən etmişdir. Halbuki, evi təmir edən zaman artıq ondan əvvəl başqa ustalar evdə təmir işləri aparmış, onlar işləri yarımçıq qoyaraq qetmiş, daha sonra iddiaçı yarımçıq işləri tamamlamaq üçün Bakir Rəsulovla razılaşmışdır. Göründüyü kimi, iddiaçının dediyi yarımçıq qalan işlərin onun təmir işlərindən sonra, yaxud da ondan əvvəlki ustaların təmir işlərindən sonra yarımçıq qalması qeyri müəyyəndir. Bundan başqa iddiaçı izahatında 2500 manat pul verməsini bildirsə də, buna dair sübut yoxdur. Bundan əlavə iddiaçı ərizəsində onun yarımçıq saxladığı işlərə görə sonrakı ustalara 1500 manat verdiyini bildirir. Onun yarımçıq saxladığı işlərə görə başqa ustalara 1500 manat verdiyi halda ondan 2500 manat pul tələb etməsi isə məntiqsizdir. Həmçinin iddiaçıdan hər hansı məbləğdə pul almamışdır, pulu iddiaçının arvadından almışdır. Ona tapşırılan işi də tam görmüşdür, heç bir borcu yoxdur.Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Cavabdeh ilə Yasamal rayonu, Zərgərpalan küçəsi 11-003B ünvanındakı mənzilinin təmiri zamanı iş icraçısı Bakir Rəsulov vasitəsi ilə tanış olmuşdur. Bakir ilə mənzilin təmirini 7000 manata razılaşmış və onun işlədiyi vaxt ona hissə-hissə 4050 manat pul vermişdir. Həmin puldan Bakir Rəşada 1700 manat vermiş və deməsinə görə hələ 300 manat artıq vermişdir. Rəşad mənzildə işə başlamış və o kafel işləri üçün dostu Yusifi təcrübəli usta kimi evə dəvət etmiş və «bizim pulumuz birdir» deyərək Yusifin də pulunu idarə etmişdir. Yusif atasının rayonda xəstə olduğunu bəhanə edərək işi bərbad vəziyyətdə qoyub getmiş və onun yarımçıq işinin Rəşad tərəfindən təhvil veriləcəyini demişdir. Rəşad isə sonradan ondan aldığı pulu Yusifə verdiyini, “Yusif isə sizin verdiyiniz pulu alaraq məni pis vəziyyətdə qoymuşdur” deyə ona bildirmişdir. Rəşad ondan müxtəlif bəhanələrlə, banka kredit borcu olduğunu, anasının əməliyyat keçirdiyini, rayona yasa gedəcəyini, evində uşaqların ac olduğunu və s. deməklə 1750 manat pul almış, “narahat olmayın pulu öncədən verin, mənə inanın, sizin işi yarımçıq qoymarıq” deyib onu inandıraraq pulu almış və mənimsəmiş, sonra işi yarıtmaz vəziyyətdə qoyub Ukraynaya getmək bəhanəsi ilə getmişdir. Həmin məbləğin 700 manatını ondan artıq alıb aparmışdır. Bundan başqa görmüş olduğu işlərin də pul məbləğini çoxaltmaq naminə mənzilin divarları və tavanların ümumi sahəsi ən çoxu 350 kv.m. olduğu halda Rəşad ümumi sahəni 497 kv.m kimi hesablamışdır. Maddi ziyan və işini iki ay gecikdirməklə ailə üzvlərinə mənəvi psixoloji zərbə vurmuşdur. Sonuncu dəfə isə iş paltarlarını yumaq adı ilə götürmüş, sabah gəlib işləyəcəyini demiş, sonradan isə telefon zənglərinə cavab verməmişdir. Vaxt keçdiyinə və Rəşadın gəlmədiyinə görə məcburiyyət qarşısında qalaraq və ailənin maddi vəziyyətinin çətin olması şəraitində mənzilin təmiri üçün yeni ustalar çağıraraq Rəşadla Yusifin yarımçıq qalmış işlərinin görülməsi üçün ustalara 1500 manat pul ödəmişdir. Cavabdeh işi keyfiyyətlə təhvil verəcəyini vəd etməklə onun etibarımdan sui istifadə edib aldatmış və 2500 manat (300 + 700 + 1500 = 2500 manat) pulunu mənimsəmişdir. Onun və həyat yoldaşının ziyalı, müəllim və alim olduğunun nəzərə alınmasını, Rəşad kimi şəxsləriin onun kimi saf, təmiz düşüncəli insanların etibar və inamından istifadə etmələrini cəmiyyətə yaraşmayan nalayiq hərəkətlərinə görə layiqincə cəzalandırılmasını xahiş edir. Onun bu barədə şikayət ərizəsi əsasında Yasamal rayon Polis Şöbəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılmış, lakin ərizədə olan xüsusatlar mülki mübahisə predmeti olduğundan məhkəmə tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsi Cavabdeh 2437 manat məbləğində pul alınması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan pul məbləği 1758 manat müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. ünvan 1 ünvanında iddiaçı ilə birlikdə yaşayırlar. Həmin evi təmir etdirmək istəyən zaman təmir-tikinti işləri ilə məşğul olan Bakir adlı bir nəfər onları Cavabdehlə tanış etmiş. Rəşadın yaxşı usta olduğunu və bütün təmir işlərini görə biləcəyini bildirmişdir. Cavabdeh mənzildə görüləcək bütün işləri (kafel-metlax, parket, maliyar və sair.) öz üzərinə götürmüş və bildirmişdir ki, özü bacarmadığı işləri də başqa ustalar gətirib gördürəcək. Rəşad işə başlar-başlamaz 500 manat beh kimi almış, sonra işin gedişində müxtəlif bəhanələrlə (başqa ustaya pul verməlidir, banka kredit borcu var, anası xəstədir pul lazımdır və sair.) Xoş münasibətdən sui istifadə edərək hissə-hissə 2500 manat (300 + 700 + 1500 = 2500 manat) olmaqla ümumilikdə 3000 manat məbləğində pul ondan və həyat yoldaşından almışdır. Bundan sonra Rəşad işləri yarımçıq görmüş, divar kağızlarını və digər işləri yarımçıq qoyaraq getmişdir. Gördüyü işləri isə çox keyfiyyətsiz olmuşdur. Rəşada dəfələrlə zəng vurmalarına baxmayaraq o, işlərini tamamlamağa gəlməmişdir. Rəşad bir qədər vaxtdan sonra bir gün gəlmiş və çırkli paltarları aparıb təmizlətdirib sabah gələcəyini bildirmişdir. O, vaxtdan sonra Rəşad gəlməmişdir. Dəfələrlə onu axtarmışlar, evinə getmişlər lakin tapa bilməmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin 27-ci PB-nin 03.12.2019-cu il tarixli, 093-22429 Ə- saylı məktubundan görünür ki, Yasamal RPİ-nin 27ci PB-nin 03.12.2019-cu il tarixli qərarın surəti İddiaçı göndərilmiş və ona yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. İş materiallarında olan 03.12.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, izahatı alınmış İddiaçı şikayət ərizəsində olan xüsusatları bir daha öz izahatında təsdiq etmiş, lakin izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2019-cu ilin iyun ayında İddiaçı ünvan 2 ünvanındakı mənzilində yarımçıq qalan təmir işləri aparması üçün razılaşmış və mənzildə işləməyə başlamış, mənzilin müəyyən hissəsini təmir etdikdən sonra mənzilin təmirini başa çatdırmaq üçün ev sahibindən qalan 400 manat pulu tələb etmiş, ev sahibi pulu verməyi gecikdirdiyi üçün təmiri tamamlaya bilməmişdir. Aparılmış araşdırma zamanı İddiaçı vət. Cavabdeh tərəfindən etibarından sui istifadə edərək aldatma yolu ilə pulunu ələ keçirib ona qarşı dələduzluq etməsi müəyyən edilməmişdir. Odur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona ərizəsində göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 07.09.2020-ci il tarixli, 10/1509 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki; ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilən zamanı mənzilin təmirli vəziyyətdə olduğu, lakin dəhliz, sanitar qovşağında və mətbəx tikilisinin bəzi hissələrində keyfiyyətsiz (dəhliz tikilisinin tavanı üzərində keyfiyyətsiz şəkildə asma tavanın quraşdırılması mətbəx və sanitar qovşağının divarlarına vurulmuş kafelin qüsurlu vəziyyətdə) olduğu müəyyən olunmuşdur, Yuxanda göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanındaki mənzilin sanitar qovşağında vurulan kafel-metlax, mətbəx tikilisində vurulan kafel və dəhliz tikilisinin tavanı üzərində aparılan təmir-tikinti işləri, tikinti norma və qaydalarına uyğun (keyfiyyətsiz) aparılmadığı müəyyən edilir, ünvan 3 ünvanında yerləşən mənzildə aparılan təmir tikinti işlərin zamanı barəsində mülki iş materialında məlumat olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. ünvan 3 ünvanında yerləşən mənzildə qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2437,0 manat məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəyinə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 385.1, 442, 752.1, 753.1, 753.4-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında mənzilin təmiri ilə bağlı münasibətlər Podrat müqaviləsidir. Belə ki, tərəflər şifahi olaraq aralarında razılığa gələrək mənzilin təmiri ilə əlaqədar müqavilə bağlamışlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X1 göstərdi ki, iddiaçının arvadıdır. Rəşadı onların evinə işləmək üçün gətirən Bakir olmuşdur. Bakir onlardan müəyyən qədər pul alıb getdi. Sonra onu axtarmışlar. Çünki Rəşad dedi ki, evdədir və işləri görəcək, işləri davam etdirmişlər. Onlara işin tez yekunlaşması vacib idi. Çünki kirayədə qalırdılar. Ona görə də işi kimin icra etməsi o qədər də əhəmiyyət daşımırdı. Rəşad bir müddət işləri görmüş, hər dəfə ona 200 manatlıqlar verirdilər. Amma Rəşad qane olmur, az olduğunu deyirdi. Sonra anlamışdır ki, Rəşada artıq pul verilmişdir. Rəşadla danışdıqda onlara narahat olmamağı demiş, bildirmişdir ki, işi özü görəcək. Suvaq işini gördüyü halda onlar artıq oboyun pulunu verirmişdilər. Bir müddət dedi ki, anası xəstədir. Ona kömək də təklif etmişlər. Bundan sonra Rəşad yoxa çıxdı. Evdə kafel işlərini görən Yusiflə əlaqə saxlamış, kafelləri də Yusif bərbad vəziyyətə salmışdı. Amma yenə də etiraz etməmişlər. Çünki işin qısa müddətdə bitməsində maraqlı olmuşlar qısa müddətdə kirayə qaldığı evdən öz evinə köçmək istəyirdilər. Rəşadı çox axtarmış,amma tapa bilməmışlər, kirayədə yaşamağa davam etmışlər. Başqa ustalar dəvət edib işləri gördürmüşlər. Lepka işi qismən görülmüşdü, amma ağartma işi görülməmişdir. Suvağın pulu Bakirə ayrıca olaraq verilmişdi. Bakirə verilən pulu cavabdehdən istəmirlər. Materialları özü alırdı, sözügedən məbləğ Rəşada zəhmət haqqı kimi verilib. Rəşada 1758 manat pul vermiş, bunun müqabilində görülməli olan işlər görülməyib. Rəşad pulunu aldı, işini tam görmədi, bu səbəbdən münasibət pozuldu. Rəngsazlıq işlərini əvvəlcədən Rəşad görməli idi. X5 birlikdə vurublar. Kafel işini bərbad şəkildə görmüşdülər. Sadəcə olaraq kafellər çox bahalı olduğundan sökülməsini tələb edə bilməmişlər. Çünki kafel zədələnəcəyi təqdirdə əlavə olaraq maddi ziyan dəyəcəkdi. Divar kağızının qiymətini razılaşmış, Rəşad divar kağızının pulunu onlardan almışdı. Təzə ustalar gətirəndə normal olaraq əlavə pul istəyirdilər. Rəşadı axtarmışdır ki, gəlib işinin normal olduğunu desin və əlavə xərc çıxmasın. Sonra onların səhvini düzəltmək üçün iki dəfə divar kağızının ustası dəvət etmiş, amma usta demişdir ki, birinci rəngsazlıq işləri düzəlməlidir. Yoxsa divar kağızının əyri olacaq. Təkrar başqa 2 rəngsaz gətirmiş, evi oboya hazır vəziyyətə gətirmişlər. Sonra başqa usta gəlib divar kağızının işini gördü. Yusif də onlara ziyan vurub. Amma onlar təkcə rəngsazlıq işlərinə - yəni Rəşadın işlərinə görə dəyən zərəri tələb edirlər. Kafelə görə Rəşada təxminən 750-760 manat arası pul verilmişdir. Rəngsaz, lepka, oboy, emulsiya işləri üçün onlardan pul aldı, işləri yarımçıq qoyub getdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X2 göstərdi ki, iddiaçının evində işləmişdir. Rəşad ona zəng edib dedi ki, ondan pul istəyirlər. Üç ay ərzində Rəşadla həmin evdə gördüyü işlərə görə cəmi 3408 manat pul almışdır. İddiaçı ilə aralarıdna heç bir söz-söhbət olmayıb. 3408 manatın müqabilində öhdələrinə düşən bütün işləri icra etmişdir. İndi bu pulu tam şəkildə geri istəmələri fikrincə düzgün deyil. Bakirin vaxtından o evə gəlmişdir. Hələ iddiaçıya və xanımına hörmət etdiyi üçün işi olmadığı halda hər şeyi daşımışlar. Sanitar qovşaqda kafel-metlaxı Rəşadla birgə vurmuşdur ki, bəyənilib. Alçipanı o, vurmamışdır, iddiaçıdan pulu Rəşad alır, ona da verirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şahid ifadəsinə münasibət bildirirək göstərdi ki, Təhminə xanım gördüyü işlərin müqabilində əlmuzdu kimi 1758 manat pul verib. Pul verilən işlərin hamısını icra etmişdir. 4 manata divar ağartmalı, 2 manatdan lepka vurmalı, bir manatdan kantları vurmalı, kafel-metlax vurulmalı idi. Sadalanan işləri görüb evi tərk etmişdir. Divar kağızı ilə emulsiya qalmışdı. Onda Təhminə xanım dedi ki, ondan 1200 manat artıq pul almışlar. Onu qaytarmağı istədi. Ona görə də qalan işi görməmişdir. 1758 manatın müqabilində kafel, lepka, ağartı və kant işini görmüşdür. Bakirdən 1650 manat pul almışdır. Kafeli Yusif vurub, kafele görə bir dəfə 420 manat bir vermişdilər, 238 manat da kanta görə vermişdilər, əlavə də 42 manat vermişdilər. Kafelə görə ümumilikdə 700 manat pul almışdır. İşini qoyub Ukraynaya getmişdir. Divar kağızı üçün ayrı qiymət danışılmalı idi. Təhminə xanımla bunu danışmış və bildirmışdır ki, Bakirlə birlikdə onlardan 3408 manat pul almış, işinin qiyməti isə 3601 manatdır. Yerdə 193 manat pulu qalırdı. Onu da versə idilər divar kağızının emulsiyanı qiymətləşib işləməyə başlayacaqdı. Amma Təhminə xanım 1200 manat əlavə pul aldığımı dedi. Təhminə xanım o pulu tələb edəndən sonra çıxıb getdi. Emulsiya üçün pul almamışdır. 1758 manat lepkanın, kafelin, ağartı işinin puludur. 3408 manat pulun 1758 manatı ona çatmış, qalanı Yusifə verilmişdir. Divar kağızı ilə emulsiyanın qiymətindən razılaşa bilməmişdir. Bu işlərə görə Təhminə xanımdan pul almamışdır. Bununla da müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin təmiri ilə bağlı razılaşma olmuş, cavabdeh müəyyən işlər görsə də müəyyən müddət işlədikdən sonra işləri yarımçıq qoyaraq mənzilin təmir işlərini təhvil verməyərək çıxıb getmişdir. Vaxt keçdiyinə və cavabdeh gəlmədiyinə görə iddiaçı məcburiyyət qarşısında qalaraq mənzilin təmiri üçün yeni ustalar çağırmış, yarımçıq qalmış işlərinin görülməsi üçün ustalara əlavə pul ödəmişdir. Cavabdeh işi keyfiyyətlə təhvil verəcəyini vəd etməklə iddiaçının etibarından sui istifadə edərək mənzilin təmiri üçün ümumulikdə 3601 manat (kafel, lepka, ağartı və kant işinə görə 1758 manat) almışdır ki, bu fakt da hər iki tərəfin, əsasən də cavabdehin təqdim etdiyi əlyazmada göstərilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehin görmədiyi işlərə görə iddiaçı tərəf başqa ustalar gətirərək görülməmiş təmir işlərini gördürmüş, əlavə pul ödəmişdir. Eyni zamanda cavabdeh tərəfindən işlərin nöqsanla görülməsi səbəbindən ziyan dəyməsi keçirilmiş ekspert rəyi ilə də təsdiq edilmişdir. Həmçinin rəngsaz, lepka, oboy, emulsiya işləri üçün iddiaçıdan pul alınsa da qeyd edilən işlərin bəziləri yarımçıq görülmüş, bəziləri isə görülməmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh aldığı məbləğin qarşılığında görməli olduğu təmir işlərini görməmiş, iddiaçıya ziyan burmuşdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının və cavabdehin hər birinin ayrı-ayrılıqda apardıqları qeydiyyatlarla tələb olunan məbləğin 1758 manat olduğu bir daha təsdiq olunur. Belə ki, iddiaçının və cavabdehin qeyri-rəsmi apardıqları qeydiyyatdan görünür ki, iddiaçı cavabdehə 1758 manat pul verib. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan pul məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulan məbləği 1758 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən 2500 manat tələb edərək onun 2500 manat ziyan vurmasını qeyd etsə də, vurulmuş ziyanın həcmi 1758 manat müəyyən edilmiş, qalan hissədə iddia sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)- 1668/2020 saylı qətnaməsi Cavabdeh 2437 manat məbləğində pul alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilməli, cavabdehdən tutulan pul məbləği 1758 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 384.0.3, 392-393 və 40-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il il tarixli, 2(012)-1668/2020 saylı qətnaməsi Cavabdeh 2437 manat məbləğində pul alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilsin. İddiaçı xeyrinə Cavabdeh tutulan pul məbləği 1758 manat müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1510/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1510/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver