Məhkəmə qərarları › İş №2(105)-1512/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1512/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1512/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X3 və Şəfiyev Şahin Əşrəf oğluna kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi A.Z.Əhmədova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 12.547,17 (on iki min beş yüz qırx yeddi ABŞ dolları on yeddi sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh, X3 və Şəfiyev Şahin Əşrəf oğluna qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, E.A.Novruzovdan və Ş.Ə.Şəfiyevdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas kredit borcu, 244,57 ABŞ dolları faiz borcu və 2.497,82 ABŞ dolları cərimə olmaqla, cəmi 14.246,83 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən 11.504,44 ABŞ dolları əsas, 942,73 ABŞ dolları faiz borcu və 4425 ABŞ dolları cərimə olmaqla, cəmi 16.872,17 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 595 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03L000000595SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 10.924,27 ABŞ dolları ödəmiş, onun 19.075,73 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər E.A.Novruzov və Ş.Ə.Şəfiyev zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə Bank tərəfindən Cavabdeh və E.A.Novruzov, Ş.Ə.Şəfiyevəa qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bank tərəfindən iddia ərizəsində xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19075.73 ABŞ dolları kredit borcu, 1701.73 ABŞ dolları faiz borcu və 2828.45 ABŞ dolları cərimə borcunun tutulması tələb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsinə əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Ş.Ə.Şəfiyevə və E.A.Novruzova qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. xx.xx.2016-cı il tarixə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh, Ş.Ə.Şəfiyevdən və E.A.Novruzovdan müştərək qaydada 7571.29 ABŞ dolları əsas borcu, 1839.93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9761.22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsinin səbəbi həmin dövrdə kredit müqaviləsinin müddətinin başa çatmamış olması idi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarı ilə əsaslandırılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin pozuntusuna yol verilmişdir. İddiaçı ilə cavabdehlər zaminlər arasında mövcud olan münasibətlərə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş və xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə zaminlik öhdəliyinin mövcudluğu tanınmışdır. İddiaçının tələbinin qismən təmin edilməsi, həmin dövrdə həmin razılaşma üzrə müddətinin başa çatmaması olmuşdur. Məhkəmə tərəfindən Plenumun müvafiq qərarı tətbiq edilən zaman iş materiallarına əlavə edilmiş sübutlar nəzərə alınmamış, düzgün təhlil aparılmamış və bununla da mülki iş üzrə yalnış nəticəyə gəlinmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(060)- 89/2021 saylı qətnaməsinin qismən, iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər E.A.Novruzov və Ş.Ə.Şəfiyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına, zaminlərin isə həmin müqaviləyə məsuliyyətli olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqlı, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Əhmədovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanılmış xx xxxxx 2008-ci il tarixli, 03L000000595 saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kredit tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 595 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. İşə əlavə olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2015-ci il tarixli 03L000000595SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. xx xxxxxxx 2014-cü il tarixli, 03L000000595 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 003R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə Cavabdeh qalıq borcu - 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 4425 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16.872,17 ABŞ dolları məbləğində təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/3994 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə müqavilə şərtləri (kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) və borclu tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla borclunun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə olan borcu 12.447,17 (11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu olmaqla) ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan sənədlərə əsasən xx.xx.2014-cü il tarixdən sonra borclu Cavabdeh tərəfindən İddiaçı QSC-nə ödənişlər aparılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən kredit razılaşmasının bitdiyi xx.xx.2016-cı il tarixə qədər olan borc - 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmçinin hesab edir ki, 4425 ABŞ dolları cərimə azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan BanklaŞ.Ə.Şəfiyev arasında bağlanmış xx.xx.2014-cü iltarixli 003S* «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zaminlər Bank qarşısında üzərlərinə tam məsuliyyət götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxx 2008-ci il tarixli Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması bağlanılarkən zaminlərin razılığının alınmasına dair saziş bağlanılmamışdır. Odur ki, iddianın həmin hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Şəfiyev Şahin Əşrəf oğlu və X3 qarşı yönəldilmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 08 manatı iddiaçıya aid edilməli, 22 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2021-ci i il tarixli 2(060)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar