Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1516/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(067)-1248/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(067)-1248/2022 nömrəli ilə iddia təmin edilmiş, Cavabdeh 1563,13 ABŞ dolları əsas, 850,76 ABŞ dolları faiz borcunun (qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla) və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(067)-1248/2022 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin qismən, yəni vərəsəlik yolu ilə ona çatmış miras aktivinin həcmində-1080 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1563,13 ABŞ dolları əsas, 850,76 manat faiz borcunun və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Seyidov Mövlüd Seyid oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Seyidov Mövlüd Seyid oğluna 48 ay müddətinə 3233 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Seyidov Mövlüd Seyid oğlunun vərəsəsi Cavabdehdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, təqaüdə çıxdıqdan sonra Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayıb. Atasının xəstəliyi ilə əlaqədar Azərbaycana qayıdıb. O, Rusiyada olanda atası kredit götürüb. Bu barədə məlumatı Xaçmaz Rayon Məhkəməsindən ona bildiriş gəldikdən sonra əldə etib. Atasının digər banklardan birində 1000 manat pul vəsaiti var idi. Müalicəsi ilə əlaqədar onu götürmüşdü. Bununla da vərəsəliyi qəbul etmiş hesab olmuş və bank atasının borcunu ondan istəyir. O pulu götürməmişdir, borcu ödəməkdən də imtina etmir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, öz götürdüyü kreditə görə ayda 320 manat ödənişə bank qarşısında öhdəlik daşıyır, azyaşlı övladı var, bundan əlavə arvadı onkoloji xəstədir. Bunların nəzərə alınmasını xahiş edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e- 2(067)-1248/2022 nömrəli qətnaməsinin dəyişdirilməsini, iddianın qismən, ona çatmış 1080 manat miras aktivi həcmində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində və izahatında qətnamə ilə ondan tutulan pulun yalnız məbləğini mübahisələndirərək ondan tutulan pulun ona çatmış 1080 manat miras aktivi həcmində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən tutulan borcun məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e- 2(067)-1248/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Seyidov Mövlüd Seyid oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ona48 ay müddətinə, 3233 ABŞ dolları kredit verilmişdir. Müqavilə üzrə cavabdehin banka olan borcu əsas borc 1563,13 ABŞ dolları, faiz borcu 850,76 ABŞ dolları, ümumilikdə 2413,89 ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, Seyidov Mövlüd Seyid oğlu xx.xx.2018-ci il tarixdə ölmüş, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Seyidov Mövlüd Seyid oğlunun vərəsəsi Cavabdehdur. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 467, 739.1, 739.2,740, 389, 390, 397, 398, 399, 405, 406, 385.1, 425.1, 442, MPM-nin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələb olunan borcu tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Seyidov Mövlüd Seyid oğlunun arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi M.Seyidovun risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə əsas borc 1563,13 ABŞ dolları, faiz borcu 850,76 ABŞ dolları, ümumilikdə 2413,89 ABŞ dolları borcun olması da iş materiallarında olan maliyyə arayışı ilə təsdqini tapır. Hazırda Cavabdeh borcun ödənilməsindən imtina etmədiyini, yalnız ondan tutulan borc məbləğinin ona çatmış 1080 manat miras aktivi həcmində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qanunvericilik normasından göründüyü kimi vərəsə miras qoyanın öldüyü məqamədək malik olduğu həm aktiv, həm də passiv əmlaka vərəsəsidir. Hazırki işdən görünür ki, kredit müqaviləsi üzrə Seyidov Mövlüd Seyid oğlunun əsas borcu 1563,13 ABŞ dolları, faiz borcu 850,76 ABŞ dolları, ümumilikdə 2413,89 ABŞ dolları təşkil edir. Belə olan halda, kredit müqaviləsi üzrə borcalan mərhum Seyidov Mövlüd Seyid oğlunun vərəsəsi olan şəxs onun bank qarşısında olan borcuna da cavabdehdir. Yəni, mərhum Seyidov Mövlüd Seyid oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, Seyidov Mövlüd Seyid oğlu öldüyündən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi Cavabdeh müəyyən edildiyindən Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən bankın tələb etdiyi borc ondan tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddia tələbi əsaslı olduğundan, eləcə də Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə Seyidov Mövlüd Seyid oğlunun vərəsəsi olan şəxs onun bank qarşısında olan borcuna da cavabdeh olduğundan şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(067)- 1248/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(067)-1248/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1516/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1516/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver