Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1523/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «Zaminbank» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh Əlişah oğluna və Zamin qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh Əlişah oğlundan xx xxxxxxx 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsi üzrə 2.339 (iki min üç yüz otuz doqquz) manat 74 qəpik əsas borc, 2.130 (iki min yüz otuz) manat 06 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz 1.072 (min yüz yetmiş iki) manat 39 qəpik, cəmi 5.542 (beş min beş yüz qırx iki) manat 20 qəpik məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan «Zaminbank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ləğv prosesində olan «Zaminbank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Əlişah oğlu və Zamin müştərək qaydada 2.339 (iki min üç yüz otuz doqquz) manat 74 qəpik əsas borc, 1564 (min beş yüz altmış dörd) manat 68 qəpik faiz borcu, cəmi 3904 (üç min doqquz yüz dörd) manat 43 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsi üzrə 2.339 (iki min üç yüz otuz doqquz) manat 75 qəpik əsas borc, 2.130 (iki min yüz otuz) manat 06 qəpik faiz borcun, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.072,39 AZN (min yüz yetmiş iki) manat, 39 qəpik faiz borcu, cəmi 5.542 (beş min beş yüz iki) manat 20 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan «Zaminbank» Açıq Səhmdar Cəmiyyətinin «Quba» filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 25% ödəmək şərtilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri icrasının təminatı kimi iddiaçı ilə H.M.Şahmarov xx xxxxxxx 2013-cü il tarixli 2020-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik şərtlərinə görə zamin borclu Cavabdeh bank qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən, Cavabdeh hər ay qrafik üzrə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda, aylar üzrə qrafikə görə bölünmüş ödəmələri vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında imzalanmış xx xxxxxxx 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25% olmaqla 3500 manat məbləğində kredit verilmişdir. O, banka olan borcunu ödəmişdir. Lakin buna baxmayaraq bank ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə ekspertiza təyin edilmiş, lakin məhkəmə qətnamə çıxarılan zaman keçirilmiş ekspertizanın nəticələrini nəzərə alınmamışdır. Halbuki, hazırkı vəziyyətdə onun maddi vəziyyəti ağırlaşmış, ondan tutulan borcun məbləği artırılmışdır. Ondan Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1072,39 manat faiz borcunun tutulması qanuni deyil. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-58/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc hissəsində qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur, lakin faiz və geçikdirilmiş borc hissəsində işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan xx xxxxxxx 2013-cü il tarixli 2020 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 25% olmaqla, 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, faizlərin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə xx xxxxxxx 2013-cü il tarixdə 36 ay müddətində bağlanmışdır. Həmin müqavilənin bitdiyi vaxt xx xxxxxxx 2016-cı il tarixdir, iddiaçı təşkilat isə xx xxxxxxxx 2017-ci il tarixdə məhkəməyə müraciət edərək həm faiz borcu, həm də Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.072,39 AZN (min yüz yetmiş iki) manatı tələb etmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/3032 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxxxxx 2016-cı il tarixədək banka olan əsas və faiz borcu 3.343,89 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2.339,75 manat və faiz borcu üzrə 1.004,14 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası MM-nin 445.7ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin həcminin artırılmasından sona məhkəmə kreditin ödənişlərinin müqavilədə göstərilmiş qaydada əsas və faiz borcundan silinməsi qaydaları pozulduğundan əsas və faiz borcunun nə qədər qalması barədə ekspertiza keçirilməli bundan başqa həmin borcu yəni, Konstitusiya Məhkəməsini Plenumunun qərarına əsasən hesablanan 1072,39 manat faiz borcu cavabdehlərdən pul tutulan zaman nəzərə alınmamalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində maddi imkanının ağır olmasının nərəzə alınmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, göstərilən dəlil qəbul edilə bilməz, belə ki, bu dəlil cavabdehləri bank qarşısında götürdükləri öhdəlikdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında həmin hissədə ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, lakin faiz borcu hissəsində ləğv olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Əlişah oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-58/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Ləğv prosesində olan «Zaminbank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlişah oğlu və Zamin qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Əlişah oğlundan xx xxxxxxx 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsi üzrə 2.339 (iki min üç yüz otuz doqquz) manat 74 qəpik əsas borc, 1.004,14 (bir min dörd) manat 14 qəpik faiz borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan «Zaminbank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz 1.072 (min yüz yetmiş iki) manat 39 qəpik hissəsində iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Əlişah oğlundan alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1523/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1523/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver