Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1529/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Sərkar qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(060)-2632/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh 12 fevral 2014-cü il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan 12 noyabr 2014-cü il tarixdə Fəxrəddin adlı uşaqları doğulmuşdur və nikahları 29 avqust 2019-cu ildə VVAQ şöbəsində pozulmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14103/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan olan övladı xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti Abşeron-Xızı regional filialının 05 may 2023-cü il tarixli arayışına əsasən, vətəndaş Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında 09 yanvar 2018-ci il tarixindən 31 yanvar 2023cü il tarixinədək 2-ci qrup əlilliyə görə sosial müavinat alan kimi qeydiyyatda olub və sosial müavinətin məbləği 220 manat təşkil edib.
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2023cü il tarixində, saat 10:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
5. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən, İddiaçı Sərkar qızı “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Hüquq Mərkəzində” müəllim işləməklə əmək haqqı 398.16 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Sərkar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14103/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişərək, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 12 noyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 fevral 2014-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından bir övladları- 12 noyabr 2014-cü il təvəllüdlü X4 doğulub. Nikahları Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, 12 noyabr 2014-cü il təvəllüdlü X1 onun yanında qalması və yetkinlik yaşına çatana qədər hər ay 117 manat sabit pul məbləği şəklində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, övladının maddi ehtiyacları çoxdur, onun yeməkləri və s. xərcləri olduqca çoxdur, təkbaşına bu xərcləri qarşılamaq qeyrimümkündür, işləmir. 117 manat uşağın ehtiyacları üçün kifayət etmir. Bu gün bu pul məbləği ilə uşaq üçün zəruri olan hansısa xərcləri ödəmək qeyri-mümkündür. Dövlət də bunu nəzərə alaraq, 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu dəyişmiş, alimentin məbləğini 220 manat məbləğində müəyyən etmişdir. Aralarındakı məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün mediasiya prosesi baş tutmamışdır.
8. İddiaçının nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2632/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14103/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 12 noyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Şəkər qızına verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı Şəkər qızına ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 12 noyabr 2014-cü il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, cavabdehin səhhətində yaranmış probləmlərini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14103/2016 saylı iş üzrə qəbul etdiyi 07 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 12 noyabr 2014-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19, Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, Ailə Məcəlləsinin 75.1, 56.1, 78.1, 112.1, Mülki Prosessual Məcəllənin 233.4, 112.1.3, 119.2-ci maddəsi, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikasında 2023-cü il üçün “X8” Azərbaycan Respublikasının Qanunu, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.2-ci maddəsi, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarına istinad etməklə əsaslandırmışdır.
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli, 2 (060)- 14103/2016 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin dəyişdirilmədən saxlanmasına dair yeni qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - işə iştirakı və xəbəri olmadan baxılmışdır. - iddia tələbini qəbul etmir. Faktiki olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 1 övladı xx.xx.2022-ci il təvəllüdlü İbrahimli Murad adlı oğlum vardır. Özü 2-ci dərəcəli əlildir. 3 dəfə ürək əməliyyatı keçirmişdir. Ürəyində olan klapanlar əlavə qoyulmadır. Heç yerdə işləyə bilmir, sağlamlığı imkan vermir. Əgər sağlamlığı bərpa olunarsa gələcəkdə işləyib hər iki övladının tələbatını ödəyər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, sağlamlığı heç yerdə işləməyə imkan vermir. Bir neçə dəfə ürək əməliyyatı keçirib, mütəmadi dərman preparatları qəbul edərək yaşayır, əlil kimi aldığı 220 manat pensiya ona belə çatmır, həmin pensiyanın 70%-i ondan tutulur. 2 ayda bir dəfə həkim müayinəsindən keçir, ödənişlər edir. Hal-hazırda iddiaçı özü müəllimə işləyir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və cavabdehin işləyib-işləməməsi barədə məlumatlı olmadığını bildirdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir Maddə 34. Nikah hüququ İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. İV.Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 19. Valideynlərin hüquq və vəzifələri Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Azərbaycan Respublikasında 2023-cü il üçün “X8” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu...uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər. (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bötövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
25. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 12 fevral 2014-cü il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan 12 noyabr 2014-cü il tarixdə Fəxrəddin adlı uşaqları doğulmuşdur və nikahları 29 avqust 2019-cu ildə VVAQ şöbəsində pozulmuşdur.
26. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, 12 noyabr 2014-cü il təvəllüdlü X1 onun yanında qalması və yetkinlik yaşına çatana qədər hər ay 117 manat sabit pul məbləği şəklində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, övladının maddi ehtiyacları çoxdur, onun yeməkləri və s. xərcləri olduqca çoxdur, təkbaşına bu xərcləri qarşılamaq qeyrimümkündür, işləmir. 117 manat uşağın ehtiyacları üçün kifayət etmir. Bu gün bu pul məbləği ilə uşaq üçün zəruri olan hansısa xərcləri ödəmək qeyri-mümkündür.
27. Kollegiya qeyd edir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır.
28. Yuxarıda sadalanan maddi hüquq normalarını rəhbər tutaraq, kollegiya qeyd edir ki, işin faktiki hallarından aydın olduğu kimi, iş üzrə cavabdeh 2-ci qrup əlildir, əmək qabiliyyəti məhduddur, onun əlavə gəlir yerinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə kollegiyasının iclasında cavabdehin işləyib-işləməməsi barədə məlumatlı olmadığını bildirmişdir.
29. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar, heç də onun aliment öhdəliyindən azad edilməsi, yaxud çox cüzi aliment ödəməsi üçün əsas ola bilməz. Həmin hallar hazırkı halda qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi üçün əsas ola bilər.
30. Beləliklə, məhkəmə kollegiyası tərəflərin əmlak vəziyyətini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qətnamə dəyişdirilməli, 12 noyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Şəkər qızına verilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2632/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi 31 iyul 2023-cü ildən başlayaraq 12 noyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Şəkər qızına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.