Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1538/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-2123/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 avtomaşın satmaq adı altında ondan aldığı 12.100 manat məbləğində pulun əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin və məhkəmə üçün ödənilmiş 129.30 manat dövlət rüsumunun, ümumilikdə 13.229,30 manat əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, internet platformasında yerləşən “Turbo.az” saytında Hyunday TG Minik markalı, **-RZ-*** d.q.n avtomobili bəyənib, maşının istifadəçisi olan Cavabdeh1 ilə əlaqə saxlayıb 17 yanvar 2024-ci il tarixdə gecə vaxtlarında görüşüb avtomobilə baxmışdır. Mobil notariat vasitəsi ilə Cavabdeh1 etibarnamə aldıqdan sonra avtomobili təhvil almışdır. Avtomobili alarkən Cavabdeh1 avtomobildə hec bir texniki nasazlıq olmadığını, boya dəymədiyini, qəzaya məruz qalmadığını bildirdi. Lakin, sabahı günü avtomobili diaqnostika edərkən avtomobilin avtoqəzaya məruz qaldığını, aşaraq deformasiya olduğunu, hava yastıqlarının hamısının açıldığını öyrənmişdir. Dərhal cavabdeh ilə əlaqə saxlayıb pulunu geri tələb etdikdə, o bu təkliflə görüşüb razılaşacağını bildirdi. Lakin, sonradan telefon zənglərinə cavab verməyərək məsuliyyətdən boyun qaçırtmışdır. Bununla əlaqədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etdikdə bölmə tərəfindən mübahisənin mülki xarakterli olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyə olundu. Cavabdeh1, polis bölməsində izahat verərək, qeyd edilənləri bir daha təsdiq etmiş və problemi aradan qaldıracağına vəd versə də sonradan zənglərə cavab verməmişdir. Cavabdeh onu aldadaraq avtomobili ona dəyərindən qat-qat baha qiymətə satmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 «Hyunday TG» minik markalı, **-RZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə İddiaçı səlahiyyətlər vermişdir.
5. Sumqayıt şəhər Pİ 4-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə əsasən müraciətə baxılmış və ona mülki iddia qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
6. Məhkəmə sorğusu ilə əldə edilmiş, Cavabdeh1 Sumqayıt şəhər Pİ 4-cü Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 12100 manat satmış, əldə etdiyi pulun üzərinə 2000 manat pul qoyaraq özü üçün “Mersedes E220” markalı avtomaşın almışdır.
7. Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı atomaşın X3 mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-2123/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyana görə 12100 manat və ödənilmiş dövlət rüsumu üçün 123,30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 3 manatının iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1, 364.2, 1091 və 1092.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1, 106.3, 119.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-2123/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan mötəbər sənədlərlə və Cavabdeh1 pulu aldığına dair etirafı onun mübahisəli avtomobilə görə əsassız olaraq 12100 manat varlanması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğ Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin Cavabdeh2 dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli avtomobilin əldə edilməsi üçün iddiaçı bütün əməliyyatları Cavabdeh1la apardığından və Cavabdeh2 da iddia tələbini qəbul etmədiyindən, həmçinin iddiaçının da izahatında Cavabdeh2 qarşı tələbinin olmadığını bildirdiyindən o, iddiaçı qarşısında maddi məsuliyyət daşımır. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Hazırda məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, iş materiallarında olan "HUNDAİ TG" minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mülkiyyətçi Cavabdeh2 tərəfindən ona verilmiş səlahiyyətlər xx.xx.2024-cü il tarixli etibarnamə ilə İddiaçı verilmiş və faktiki olaraq avtomobil iddiaçıya təhvil verildiyindən onun qarşılığında iddiaçı ona 12.100 manat ödəniş etmişdir. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən avtomobil ona dəyərindən qat-qat baha satılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nəzərinə çatdırır ki, onunla iddiaçı arasında avtomobilin satışına dair heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də, avtomobildə olan nasazlığa görə o, heç bir məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi 12.100 manat məbləğində pulun hansı səbəbdən cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qətnaməsində əsaslandırmamışdır. Həmçinin, məhkəmə ondan 12.100 manat pulun alınıb İddiaçı ödənilməsini qeyd etsədə, tərəfindən iddiaçıya verilmiş "HUNDAİ TG" minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimdə qalacağına hüquqi qiymət verməmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, o, hazırda avtomaşını özgəninkişlədirmişdir. X1 mülkiyyətinə verilmişdir.
14. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 bildirdi ki, mübahisəli avtomaşın İddiaçı tərəfindən ona satılmışdır, hazırda onun mülkiyyətindədir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin olunan hissədə ləğv olunmalı və iddia rədd edilməlidir.
20. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri etibarnamə əsasında Cavabdeh1 vermişdir. Cavabdeh1 isə bu səlahiyyətlərdən istifadə edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh2 adından etibarnamə əsasında çıxış edərək «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə İddiaçı səlahiyyətlər vermişdir. Bu zaman İddiaçı Cavabdeh1 12100 manat pul ödəmişdir. Bundan sonra İddiaçı ona qüsurlu avtomaşın satıldığını iddia edərək ödənilmiş pul məbləğini geri qaytarılmasına dair araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra isə İddiaçı həmin avtomaşını özgəninkiləşdirərək üçüncü şəxsin mülkiyyətinə vermişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyana görə 12100 manat və ödənilmiş dövlət rüsumu üçün 123,30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 3 manatının iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan mötəbər sənədlərlə və Cavabdeh1 pulu aldığına dair etirafı onun mübahisəli avtomobilə görə əsassız olaraq 12100 manat varlanması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğ Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin Cavabdeh2 dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin əldə edilməsi üçün iddiaçı bütün əməliyyatları Cavabdeh1la apardığından və Cavabdeh2 da iddia tələbini qəbul etmədiyindən, həmçinin iddiaçının da izahatında Cavabdeh2 qarşı tələbinin olmadığını bildirdiyindən o, iddiaçı qarşısında maddi məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddiaçı “1000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, iddia tələbi cavabdehdən “1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində təmin edilməməlidir.
23. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-2123/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianın qismən təmin olunması barədə qanuni qərar qəbul etməmişdir.
26. Göründüyü kimi iddia tələbi Cavabdeh1 avtomaşın satmaq adı altında iddiaçıdan aldığı 12.100 manat məbləğində pulun əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulub iddiaçıya ödənilməsi barədədir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
28. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
29. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra mübahisə predmeti olan avtomaşını üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmişdir. İşin müəyyən edilmiş bu faktiki halı belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı avtomaşının qüsurlu olmasını iddia edərək ödənilmiş dəyərin geri qaytarılmasını ilk əvvəl tələb etsə də, daha sonra həmin avtomaşını üçüncü şəxsin xeyrinə özgəninkiləşdirməklə Cavabdeh1la avtomaşının alqı-satqısına dair aralarında olan razılaşmanı bəyənmişdir.
30. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən bəyənilmə faktının həyata keçirilməsi araşdırılan iddia tələbinin təmin edilməsini istisna edir və bu tələbin əsassız olması qənaətinə gəlməyə əsas verir.
32. Məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-2123/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-2123/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh1 maddi ziyana görə 12100 manat və ödənilmiş dövlət rüsumu üçün 123,30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 3 manatının iddiaçının özünə aid edilməsi - hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.