Məhkəmə qərarları › İş №2(105)-1540/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1540/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1540/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2(060)-17933/2016 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2(060)-17933/2016 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilib, Cavabdeh 07.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1111,48 ABŞ dolları əsas borc, 312,83 ABŞ dolları faiz borcu və 200,34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1624,65 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2(060)-17933/2016 saylı qətnaməsinin ləğv edilməsi və ondan iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 394.82 ABŞ dolları məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1111,48 ABŞ dolları əsas borc, 312,83 ABŞ dolları faiz borcu və 200,34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1624,65 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 07.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faiz olmaqla, 24 ay müddətinə 2545 ABŞ dolları məbləğində kredit verilmişdir. 24.07.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 1111,48 ABŞ dolları müəyyən olunmuşdur. Kredit müqaviləsinə əsasən borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə ödəməli olduğu kredit məbləğini və borc faizlərini müəyyən olunmuş müddətdə kreditora ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 14 dekabr 2016-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ondan iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 394.82 ABŞ dolları məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan 07.01.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 2545 ABŞ dolları məbləğində kredit vermişdir. 07.01.2014-cü il tarixli kassa məxaric orderinin surətinə əsasən İddiaçı ASC Cavabdeh 2545 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit üzrə ödənişlərin qrafiki müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlində (əsas borcun və faizlərin ödəniş cədvəli) göstərilmişdir. 07.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 24.07.2015-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən kreditorun borcalana 2545 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 1111,48 ABŞ dolları təşkil edir və, kreditin müddəti 24.05.2016-cı il tarixədək təyin olunur. 21.09.2016-cı tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə kredit müqaviləsi üzrə 1111,48 ABŞ dolları əsas borcu, 312,83 ABŞ dolları faiz borcu və 200,34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1624,65 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 23.08.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 9/6785 saylı rəyi ilə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka 1111,25 ABŞ dolları əsas borc və 213,39 ABŞ dolları faiz bocunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı Cavabdeh izahatında bildirdi ki, digər bankdan aldığı kredit ödənişləri Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş və ona ödənilən kompensasiya ödənişi hazırki iddiaçı bankın müvafiq hesabına ödənilmişdir ki, bu da kredit borcun iddia tələbində olan həcmdə deyildir. Ləğv prosesində olan İddiaçı ASC-nin məhkəmə kollegiyasına 22 dekabr 2021-ci il tarixdə təqdim etdiyi maliyyə arayışından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15 dekabr 2021-ci il tarixə Cavabdeh banka 391,71 ABŞ dolları əsas borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin məhkəmə kollegiyasına 22 dekabr 2021-ci il tarixdə təqdim etdiyi maliyyə arayışı Cavabdeh banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas borc 391,71 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbindən görünür ki, 07.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə 312,83 ABŞ dolları məbləğində faiz borcu tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 9/6785 saylı rəyi ilə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka faiz borcunun 213,39 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 9/6785 saylı rəyi maddi sübut kimi qəbul edilib, Cavabdeh banka olan faiz borcu 213,39 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İş materiallarından görünür ki, kreditor tərəfindən borcludan 200,34 ABŞ dolları cərimə məbləği tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğini tələb həcmində, yəni 200,34 ABŞ dolları məbləğində müəyyən etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ yüksək olub işin hallarına uyğun deyildir və həmin məbləğin 30 ABŞ dolları məbləğində müəyyən edilməsi əsaslı və daha ədalətli olardı. Azərbaycan Resepublikası mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilərək Cavabdeh əsas borc üzrə 391,71 ABŞ dolları, faiz borcu 213,39 ABŞ dolları və cərimə borcu 30 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc müəyyən edilməklə tutulub LPO İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 9/6785 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 18,28 manat hissəsi LPO İddiaçı ASC-nin özünə aid edilməli və 11,72 manat hissəsi Cavabdeh alınıb LPO İddiaçı ASC-yə ödənilməli və verilmiş apellyasiya şikayəti qismən təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 60,91 manat hissəsi LPO İddiaçı ASC-dən, 39,09 manat hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2(060)-17933/2016 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh əsas borc üzrə 391,71 ABŞ dolları, faiz borcu 213,39 ABŞ dolları və cərimə borcu 30 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc tutulub LPO İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 18,28 manat hissəsi LPO İddiaçı ASC-nin özünə aid edilsin və 11,72 manat hissəsi Cavabdeh alınıb LPO İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 60,91 manat hissəsi LPO İddiaçı ASC-dən və 39,09 manat hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar