Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1543/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı1, vəkili və nümayəndəsi X12, Cavabdeh X5 vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar X7 və İddiaçı2 cavabdeh X8 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-276/2020 saylı qətnaməsindən iddiaçılar X13 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X13 və İddiaçı2 X8 qarşı ümumilikdə 20400 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-276/2020 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddia qismən təmin edilmiş, cavabdeh X4 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 7100 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar X13 və İddiaçı2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2764/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 X8 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 19200 (on doqquz min iki yüz) manat borcun, vəkil xidməti üçün ödənilmiş 500 (beş yüz) manat xərcin və dəymiş 700 manat ziyanın tutulub onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini bununla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 2016-cı ildə şərikli fermer təsərrüfatı ilə məşğul olmaq üçün 24 baş iri buyunuzlu heyvan alaraq Balaxanı qəsəbəsində icarəyə götürdükləri fermada saxlamışlar. 2018-ci ildə əvvəldən tanıdıqları X11 fermaya gələrək iri buynuuzlu heyvanların ona satılmasını təklif etmişdir. İddiaçılar heyvanların saxlanılmasında maddi çətinlikləri olduğunu nəzərə alaraq 24 (iyirmi dörd) baş iribuynuzlu heyvanları 23000 (iyirmi üç min) manata satmağa razılıq vermişlər. X11 həmin məbləği birdəfəlik ödəməyə imkanı olmadığından pulu 2018-ci ilin dekabr ayına qədər ödəyəcəyini bildirmiş, 24 baş iri buynuzlu heyvanları nisyə olaraq onlardan alıb aparmışdır. Lakin 2018-ci ilin dekabr ayına qədər X11 23000 manat borcundan cəmi 3800 (üç min səkkiz yüz) manat qaytarmışdır. İddiaçılar dəfələrlə qalan 19200 (on doqquz min iki yüz) manat pulun qaytarılmasını tələb etsələr də, X11 müxtəlif bəhanələrlə bu günə qədər qalan borcu qaytarmamışdır. İddiaçılar məcburiyyət qarşısında qalaraq bu barədə Sabunçu PRİ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. İş Sabunçu PRİ İŞ-nin baş müstəntiqi polis mayoru Elməddin Köçəriyevin icraatında olmuş, onun xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da görünür ki, İddiaçı1 və Taryel Məmmədov əmlakın alqı-satqısı razılığına gəlmişlər, satıcı İddiaçı1 24 baş iri buynuzlu heyvanları satmağı, Taryel Məmmədov isə həmin iri buynuzlu heyvanların dəyəri kimi 23000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Birinci tərəf götürdüyü öhdəliyi tam yerinə yetirsə də, alıcı tərəf üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, aldığı heyvanların pulunun cəmi 3800 manatını ödəmişdir. Ona görə də, hazırda məhkəməyə müraciət etməli olmuşlar. Bundan başqa, uzun müddət borcları qaytarılmadığı üçün onlara 700 manat ziyan dəymiş və məhkəməyə müraciət etmək üçün vəkilə 500 manat xərcləri çıxmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçılar X13 və İddiaçı2 apelyasiya şikayətini bununla əsaslandırmışlar ki, i.ə baxan məhkəmə mübahisənin həllində qərəzli mövqe göstərmiş və borcun əsaslılığına dair sübutları düzgün qiymətləndirməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. İşdə olan Sabunçu PRİ İŞ-nin baş müstəntiqi polis mayoru Elməddin Köçəriyevin xx.xx.2019-cu il tarixli qərarı və materiala əlavə edilmiş iltizam tamamilə təsdiq edir ki, cavabdehin onlara 19200 manat borcu vardır. Mübahisə ilə bağlı şahidlərin dinidirlməsi barədə vəsatət verilsə də, məhkəmə bunu da nəzərə almamışdır. Qeyd edilənlərə əsasən qətnamə ləğv olunmalı, iddia isə tamamilə təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X13 və onun vəkili və nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh X5 vəkili və nümayəndəsi X9 izahatında bildirdi ki, çıxarılan qətnamə onları qane etsə də, lakin işə baxan hakim prosessual pozuntuya yol vermişdir. Belə ki, MPM-in tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cvabdeh Daşkəsən rayonunda qeydiyyatdadır. Ona görə də qətnamənin ləğv edilməsini, işin aidiyyatı üzrə Daşkəəsn rayonuna göndərilməsini xahiş etdi. İş üzrə digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinəbaxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-276/2020 saylı qətnaməsi ləğv edilməli, X7 və İddiaçı2 X8 qarşı borcun qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, hazırkı tələb iri buynuzlu heyvanların satışından ödənilməmiş 19200 manat borcun, maddi ziyan kimi 700 manatın və vəkil xidməti üçün ödənilmiş 500 manatın qaytarılmasından ibarətdir. İşdə olan AZE 08056123 saylı, xx.xx.2010-cu il tarixli .əxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonunun Qaraqollar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Yenə həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu normaların tələbinə əsasən X13 və İddiaçı2 hazırkı iddia ərizəsilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmayan iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmək əvəzinə, iddiaya mahiyyəti üzrə baxmış, bununla da ərazi aidiyyəti barədə prosessual normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ərazi aidiyyəti qaydaları pozulduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-276/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 44, 45, 263, 264, 266, 267, 385, 387, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İş üzrə iddiaçılar X13 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-276/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar X7 və İddiaçı2 cavabdeh X8 qarşı borcun qaytarılması tələbinə dair mülki iş baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərarddandan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1543/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1543/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver