Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1551/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, Cavabdeh iştirakı (sonuncu məhkəmə iclasında iştirak etməmişdir) ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1721/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X10 LTD-ni təmsil edən Orxan Əhmədov ilə Amirhossein Asadifard və Mojtaba Asadifard arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007 saylı françayzinq müqaviləsindən görünür ki, ilk müəssisənin açılması məqsədi ilə müstəsna hüquqlar kompleksindən istifadə etmək hüququ üçün birinci müəssisənin faktiki açılmasından asılı olmayaraq istifadəçi bu müqaviləni imzaladığı tarixdən etibarən 10 iş günü ərzində müəllif hüququ sahibinin hesablaşma hesabına 7500 avro məbləğində françayzinq haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 014422 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-yə məxsus olan “Ormado Kafehaus”a əhali ilə pul hesablaşmalarının aparılmasında NKA quraşdırılmaması, 27 iyul 2022-ci il tarixdə saat 14:25-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı ictimai iaşə xidmətinə görə nağd şəkildə ödənilmiş 28,98 manat pulun müqabilində müştəriyə çek verilməməsi barədə akt tərtib edilmiş və buna görə MMC-nin rəhbəri Amirhossein Asadifard barəsində Vergi Məcəlləsinin 597-ci maddəsinə əsasən maliyyə sanskiyasının tətbiq edilməsi təklif olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən X4 vurulmuş 20000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Əhmədov Orxan ilə sosial şəbəkədə tanış olmuş və ondan "xxxx" barəsində məlumat əldə etmişdir. Bundan sonra isə o, "xxxx"dan françayz almaq və Bakı şəhərində kafenin başqa bir filialını açmaq istədiyini bildirmiş və tərəflər bu barədə razılığa gəldikdən sonra isə onlar arasında 2022-ci ilin martın 3-də françayz müqaviləsi bağlanmış, X6 tərəfindən Əhmədov Orxana 7500 avro məbləğində vəsait ödənilmişdir. X5 "xxxx"-un yeni bir filialını açmaq istəsə də, Əhmədov Orxan bunun ona ziyan verdiyini bildirmiş və "xxxx"-un ünvan 1 ünvanında yerləşən filialını biznes kimi Cavabdeh alaraq oranı işlətməyi məsləhət görmüşdür və daha sonra o, Cavabdeh ilə tanış olmuşdur. Nicat ona biznesi aldığı təqdirdə yaxşı gəlir əldə edəcəyini söz vermiş, Amirhossein isə ona inandıqdan sonra 20000 manat ödəniş etmiş və obyektin mülkiyyətçisi ilə də icarə müqaviləsi bağlayaraq obyekti işlətməyə başlamışdır. Lakin heç nə onun dediyi kimi olmamış, obyekt ziyana işləmiş, bundan sonra Asadifard Nicatla danışaraq obyektin işləmədiyini bildirərək ona verdiyi 20000 manat pulu geri istəmişdir. Buna baxmayaraq Nicat pulu xərclədiyini bildirərək onu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh etdikləri bununla da qalmamışdır. O, Amirhosseinə hazır biznes verəcəyini vəd etsə də, bu öhdəliyini də yerinə yetirməmişdir. Cavabdeh verməyi vəd etdiyi hazır biznes həm təşkilati, həm də maddi-texniki, eləcə də hüquqi tələblərə cavab verməli olsa da, bu belə olmamış, vergi orqanları tərəfindən obyektdə mövcud olan və obyektin iddiaçı tərəfindən təhvil alınmasından əvvəl yaranmış vergi qanunvericiliyinin pozulması hallarına görə vergi orqanı tərəfindən onun fəaliyyətinə müdaxilə olunmuş, bu barədə müvafiq akt və bildirişlər təqdim olunmuşdur. Ən əsası isə qüvvədə olan icarə müqaviləsi olduğu halda onun mülkiyyət hüquqları Nicat tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, Amirhossein obyektin meneceri olan X8 obyektin açarını etibar etmiş, lakin o və obyektdə ofisiant işləyən X11 Cavabdeh bu barədə məlumat verdikdən sonra Nicatın təşəbbüsü ilə Amirhosseinin heç bir razılığı və məlumatı olmadan obyektinin açarını dəyişdirmiş və bununla da qüvvədə olan icarə müqaviləsinin mövcudluğuna baxmayaraq iddiaçının obyektə daxil olması və gəlir götürməsi imkanı əlindən alınmışdır. Bununla da cavabdeh tərəfindən iddiaçıya həm 20000 manat məbləğində zərər vurulmuş və onun tərəfindən bu zərərin aradan qaldırılması ilə bağlı heç bir tədbir görülməmişdir.
5. 14.05.2025-ci il tarixli məhkəmə iclasında X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında "xxxx" barəsində biznes müasibətləri yaranmış və tərəflər françayzinq müqaviləsi bağlamışlar. İddiaçı Bakı şəhərində yerləşən bir ərazini almaq istəmiş, buna görə də Elxan Əhmədova 7500 avro pul ödəmişdir. X5 "xxxx"-un yeni bir filialını açmaq istəsə də, Orxan Əhmədov bunun ona ziyan verdiyini bildirmiş və "xxxx"-un ünvan 1 ünvanında yerləşən filialını biznes kimi Cavabdeh alaraq oranı işlətməyi məsləhət görmüşdür və daha sonra iddiaçı Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona biznesi aldığı təqdirdə yaxşı gəlir əldə edəcəyini söz vermiş, Amirhossein isə ona inandıqdan sonra 20000 manat ödəniş etmişdir. Pulun ödənilməsini təsdiq edən yazışmalar mövcuddur. xx.xx.2022-ci il tarixli invoys ilə 7500 avro və xx.xx.2022-ci il tarixli invoys ilə 5360 avro ödənildiyi görünür. İddiaçının götürdüyü obyekt 1 ay sonra bağlanmışdır. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş sənədlərdən aydın olur ki, obyekt iddiaçıya tam verilməmişdir. İddiaçı polisə müraciət etmiş, cavabdeh polisə izahat verməkdən imtina etmişdir. İddiaçı orada fəaliyyət göstərə bilməmişdir. İcarəyə götürmüşdür. İşlətməyə başlayandan sonra vergilərdən nümayəndə gəlmiş və postterminal olmadığını bildirmişdir. Açar iddiaçıya təhvil verilməmişdir. İddiaçı obyekti təhvil aldıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətə icazə verilməmiş, sənədlərin tam düzəldilməsi təklif olunmuşdur. Bundan sonra obyektdə iddiaçının fəaliyyət göstrərməsinə imkan verilməmişdir. 20000 manatın ödənilməsini yazışmalar təsdiq edir.
7. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Kanadadan biznesə başlamaq üçün Azərbaycana gəlmişdir. Sosial şəbəkə vasitəsilə Orxan Əhmədovla tanış olmuşdur. Məqsədi kofeşop açmaq idi. Onu cavabdehlə tanış etmiş və bildirmişdir ki, bu biznesi alsa, böyük gəlir əldə edəcəkdir. Lakin nəticə cavabdehin dediyi kimi olmamışdır. Marketinqə və reklama xeyli xərc qoyulmuşdur. Bir neçə ay sonra iki işçi gələrək obyektin açarını dəyişmişdir. Beləliklə icra müqaviləsinin şərtləri pozulmuşdur. Cavabdehə biznesi və əlavə dəstəyi verməsi məqsədilə 20000 manat vermişdir. İlk aydan sonra aydın olmuşdur ki, bu səmərəsiz biznesdir.
8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı 2-3 il əvvəl guya ondan pul aldığını və qaytarmadığını iddia edərək barəsində polis bölməsinə şikayət etmişdir. Daha sonra iş Bakı Şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Onu idarəyə dəvət etmişdirlər. Orada izahatını vermişdir. İzahatı alındıqdan sonra iş bağlanmışdır. Bakı şəhərində "xxxx" restoranı açmışdır. Şirkətin qurucusu Orxan adlı şəxs idi. Restoranı Orxanla birlikdə açmışdırlar. Bir müddət sonra Orxan bir nəfər şəxsin biznes qurmaq istədiyini bildirmişdir. Həmin vaxt Almaniyada biznesini davam etdirmək istəyirdi. Orxan həmin şəxsin biznesi davam etdirmək istədiyini bildirmişdir. İddiaçının özü və atası ilə tanış olmuşdur. İddiaçı 2 ay ərzində restoranı izləmişdir. Ona işlə bağlı məlumat vermişdir. İddiaçıya biznesin dəyərinin 80000 manat olduğunu bildirmişdir. İddiaçının atası ilə danışmış, onlar biznesə başlamaq istəmişdirlər. Bir müddət sonra iddiaçı pul vəsaitini verə bilməyəcəyini, İran İslam Respublikasında olan əmlaklarını satışa çıxardığını və satışdan sonra ödənişlər edəcəyini bildirmişdir. Hətta iddiaçı Azərbaycan Respublikasında yaşamaq üçün icazə müddətini uzatmaq istədiyini, aktiv biznesi olarsa, ödəniş etmədən bunu edəcəyini, aktiv biznesi olmadığı halda isə əlavə ödəniş edəcəyini və sənədlər təqdim etməli olduğunu demişdir. Daha sonra Orxan biznesi iddiaçıya təhvil verməyi, ona zamin olduğunu bildirmişdir. Biznesi iddiaçıya pulsuz şəkildə təhvil vermişdir. Notarial qaydada təsdiq etmişdirlər. 1 ay restoranı idarə etdikdən sonra işlədə bilmədiyini, qazanc əldə etmədiyini bildirmişdir. Restoranın işləməsi üçün məşhur şəxslərlə işləmiş, reklam çəkilişləri etmişdir. İddiaçıya restoranın işləməsi üçün bunları etməli olduğunu da bildirmişdir. Daha sonra iddiaçı restoranı bağlamışdır. Orxan isə restoranın bağlanmaması üçün mübahisələrə qoşulmuşdur. İddiaçıdan pulunu tələb etsə də, iddiaçı pulu verməmişdir. İddiaçının vəkili restorana gəlmiş, notariusa yaxınlaşıb müqaviləni rəsmiləşdirməyi təklif etmişdir. Bu təkliflə razı olmuşdur. Bir müddət sonra iddiaçı restoranı qaytarmaq istəmişdir. 27 may tarixində restoranı iddiaçıya təhvil vermişdir. 8 iyun tarixində vergilər idarəsinin nümayəndəsi restorana gəlmişdir. Restorandan alış olmuş, lakin qəbz təqdim olunmamışdır. İddiaçı ona məxsus olan kassadan qəbz verdiyi üçün 1000 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı tərəfindən ona heç bir ödəniş olunmamışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1721/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2, 43.1, 560.1, 560.2, 1096.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 50.0.3, 54.1, 54.2, 77.1, 119.1, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, iddia hüququ yalnız "xxxx" MMC-yə məxsusdur və iddiaçının şəxsi adı ilə iddia qaldırmaq səlahiyyəti yoxdur. Bu qənaət əsassızdır, çünki 20000 manat məbləğində ödənişi şəxsə iddiaçı etmişdir, bu isə Mülki Məcəllənin 21.2-ci maddəsinə görə iddiaçının şəxsi mülkiyyətindən çıxmış və onun zərərinə səbəb olmuşdur. "xxxx" MMC-nin təsisçisi və rəhbəri kimi iddiaçı faktiki olaraq öhdəlikləri icra etmiş, ödənişləri öz şəxsi vəsaiti hesabına təmin etmişdir. Buna görə də zərərin daşıyıcısı iddiaçı olmuşdur. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs özü müstəqil iştirakçı olsa da, fiziki şəxsin öz şəxsi vəsaiti hesabına öhdəliklər icra etməsi ona şəxsi tələb irəli sürmək hüququ verir. Beləliklə, məhkəmə iddianı subyektiv hüququn olmaması əsası ilə rədd etməklə yanlış hüquqi qiymətləndirmə aparmışdır. Sübutların natamam və qeyri-obyektiv qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf iddiasını və ya etirazını əsaslandıran halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sübut olaraq françayzinq müqaviləsi (xx.xx.2022) biznesin idarəçiliyinin iddiaçının ötürülməsini təsdiq edir, invoyslar və qəbzlər (xx.xx.2022 və digər tarixlər) 20.000 manat və əlavə xərclərin ödənilməsini sübut edir, vergi orqanlarının aktları və bildirişləri biznesin iddiaçının idarəsi altında fəaliyyət göstərdiyini və nəticədə iddiaçının zərərə məruz qaldığını göstərir. Açarın cavabdeh tərəfindən dəyişdirilməsi faktı cavabdehin qanunsuz müdaxiləsini sübut edir. Məhkəmə bu sübutları yalnız formal qeyd etməklə kifayətlənmiş, lakin onların hüquqi əhəmiyyətini qiymətləndirməmişdir. Halbuki Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, zərər vurulmuş şəxs zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Burada həm qanunsuzluq, həm təqsir, həm də səbəb-nəticə əlaqəsi sübutlarla təsdiqlənir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. (...)
18. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (...)
19. Maddə 723. Françayzinq müqaviləsi Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.
20. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X5 Ormado House LTD şirkəti ilə 03 mart 2022-ci il tarixdə 007 saylı françayzinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə müəllif hüququ sahibi istifadəçiyə müəllif hüquq sahibinə məxsus Müstəsna Hüquqlar Dəstindən Ərazidə istifadə etmək üçün müstəsna hüquq verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə münasibətləri çərçivəsində hazırki iş üzrə cavabdeh onun istifadəsində olan “Ormado kafehouse” kafesini iddiaçının rəhbəri olduğu "xxxx" MMC-nin istifadəsinə vermişdir.
30. İddiaçı həmin biznesin ona ötürülməsinin qarşılığında cavabdehə 20000 manat məbləğində pul vəsaiti verdiyini, lakin biznesin işləmədiyini və ziyana məruz qaldığını, buna görə də 20000 manat məbləğində pul vəsaitinin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə ona məxsus hazır biznesi Orxan Əhmədovun sözü əsasında iddiaçıya satdığını, bunun qarşılığında ona 80000 manat pul verməli olduğunu, lakin ona hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir.
31. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında iddiaçı X2 vergi ödəyicisi olmadığı müəyyən edilmişdir.
32. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflərin arasında hazır biznesin ötürülməsi ilə bağlı şifahi razılaşma olmuş, cavabdeh özünə məxsus fəaliyyəti digər şəxsə ötürmüşdür.
33. İş materiallarına əlavə edilmiş Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 014422 saylı, 27 iyul 2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-yə məxsus olan “Ormado Kafehaus”a əhali ilə pul hesablaşmalarının aparılmasında NKA quraşdırılmaması, 27 iyul 2022-ci il tarixdə saat 14:25-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı ictimai iaşə xidmətinə görə nağd şəkildə ödənilmiş 28,98 manat pulun müqabilində müştəriyə çek verilməməsi barədə akt tərtib edilmiş və buna görə MMC-nin rəhbəri Amirhossein Asadifard barəsində Vergi Məcəlləsinin 597-ci maddəsinə əsasən maliyyə sanskiyasının tətbiq edilməsi təklif olunmuşdur.
34. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən hazır biznes iddiaçıya deyil onun rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-yə ötürülmüşdür. İddiaçı məhz öz adından çıxış edərək biznes fəaliyyətinin ötürülməsi nəticəsində zərərə məruz qaldığını, biznesin özünü doğrultmadığını, buna görə 20000 (iyirmi min manat) məbləğində pul vəsaiti ödədiyini qeyd edərək həmin vəsaitin geri qaytarılmasını tələb edir.
35. Məhkəmə həmçinin qeyd etmişdir ki, vergi ödəyicisi olmayan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə yol verilmir.
36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs iştirak etdiyi hüquq münasibətinin (mülkiyyət münasibəti, öhdəlik münasibəti və s.) müstəqil subyektidir. O, öz adından iddia qaldırmaq, cavabdeh olmaq və s hüquqlara malikdir. Odur ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir.
37. Məhkəmə kollegiyasının iclasında verilmiş suallar əsasında cavabdeh bildirmişdir ki, iddiaçı brendi işlətməsi üçün Orxana pul vermişdir. Ona görə rahat olmuşdur ki, artıq Orxana pul ödəmişdir. Sonradan iddiaçı kafeni ona təhvil verməmiş, ümumiyyətlə həmin kafe onun idarəçiliyinə və istifadəsinə qaytarılmamışdır. Əslində zərərə məruz qalan o özü olmuşdur. İddiaçı obyekti Orxana qaytarmış, o, da Orxandan pulu tələb etməyə başlamışdır. Orxandan müəyyən qədər alacağı var idi və onları hissə-hissə almış, ona görə iddiaçıdan heçnə tələb etməmişdir.
38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd dir ki, iddiaçı hazırki iddianı irəli sürməyə subyektiv hüququ olan şəxs olsa belə qeyd etdiyi hallar ona münasibətdə iddianın təmin edilməsinə əsas ola bilməz. Çünki iddiaçı ziyana məruz qalmasını və ziyana məruz qalmasının məhz cavabdehin təqsirli hərəkəti və mülki hüquq pozuntusu nəticəsində baş verdiyini sübuta yetirə bilməmişdir.
39. Digər tərəfdən, Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
40. Tərəflər arasında isə belə bir şərti və ya cavabdehin iddiaçı qarşısında pul öhdəliyini nəzərdə tutan müqavilə bağlanmamışdır.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Beləliklə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1721/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.