Məhkəmə qərarları › İş №2(105)-1552/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1552/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1552/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə katibi X6, iddiaçı “xxxxxxxx Azərbaycan” nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-45/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi A.H.Məmmədov və Cavabdeh1 verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-45/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilib, xx.xx.2015-ci il tarixli, 109679-1- 9496 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduqları 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz borcu və 1000 RUB. məbləğində dəbbə borcu olmaqla, cəmi 667,989,95 RUB. məbləğində pul qətnamə icra olunan vaxtın manat məzənnəsi ilə və 20 manat rüsuma görə ödənilmiş pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ASC-nə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş və paylı mülkiyyət hüququ ilə ipoteka qoyanlar Cavabdeh1 0,03 ha torpaq sahəsi, Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh3 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsinə, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılmsı, satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlaklara tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, 12 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və evin boşalmsı, ipoteka predmeti olan Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, 12 ünvanında, 12 ha. torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməsinin 90.000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi A.H.Məmmədov apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-45/2019 saylı qətnaməsinin qismən ləğv edilib, iddianın tam təmin edilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 90.000 manat təyin edilməsi hissəsində ləğv edilməklə qiymətinin 40.100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-45/2019 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə xx.xx.2013-cü il tarixli, 109679-1-9496 saylı “Baş kredit razılaşması” kredit müqaviləsi əsasında bank tərəfindən borcalana 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 109679-1-9496/1 saylı X3nə əsasən illik 23% hesablanması şərti ilə 36 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi, paylı mülkiyyət hüququ ilə ipoteka qoyanlara Cavabdeh1 0,03 ha torpaq sahəsi, Cavabdeh2 0,03 ha torpaq sahəsi, Cavabdeh3 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsinə, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, xx.xx.2013-cü il tarixli 109679-1-9496 saylı “Baş kredit razılaşması” kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasnı təmin etmək məqsədi ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 118528-7-5820 saylı, Cavabdeh5 arasında xx.xx.2013-cü il tarixli 118528-7-5821 saylı zaminlik müqavilələri bağlanmışdır. Bank ilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 109679-1-9496 saylı “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi barədə 001 saylı Razılaşmaya əsasən “Bank” “Kredit alan”a 500000 (beş yüz min) ABŞ dolları və ya AZN/AVRO evkivalentində olan məbləğə kredit xətti açmışdır. xx.xx.2013cü il tarixli 109679-1-9496 saylı “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 109679-1-9496/1 saylı “X3”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu Bankın xx xxxxxx 2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 115.0900 RUB məbləğində olan borcu illik 22% hesablanması şərti ilə 11 ay müddətinə uzadılmışdır. “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 109679-NEDVİJ-1857” saylı “daşınmaz əmlakın ipoteka müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Həmçinin, “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 118528-7-5820 saylı və 118556-7- 5821 saylı “zaminlik müqavilələri”nə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli əlavə Razılaşma bağlanmışdır. Lakin, borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəlikləri xx xxxxxxx 2016-cı il tarixdən icra etməməsi nəticəsində xx.xx.2015-ci il tarixli 109679-1-9496/1/1 saylı, “X3”nə əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixinə banka 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz, 120126,00 RUB məbləğində cərimə, cəmi 788115,95 RUB məbləğində borcu vardır. Ona görə də, İddiaçı ASC-nin xeyrinə 01.12. 2015-ci il tarixli, 109679-1- 9496 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduğu 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz, 120126,00 RUB məbləğində cərimə, cəmi 788115,95 RUB məbləğində pul borcunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pulun, cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka premdetlərinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş və paylı mülkiyyət hüququ ilə ipoteka qoyanlara Cavabdeh1 0,03 ha torpaq sahəsi, Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh3 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsinə, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsinə, əmlaklara tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 3 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi A.H.Məmmədov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə ilkin satış qiymətini müəyyən edilməsi üçün “xxxxxxxx” MMC-yə tapşırıq verilmiş və həmin şirkət tərəfindən evin qiyməti 90.000 manat müəyyən edilmişdir. Lakin həmin rəy qüsurlu olduğu üçün bank tərəfindən verilmiş əsaslı vəsatət üzrə məhkəmə tərəfindən təkrar məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, bu dəfə işlərin görülməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə tapşırılmış, həmin MMC-nin verdiyi rəy ilə ipoteka predmetinin ilkin satış qiyməti 40.100 manat məbəğində müəyyən edimişdir. Lakin nədənsə birinci instansiya məhkəməsi ilkin ekspert rəyini əsas götürməklə 90.000 manat müəyyən edilmişdir. Halbuki həmin evin bazar dəyərinin 90.000 manat məbləğində olması reallığa uyğun deyil. Həmin daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilən zaman onun həqiqi bazar qiyməti düzgün qiymətləndirilməmişdir, qətnamədə göstərilən dəyər isə həmin daşınmaz əmlakın real bazar qiymətini əks etdirmir. Ona görə də ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yenidən müəyyən edilməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən cərimə məbləğini azaltmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın tam təmin edilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 90.000 manat təyin edilməsi hissəsində ləğv edilməklə qiymətinin 40.100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ipoteka qoyanların sonrakı kredit müqavilələri barədə məlumatları olmamış və bu barədə yazılı razılıqları alınmamışdır. Həmin müqavilələrlə krdit müddəti və verilən pulun valyutası dəyişdirilmişdir. Əsas kredit müqaviləsindən sonra bağlanmış sazişlər zaminlərin hüquqları kobud şəkildə pozulmaqla bağlanmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X4 bankın verdiyi apelyasiya şikayətini müdafiə, cavabdehin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 verdiyi apelyasiya şikayətini müdafiə, bankın verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı “xxxxxxxx” ASC-nin verdiyi apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli 109679-1-9496 saylı “Baş kredit razılaşması” kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli 109679-1-9496/1 saylı X3ndən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 23% xx.xx.2013-cü il tarixli 109679-1-9496/1 saylı X3n hesablanması şərti ilə 36 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 109679-NEDVİJ-1857” saylı “daşınmaz əəmlakın ipoteka müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh3 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsi, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli 118528-7-5820 saylı və 118528-7-5821 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası barədə məsuliyyəti üzərilərinə götürmüşlər. xx.xx.2013-cü il tarixli 109679-1-9496/1 saylı “X3”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu Bankın xx xxxxxx 2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 115.0900 RUB məbləğində olan borcu illik 22% hesablanması şərti ilə 11 ay müddətinə, yəni xx xxxxxxx 2016-cı il tarixinə uzadılmışdır. “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 109679-NEDVİJ-1857” saylı “daşınmaz əmlakın ipoteka müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli Razılaşma bağlanmışdır. “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 118528-7-5820 saylı və 118556-7-5821 saylı “zaminlik müqavilələri”nə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli əlavə Razılaşma bağlanmışdır. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 109679-1-9496/1/1 saylı xx xxxxxx 2015-ci il tarixli “X3” üzrə xx.xx.2016-cı il tarixə 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz, 120126,00 RUB məbləğində cərimə, cəmi 788115,95 RUB məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 24974 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2013- cü il tarixli 109679-1-9496/1/1 saylı “X3” üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək banka olan borcu 20 384,38 ABŞ dollarıdır, o cümlədən: əsas borc üzrə 16 720,31 ABŞ dolları, faiz borcu üzrə 3 664,07 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 23072 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2015-ci il tarixli 109679-1-9496/1/1 saylı “X3” üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək banka olan borcu 1.382.294,84 RUB məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1.150.900,00 RUB, faiz borcu üzrə 231.394,84 RUB. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddia tələbindən görünür ki, iddiaçı “xxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 109679-1-9496 saylı kredit müqaviləsinə əsasən xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduğu 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz, 120126,00 RUB məbləğində cərimə, cəmi 788115,95 RUB məbləğində pul borcunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pulun, cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdiyi halda, birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli, 109679-1-9496 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduqları 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz borcu və 1000 RUB. məbləğində dəbbə borcu olmaqla, cəmi 667,989,95 RUB. məbləğində pulun qətnamənin icra olunan vaxtın manat məzənnəsi ilə və 20 manat rüsuma görə ödənilmiş pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsində işin faktiki hallarına uyğun olmayan səhv bir nəticəyə gəldiyi üçün qətnamə həmin hissədə qismən ləğv edilib, iddia həmin hissədə təmin dilərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 109679-1-9496 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduğu 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz borcu və 1000 RUB. məbləğində dəbbə borcu olmaqla, cəmi 667,989,95 RUB. məbləğində pul qətnamə icra olunan vaxtın manat məzənnəsi ilə və 20 manat rüsuma görə ödənilmiş pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 alınaraq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi kredit münasibətindən irəli gələn öhdəliklər üzrə əsas borc və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən əsas borc üzrə hesablanmış 120126 RUB. manat məbləğində dəbbənin azaldılaraq 1000 RUB məbləğində müəyyən edilməsini iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə borcunun 5.000 RUB məbləğində müəyyən edilməsi daha ədalətli olardı. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka ilə yüklü edilmiş və paylı mülkiyyət hüququ ilə ipoteka qoyanlar Cavabdeh1 0,03 ha torpaq sahəsi, Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh3 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsinə, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılmsı, satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317; 319.1; 319.6; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 59.3 və 59.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ödənilmədən qalmış borc məbləğinin ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə nəticəyə gəldikdə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi ödənilmədən qalmış borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə nəticəyə gəldikdə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etsə də, bu məbləği iddiaçı bank tərəfindən mübahisə doğurmuşdur. “xxxxxxxx MMC”-nin xx xxxx 2019-cu il tarixli, 31 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 98.000 manat və likvid dəyəri 90.000 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli, 1821E saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinin 2019-cu ilin oktyabr ayına bazar qiymətinin dəyəri 40.100 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilsə də, həmin daşınmaz əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Ona görə də iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, A-04-/360 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 43.000 manat və likvid dəyəri 38.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verib, ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə müxtəlif mütəxəssis rəylərinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiyməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli, 1821E saylı qiymətləndirmə hesabatında olan mütəxəssis rəyinə uyğun olaraq 40.100 manat məbləğində müəyyən edilməsi daha məqsədəmüvafiq, əsaslı və qanunauyğundur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi A.H.Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətlənirərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi A.H.Məmmədovun apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia qismən təmin edilərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 109679-1-9496 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduğu 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz borcu və 5000 RUB dəbbə borcu qətnamə icra olunan vaxtın manat məzənnəsi ilə və 20 manat dövlət rüsumuna görə ödənilmiş pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 alınıb, İddiaçı ASC-yə ödənilməli, iİpoteka predmeti olan Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, 12 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti qiyməti 40.100 manat məbləğində müəyyən edilməli, qətnamə «Tələb ipoteka ilə yüklü edilmiş və paylı mülkiyyət hüququ ilə ipoteka qoyanlar Cavabdeh1 0,03 ha torpaq sahəsi, Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh3 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsinə, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılmsı, satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlaklara tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, 12 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etsinlər, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər yaşayış sahəsindən məcburi qaydada çıxarılsın və ev boşaldılsın, iddia tələbi qalan hissədə təmin edilməsin, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün» hissəsində dəyişdirilmədən saxlanılmalı və cvabdeh Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi A.H.Məmmədovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-45/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 109679-1-9496 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduğu 656752,19 RUB məbləğində əsas, 11237,76 RUB məbləğində faiz borcu və 5000 RUB dəbbə borcu qətnamə icra olunan vaxtın manat məzənnəsi ilə və 20 manat dövlət rüsumuna görə ödənilmiş pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 alınıb, İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, 12 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti qiyməti 40.100 manat məbləğində müəyyən edilsin. Qətnamə «Tələb ipoteka ilə yüklü edilmiş və paylı mülkiyyət hüququ ilə ipoteka qoyanlar Cavabdeh1 0,03 ha torpaq sahəsi, Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh3 məxsus 0,03 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,03 ha torpaq sahəsinə, həmçinin xüsusi mülkiyyət hüququ ilə kredit alan və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılmsı, satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlaklara tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, 12 ünvanında yerləşən 136,0 kv.metr ümumi, 89,0 kv.metr yaşayış, 47,0 kv.metr yardımçı sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etsinlər, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər yaşayış sahəsindən məcburi qaydada çıxarılsın və ev boşaldılsın, iddia tələbi qalan hissədə təmin edilməsin, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün» hissəsində dəyişdirilmədən saxlansın. Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar