Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1552/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Zamin1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 526,85 (beş yüz iyirmi altı ABŞ dolları, səksən beş sent) ABŞ dolları əsas, 102,94 (yüz iki ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları faiz, 20 (iyirmi ABŞ dolları) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,62 (yetmiş dörd ABŞ dolları, altmış iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 962.11 (doqquz yüz altmış iki ABŞ dolları, on bir sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir (hakim E.M.Kazımov). Qətnamədən narazı qalan cavabdeh Zamin1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin zaminlərə münasibətdə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 526,85 (beş yüz iyirmi altı ABŞ dolları, səksən beş sent) ABŞ dolları əsas, 102,94 (yüz iki ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları faiz, 277,70 (iki yüz yetmiş yeddi ABŞ dolları, yetmiş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,62 (yetmiş dörd ABŞ dolları, altmış iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 982.11 (doqquz yüz səksən iki ABŞ dolları, on bir sent) ABŞ dolları və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Zamin1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə borcun ondan tutulması hissəsində əsassızdır. Hesab edir ki, iş üzrə iddia tələbinə zaminlərə münasibətdə xitam verilməlidir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin zaminlərə münasibətdə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edib göstərdi ki, bankla digər cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər də borcalanın bank qarşısında öhdəliklərinin icrası üçün zamin durmuşlar. Bununla da bank qarşısında borcalanla birgə məsuliyyət daşıyırlar. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında göstərdi ki, özü qətnamədən apelyasiya şikayəti verməsə də digər cavabdehin apelyasiya şikayətini müdafiə edir və şikayətin təmin edilməsini xahiş edir. Cavabdeh Zamin1 Taha oğlu ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Zamin2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnaməni qismən, borcun zamin kimi ondan tutulması hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə- borcun zamindən tutulması hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli, 1132 saylı kredit müqaviləsindən görünür ki, “Bank” tərəfindən “Borcalan”a 12 ay müddətinə 27 % dərəcəsi tətbiq edilməklə 1000 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı Cavabdeh arasında bağlanmış 18 iyul 2016-cı il tarixli, 1132 saylı kredit müqaviləsinə 2 nömrəli əlavədən görünür ki, həmin kredit müqaviləsinin müddəti 12 ay müddət əlavə edilməklə artırılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh Zamin2 arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Bank” kredit müqaviləsi üzrə “Zamin”in “Borcalan” qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh Zamin1 arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Bank” kredit müqaviləsi üzrə “Zamin”in “Borcalan” qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsində qeyd olunur ki, «ZaminBank» qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyırlar. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 25.11.2020-ci il tarixli, **********618 saylı maliyyə arayışından görünür ki, 07 dekabr 2015-ci il tarixli, 1132 saylı kredit müqaviləsi üzrə 23.11.2020-ci il tarixə banka olan borc 526,85 (beş yüz iyirmi altı ABŞ dolları, səksən beş sent) ABŞ dolları əsas, 102,94 (yüz iki ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları faiz, 277,70 (iki yüz yetmiş yeddi ABŞ dolları, yetmiş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,62 (yetmiş dörd ABŞ dolları, altmış iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 982.11 (doqquz yüz səksən iki ABŞ dolları, on bir sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan 11.11.2020-ci il tarixli, **********600 saylı xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 banka olan borcunu ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddiaçı təşkilatla cavabdeh Zamin1 arasında 07 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmasını, zaminiin kredit müqaviləsi üzrə “Borcalan”ın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsini müəyyən edərək iddianı zaminə qarşı hissədə də təmin etmiş, tələb olunan borc məbləğinin borcalanla birlikdə zamindən müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun borcalanla yanaşı zamindən də müştərək qaydada tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hazırki gündə də qeyd edilən zaminlik müqaviləsi qüvvədədir, hər hansı şəxs və ya orqan tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair məhkəmə qərarı mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Zamin1 apelyasiya şikayəti təmin edilməməli və cavabdeh Zamin1 apelyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Zamin1 apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Zamin1 apelyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1514/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1552/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1552/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver