Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1552/2025 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər, kirayə müqaviləsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 229 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. 2.Cəlilabad Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubunda, Cəlilabad şəhəri, V.Niftullayev küçəsində yerləşən fərdi yaşayış evinə kirayəyə verdiyi Cavabdeh tərəfindən ziyan vurulması barədə müraciətinin mülki xarakterli olduğu və aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. 3.“xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, UNİ/İ 45-319/1/2025 saylı ekspert rəyində qeyd olunur ki, baxış zamanı fərdi yaşayış evinin həyətində, həyətyanı tikililərdə, evin daxilində, xüsusilə döşəmədə və divarlarda nəmişlik və kiflənmə əlamətləri müşahidə olunmuşdur. Divar kağızları (aboylar) bəzi hissələrdə qopmuş, şişmiş və kiflənmişdir. Döşəmədə (taxta döşəmə) deformasiya, rəng dəyişməsi və şişmə halları vardır. Evin içərisində olan məişət avadanlıqları və mebel əşyaları (dolabın qapılan, divan, televizor və s.) aşkar dərəcədə köhnəlmişdir. Müşahidə olunan qüsurların kənar şəxslərin müdaxiləsi, təbii amillərin səbəbindən yarandığını və ya əvvəlcədən mövcud olduğunu müəyyənləşdirmək mümkün deyildir. ünvan 1 ünvanında yerləşən iddiaçı İddiaçı məxsus fərdi yaşayış evində və evdə olan, quraşdırılan avadanlıqlarda mövcud olan qüsurların 2021-2023-cü illərdə baş verdiyini müəyyənləşdirmək üçün evin əvvəlki vəziyyəti haqqında məlumatların, fototəsviriərin olmaması səbəbindən, müqayisələr aparmaq mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən, iddiaçı İddiaçı məxsus fərdi yaşayış evində yuxanda qeyd olunan qüsurların aradan qaldınlması üçün təmir- bərpa işlərinə tələb olunan məbləğ 6200,00 (altı min iki yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cəlilabad şəhəri, V.Niftullayev (Cavadxan) küçəsində yerləşən fərdi yaşayış evinə cavabdeh Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 9900 manat pul və ödənilmiş 119 manat dövlət rüsumu olmaqla, cəmi 10019 manat pulun cavabdeh Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhəri, V.Niftullayev küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 2021-ci il tarixdə həmin evi Cavabdeh kirayə vermişdir. Həmin şəxs də, ailəsi ilə birgə orada yaşamışdır. 2023-cü ilin dekabr ayında o, Cəlilabad şəhərinə gedərkən, evin çox pis vəziyyətə düşdüyünü görmüş və kirayəçi Cavabdeh evin nəyə görə bu vəziyyətdə olduğunu soruşduqda, sonuncu ona bir ay vaxt verilməsini, evin təmir edib, təhvil verəcəyini bildirmişdir. O, kirayəçiyə iki ay vaxt vermişdir. Lakin, 2024-cü ilin fevral ayında evinə gedib görmüşdür ki, evi eyni vəziyyətdədir və Cavabdeh heç bir təmir işləri aparmayıbdır. O, bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmiş və polis şöbəsi ##.##.2024-cü il tarixdə ona ünvanladığı məktubunda müraciətinin mülki xarakterli olmasını, aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasını göstərmişdir. Onun evinə xeyli məbləğdə ziyan dəymişdir. Belə ki, otaqlar, divarlar, tavanlar, dəhliz, mətbəx, oboy, güzgü, moyka, mebel qapı, aspirator, divan, televizor, lyustur, pərdə, pianino (əl-üz yuyulan yer), hamamın tavanı, ayaqqabı şkafı, döşəmə yararsız hala düşmüşdür. Baş verənlərlə bağlı Cavabdeh məlumat verilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunan ziyanla bağlı evə usta gətirildi və usta öz zəhmət haqqı daxil olmaqla, ona dəymiş olan ziyanla bağlı qiymətlər verdi. Amma buna baxmayaraq, yenə də, cavabdeh evə vurulmuş ziyanla bağlı heç bir tədbir görməmişdir.Ona məxsus olan əmlaka cavabdeh tərəfindən qəsdən vurulmuş zərərin aradan qaldırılması üçün gördükləri tədbirlər hamısı nəticəsiz qaldığı üçün, o, məhkəməyə müraciət edib, qeyd olunan qanunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılması məcburiyyətində qalmışdır. 6.Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş zərərin əvəzi olaraq cavabdeh Cavabdeh 6200 manat məbləğində pul və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat pulun 325 manat hissəsi cavabdeh Cavabdeh, 175 manat hissəsi isə iddiaçı İddiaçı tutularaq, “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. (hakim Fərid Yaqubov) 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 101.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 8.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib Şamaxı rayon məhkəməsinin e-*(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bildirir ki, o, Cavabdeh ailəsi ilə birlikdə təxminən 2021-ci ilin axırlarında Cəlilabad şəhəri, V.Niftullayev (Cavadxan) küçəsində yerləşən fərdi yaşayış evini evin əsl mülkiyəttçisi və sahibi olan Ramilə Şahbazovadan 300 manat müqabilində kirayəyə götürmüşdür. baxmayaraq ki, dedi kirayə müqaviləsi bağlayaq dedi ki, ona nə ehtiyac var, əlavə niyə dövlətə pul ödəməlidirlər. O, kirayə müqaviləsi bağlamağa hazır olmuş, Ramilə xanım isə dedi ehtiyac yoxdur. O, hər ayın sonunda gəlib özü kirayə pulun götürəcək və evə də baxacaq və elə də oldu, Ramilə Şahbazova gəlib ondan kirayə pulun götürüb və eyni zamanda hər dəfə gəlib pulu götürəndə də evə girib baxıb yəni bir ev sahibi kimi görürdü ki, hər şey qaydasındadır. Əgər nəsə bu iki il ərzində qaydasında olmasaydı, Ramilə xanım ona öz iradını bildirərdi. Deməli hər şey qaydasında olduğu üçün ona bir irad bildirmədiyindən bu minvalla o, təxminən orada 2 ilə yaxın yaşamış və 2023-cü ildə evi Ramilə Şahbazovaya təhvil verəndə evi necə təhvil almışdırsa elə də vermiş və evin sahibi də ona hər-hansı irad bildirməmişdir yəni, özü bilirdi ki, evdə nəmişlik var və onlarda nəmişliyə görə orada çox yaşaya bilməmiş və ona görə də evi təhvil vermək qərarına gəlmişlər. Təxminən iki il keçdikdən sonra birdə görmüşdür ki, onu məhkəməyə dəvət ediblər ziyanla bağlı o əvvəlcə başa düşməmiş sonra Şamaxı rayon məhkəməsinə gedəndə bilmişdir ki, İddiaçı adlı xanım onu məhkəməyə verib. O, məhkəmədə də bildirmişdir ki, o onu tanımır onun onu məhkəməyə vermək subyektiv hüququnuz yoxdur o, isə bildirdi ki, evi keçirdib adına ev artıq onundur, o da ona bildirmişdir ki, o evi Ramilə Şahbazovadan kirayəyə götürmüş və onada təhvil vermişdir, o, isə bildirmişdir ki, o, onun anasıdır artıq dünyasın dəyişib və indi evin sahibi odur və o da ona bu qədər ziyan vurmasını demiş, o ona bildirmişdir ki, o evi götürəndə də təhvil verəndə də onu tanımamış və evi necə götürmüşdürsə elə də evin sahibinə təhvil vermişdir, əgər evdə hər hansı problem olsaydı evin sahibi bunu ona bildirərdi, indi üstündən iki il keçib onun onu məhkəməyə verməyinin hüquqi əsası yoxdur, Çox təəssüf ki, Şamaxı rayon məhkəməsidə qanunsuz bir qətnamə qəbul edib ki, niyə onu ona bildirir 1. Birincisi o evi Ramilə Şahbazovadan kirayə götürmüş və onada təhvil vermişdir 2. ikincisi onun heç Ramilə Şahbazovaylada kirayə müqaviləsi yoxdur baxmayaraq ki, o təkid eləsə də o buna razılaşmamışdır 3. Üçüncüsü o evi 2021-ci ilin axırlarında götürmüş və 2023-cü ildə Ramilə Şahbazovaya da təhvil vermişdir 4. Dördüncüsü bu məsələnin üstündən iki il keçib Subyektiv hüququ olmayan Türkan xanım onu ziyanla bağlı məhkəməyə verib 5. Beşincisi çox hörmətli ekspertin ##.##.2025-ci il tarixli rəyindən də, görünür ki, müşahidə olunan qüsurların kənar şəxslərin müdaxiləsi, təbii amillərin səbəbindən yarandığını və ya əvvəlcədən mövcud olduğunu müəyyənləşdirmək mümkün deyildir və quraşdırılan avadanlıqlarda mövcud olan qüsurların 2021-2023-cü illərdə baş verdiyini müəyyənləşdirmək üçün evin əvvəlki vəziyyəti haqqında məlumatların, fototəsvirlərin olmaması səbəbindən müqayisələr aparmaq mümkün olmamışdır. Bütün bunlara baxmayaraq heç bir əsası və sübutu olmayan Şamaxı rayon məhkəməsi əcaba nəyə əsaslanıb iddiaçının xeyrinə qərar qəbul edib. Bütün bu şübhələri aradan qaldırmaq üçün yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin ədalətinə və daxili inamına güvənir. 10.Apellyasiya məhkəməsinin mülki kollegiyasına birinci Qarabağ müharibəsinin iştirakçısı kimi müraciət edir. O, evi 2023-cü ildə təhvil vermişdir əgər evin sahibi Ramilə xanım ondan narazı olsaydı ona öz sösün deyərdi o onunla xoşluqla təhvil təslim etmişdir onların aralarında hər-hansı ziyanla bağlı mübahisə olmayıb, əgər evin sahibinin onunla mübahisəsi olmayıbsa və o, ondan razı qalıbsa necə ola bilərki İddiaçı ondan nəsə tələb etsin axı bu hüquqi cəhətdən mümkün deyil, ona görə çox xahiş edir və inanır ki, ədalətli və dürüst bir qərar verib Şamaxı rayon məhkəməsinin qətnaməsini ləğv edib yeni qərar qəbul edilsin. O, özü halhazırda da kirayədə yaşayır yəni məhkəmənin qanunsuz qərarı əsasında qəbul edilmiş 6200 manat və 82 manat dövlət rüsumunu necə ödəyəcək özü də 1-ci qrup əlildir, başqa gəliri də yoxdur, ailəlidir, bir uşağı var, bunu da nəzərə alınmasını xahiş etmişdir. 11.Lakin məhkəmə hazırki, işə baxarkən qanunun qeyd olunan normalarını pozaraq onun məhkəməyə dəvət etmək istədiyi şahidlər var idiki məhkəmə onu sübut kimi qəbul etməmişdir hansıki həmin şahidlərin yanında o evi təhvil almış və onların yanında da təhvil vermişdir, onlar gəlib dəqiq bildirəcəkdirlər ki, ev o təhvil alanda necə idi və təhvil verəndə necə, birincisi Türkan xanımın onu məhkəməyə vermək üçün subyektiv hüququ yox idi ona görə o evi Ramilə xanımdan götürmüş və ona da təhvil vermişdir və məhkəmədə araşdırma zamanı ondan ən azından evin əvvəlki vəziyyəti barədə foto şəkilləri tələb etməliydiki görək həqiqətəndə ev əvvəl yaxşı vəziyyətdə olub sonra isə pisləşib. Bunun heç birini məhkəmə araşdırmayıb və iddiaçının yalnız iddia ərizəsində qeyd etdiyi heç bir sübuta uyğun gələməyən sözlər əsasında qətnamə qəbul etmişdir. 12.Eyni zamanda məhkəmə onun etirazda da qeyd etdiyi və xüsusatları araşdırmamış, O vaxtı vaxtında pulu Ramilə xanıma vermişdir əgər nəsə problem olsaydı bunu ona evin sahibi bildirərdi, iddiaçının şifahi mülahizələrinə əsaslanıb qanunsuz və əsassız qətnamə qəbul etməklə yanaşı hansı əslara görə ondan zərərin əvəzinin ödənilməsini tələb edir. Evin 2021-ci il və 2023-cü illərdə kimin adına olmasını sorğu verib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətindən götürülməli olduğu yalnız məhkəmə tərəfindən əldə edilə biləcəyi hamıya bəli olan haldır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 14.Apellyasiya icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 16.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 17.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 18.Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir. 19.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 23.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 25.Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 26.Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 27.Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 32.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 35.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 37.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kollegiya Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.İş materialları ilə və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olundu ki, hazırki iş üzrə hazırda evin mülkiyyətçisi olan iddiaçının mərhum anası Ramilə Şahbazova ilə cavabdeh arasında olan şifahi razılaşmaya görə, Cəlilabad şəhəri, V.Niftullayev (Cavadxan) küçəsində yerləşən fərdi yaşayış evi cavabdehə kirayəyə verilmişdir. Cavabdeh ailəsi ilə birlikdə həmin evdə iki il ərzində yaşamışdır. Cavabdeh həmin evdə yaşadığı müddətdə evi baxımsız vəziyyətə salmış və bunun nəticəsində ekspert rəyi ilə iddiaçıya 6200 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. 41.Apellyasiya icraatı zamanı tədqiq olunmuş CD diskdən olan səsyazısından aydın olur ki, cavabdeh iddiaçı ilə olan danışığında evin təmir-bərpa işlərinin görülməsini öz üzərinə götürüb evin yararlı vəziyyətdə və lazımı qaydada iddiaçıya təhvil verilməsinə dair vədlər verir. 42.Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin səs yazısı cavabdehin iddiaçı qarşısında evin yarasız vəziyyətə özü tərəfindən salınmasına dair etirafı kimi qəbul edilməlidir. 43.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 699.1ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. 44.Belə olan halda kollegiya hesab edir ki, cavabdehin iddiaçının hazırki iddianın qaldırmasına dair subyektiv hüququnun olmaması barədə dəlili əsassızdır. 45.Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 46.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” 47.Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. 48.Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 49.Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 50.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1552/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1552/2025
06.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver