Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1554/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahələrindən çıxarılma) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "iddiaçının mülkiyyətində olan torpaq sahələrindən cavabdehin çıxarılması" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(029)-1/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı MMC Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahələrindən cavabdehin çıxarılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə tam mülkiyyət hüququ üzrə məxsus olan Qusar rayonu, Qayakənd kəndində yerləşən 0.73 ha, 0.29 ha torpaq sahələrindən və 74.68 ha torpaq sahəsinin 4.66 ha təşkil edən hissəsindən (daşınmaz əmlakın reyestr nömrələri **********14, **********62, **********85) həmin torpaq sahələrini qanunsuz şəkildə zəbt etmiş Cavabdeh çıxarılması, həmin torpaq sahələrinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5017 saylı, xx.xx.2025-ci il tarixli ekspertiza rəyinə əsasən "xxxx" MMC-yə məxsus **********62 reyestr nömrəli çıxarışa əsasən 0.285 ha torpaq sahəsi və "xxxx" MMC-yə məxsus **********98 reyestr nömrəli çıxarışa əsasən 2.78 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilərək zəbt edilmişdir. Ekspertiza rəyini nəzər alaraq iddia ərizəsinə dəqiqləşdirmə verilməsinə ehtiyac yaranmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinə dəqiqləşdirmə verilməsi məqsədi ilə İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən və Qusar rayonu, Qayakənd kəndində yerləşən **********62 reyestr nömrəli 0.285 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması, o cümlədən həmin torpaq sahəsinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində Qusar rayonu, Qayakənd kəndində yerləşən ümumi sahəsi 0.73 ha olan, **********14 reyestr nömrəli, ümumi sahəsi 0.29 ha olan, **********62 reyestr nömrəli, ümumi sahəsi 74.68 ha olan, **********85 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Lakin mülkiyyət hüququ ilə İddiaçı MMC-nə məxsus olan yuxarıda qeyd edilən 0.73 ha, 0.29 ha torpaq sahələri və 74.68 ha torpaq sahəsinin 4.66 ha təşkil edən hissəsi uzun müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bununla iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltması tələb olunsa da, o bu tələblərə heç bir məhəl qoymamış və iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir və hal-hazırda da davam etməkdədir. Odur ki, iddiaçının mülkiyyət hüquqları qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və buna dair onun mülkiyyət hüququnu təsdiq edən **********14, **********62, **********85 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları var.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
5. 03.07.2018-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qayakənd kəndində yerləşən 0.285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir.
6. xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qayakənd kəndində yerləşən 73.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir.
7. 28.10.2020-ci il tarixli **********82 saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli 3-21-3-34/2-6761/2025 saylı mütəxəssis rəyinən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, a) İddiaçı MMCyə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********62 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi naturada 0.285 hektar ölçüdə təşkil edir, həmin ölçü hüquq müəyyənedici sənədə uyğundur TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kdastrı uçotu məlumat bazasında öz əksini tapmışdır; b) İddiaçı MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********14 reyestr nömrəli çıxarış əsasında verilmiş 0.7345 hektar torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən 0.0745 hektar azalma ilə 0.66 hektar ölçüdə təşkil edir və həmin ölçü hüquq müəyyənedici sənədə uyğun deyildir; c) İddiaçı MMC-yə məxsus olmuş Qusar rayonu Qayakənd kəndində yerləşən 74.68 hektar torpaq sahəsinə verilmiş ********** qeydiyyat və **********85 reyestr nömrəli çıxarış xx.xx.2021-ci il tarixində 73.67 hektar ölçüdə olmaqla ********** qeydiyyat və **********98 reyestr nömrəli çıxarış ilə əvəz olunmuşdur, lakin həmin çıxarışa işlənilmiş plan və ölçü sənədinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən işlənilməmişdir. İddiaçı MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən torpaq sahələrinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən naturada müəyyən edilməsi mümkündür. a) İddiaçı MMC-yə məxsus ********** qeydiyyat və **********62 reyestr nömrəli çıxarışa əsasən verilmiş 0.285 hektar ölçüdə olan torpaq sahəsi, üzərində tərəssüfat tikililəri və su nohuru inşa edilməklə hal-hazırda Cavabdeh istifadəsində yerləşir; İddiaçı MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********14 reyestr nömrəli çıxarış əsasında verilmiş 0.7345 hektar torpaq sahəsi halhazırda Cavabdeh istifadəsində yerləşmir; İddiaçı MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********98 reyestr nömrəli çıxarışa əsasən verilmiş 73.67 hektar torpaq sahəsinin, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən 2.78 hektar hissəsi hal-hazırda meyvə bağı olmaqla Cavabdeh istifadəsində yerləşir. Qeyd: Mübahisələndirilən **********98 reyestr nömrəli 73.67 hektar torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2-1 (105)-152/2023 nömrəli qərarı mövcuddur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 29 iyul 2025-ci il tarixli 10/5017 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21.05.25-ci il tarixli 3-21-3-34/2-6761/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İddiaçı "xxxx" MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********62 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi naturada 0.285 hektar ölçüdə təşkil edir, həmin ölçü hüquq müəyyənedici sənədə uyğundur TEKUİS VƏ AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kdastrı uçotu məlumat bazasında öz əksini tapmışdır. İddiaçı "xxxx" MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********14 reyestr nömrəli çıxarış əsasında verilmiş 0.7345 hektar torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən 0.0745 hektar azalma ilə 0.66 hektar ölçüdə təşkil edir və həmin ölçü hüquqmüəyyənedici sənədə uyğun deyildir. İddiaçı MMCyə məxsus olmuş Qusar rayonu Qayakənd kəndində yerləşən 74.68 hektar torpaq sahəsinə verilmiş ********** qeydiyyat və **********85 reyestr nömrəli çıxarış xx.xx.2021-ci il tarixində 73.67 hektar ölçüdə olmaqla ********** qeydiyyat və **********98 reyestr nömrəli çıxarış ilə əvəz olunmuşdur, lakin həmin çıxarışa işlənilmiş plan və ölçü sənədinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən işlənilməmişdir. İddiaçı "xxxx" MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən torpaq sahələrinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən naturada müəyyən edilməsi mümkündür. İddiaçı "xxxx" MMC-yə məxsus ********** qeydiyyat və **********62 reyestr nömrəli çıxarışa əsasən verilmiş 0.285 hektar ölçüdə olan torpaq sahəsi, üzərində tərəssüfat tikililəri və su nohuru inşa edilməklə halhazırda Cavabdeh istifadəsində yerləşir. İddiaçı "xxxx" MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********14 reyestr nömrəli çıxarış əsasında verilmiş 0.7345 hektar torpaq sahəsi halhazırda Cavabdeh istifadəsində yerləşmir. İddiaçı "xxxx" MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən ********** qeydiyyat və **********98 reyestr nömrəli çıxarışa əsasən verilmiş 73.67 hektar torpaq sahəsinin, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən 2.78 hektar hissəsi hal-hazırda meyvə bağı olmaqla Cavabdeh istifadəsində yerləşir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 29 iyul 2025-ci il tarixli 10/5017 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-152/2023 nömrəli Qərarından görünür ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-1495/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarının dəyişdirilmiş, Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 2-1(102)-2040/2023 nömrəli Qərarından görünür ki, üçüncü şəxs İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-152/2023 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(029)-1/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən və Qusar rayonu, Qayakənd kəndində yerləşən **********62 reyestr nömrəli 0.285 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahələrinin İddiaçı MMC-yə təhvil verilməsi, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi, İddiaçı MMC tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC -nin hesabına keçirilməsi, iş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 2-ci bəndi, İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndi, 67-ci maddəsinin 4-cü bəndi və 68-ci maddəsi, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndi, həmin qərarın 6-cı bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 103.1, 107, 119.1, 77.1, 117.1, 118.1, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(029)-1/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməni əsassız hesab edir. Belə ki, Qusar Rayon Məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 29 iyul 2025-ci il tarixli 10/5017 saylı ekspert rəyi ilə əsaslandırmışdır. Ekspertiza tədqiqatı zamanı onun adına olan mülkiyyət sənədləri tədqiq olunmamış, məhkəmə tərəfindən də, ekspertlər qarşısında belə bir suallar qoyulmamışdır. Halbuki, onun istifadəsində olan torpaq sahələri qanuni şəkildə əldə etdiyi torpaq sahələridir və həmin torpaq sahələrinin iddiaçının adına olan Çıxarışların sərhədləri daxilinə salınması koordinatlarda olan uyğunsuzluğa görə baş vermişdir. Çünki, onun torpaq sahələri üzərində mülkiyyət hüquqları iddiaçının adına olan Çıxarışlar verilməmişdən əvvəl yaranmışdır. Ona görə də, ekspertiza tədqiqatı aparılarkən AZCAD və TEKİUS sistemi formalaşmamışdan əvvəl mövcud olmuş sistem məlumatları da araşdırılmalı, müqayisəli təhlil olunmalı və ətraflı rəy verilməli idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29: I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin olunmalıdır.
26. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə qismən düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
27. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrində onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmış, bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 21 may 2025-ci il tarixli 3-21-3-34/2- 6761/2025 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 29 iyul 2025-ci il tarixli 10/5017 saylı ekspert rəyləri ilə sübuta yetirilmişdir.
28. Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(029)-1/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi əsaslıdır.
30. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-152/2023 nömrəli Qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarının dəyişdirilmiş, Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 2-1(102)-2040/2023 nömrəli Qərarından görünür ki, üçüncü şəxs İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-152/2023 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu hallara diqqət yetirilməmiş, sübutlar natamam araşdırılmış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
34. Ekspert rəyindən görünür ki, tədqiqat 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, ********** qeydiyyat nömrəli çıxarış məlumatları nəzərə alınaraq həmin torpaq sahəsinin 2.78 hektar hissəsinin hal-hazırda meyvə bağı olmaqla Cavabdeh istifadəsində yerləşdiyi göstərilmişdir. Halbuki qeyd olunduğu kim həmin çıxarış 1,42ha hissədə ləğv edilmişdir.
35. Bu fakt 1,42ha hissədə iddiaçının mülkiyyət hüquqlarının ləğv edildiyini, qeyd olunan hissədə iddia tələbində haqlı olmadığını göstərir.
36. Məhkəmə kollegiyası şərh olunanlara istinadən hesab edir ki, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli ********** qeydiyyat nömrəli torpaq sahəsinin 1.42ha hissəsində iddiaçının adına qeydə alınmış hüquqlar ləğv edildiyindən həmin hissədə iddia əsassızdır və təmin oluna bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(029)-1/2025 nömrəli qətnaməsi qismən - «İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən Cavabdeh çıxarılsın, torpaq sahələri İddiaçı MMC-yə təhvil verilsin, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələr qadağan edilsin» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli torpaq sahəsinin 1,36 ha (2.78-1.42ha) hissəsindən Cavabdeh çıxarılmalı, torpaq sahələri İddiaçı MMC-yə təhvil verilməli, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələr qadağan edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(029)-1/2025 nömrəli qətnaməsi qismən- «İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən Cavabdeh çıxarılsın, torpaq sahələri İddiaçı MMC-yə təhvil verilsin, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələr qadağan edilsin» hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, **********98 reyestr nömrəli torpaq sahəsinin 1,36 ha hissəsindən Cavabdeh çıxarılsın, torpaq sahələri İddiaçı MMC-yə təhvil verilsin, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələr qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.